3 Dekabr Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü kimi qeyd olunur

Sual olunur, nədir əlillik ? Anadangəlmə və ya sonradan qazanılma fiziki qüsura malik insanlar əlil hesab edilir. Bəs gerçək əlillik nədir, gerçək qüsur nədir? Bunu da görünüşdə axtarırsınız?! Gerçək əlillik insanların qəlbini qırmaqdan həzz almaqdır, pislik etməyi adət halına çevirməkdir, həyat mübarizəsindən əlini çəkməkdir, daxili acizlikdir. Gerçək qüsur fiziki əlil insan görəndə el diliylə desək, yuxarıdan aşağı baxmaqdır. Baxın, sağlam olduğu, əli-ayağı tutduğu, gözünün gördüyü, qulağının eşitdiyi, bir sözlə sağlamlığının imkan verdiyi halda əlini heç bir işə vurmayan, ağır zəhməti özünə sığışdırmayan insanlar var. Və bir də fiziki qüsuru olmasına, əlil arabasında gəzməsinə, gözünün dünya işığından məhrum olmasına baxmayaraq dünyaca məhşur rəssamlar, Avropa çempionları,incəsənət adamları, yazarlar, qısası əməyindən vaz keçməyən mükəmməl insanlar var. Yəqinki, nə demək istədiyimiz aydın oldu. 
Bu həyatdır və heç kəs heçnədən sığortalanmayıb. Son olaraq Sizlərə sağlam yaşam, yaşam boyunca sağlam fikir, sağlam əqidə diləyirik.