Ailələr üçün ikinci uşaq və bacı-qardaş qısqanclığı

Bacı-qardaş münasibəti uşaqların emosional və sosial inkişaflarını dəstəkləyən olduqca dəyərli münasibətdir. Əsasən, ana-atalar ilk uşaqlarını böyütdükləri vaxtda təcrübə və biliklərinin əskik olması səbəbi ilə qayğılı olurlar. Ailə böyüklərinin məsləhətlərrini oxuyaraq aldıqları informasiyalar və digər uşaq sahibi dostlarının təcrübələri arasında, əsasən, donub qalırlar. Bu davamlı idarə və yaxşı valideynlik etmək arzusu heç özləri də başa düşmədən asılı münasibət yarada bilir. Ana-atanın uşaqdan gözlədikləri də bu halda çoxalır. İrəliləyən vaxtlarda uşağa bir bacı-qardaş vermək arzusu da yaranır və ana-atalar ikinci bir uşaq planı edərkən dəyişən duyğular hiss edə bilər. Bunun yaratdığı sualları düşünüb qalırlar.

  • Uşaqlara baxmaqla bağlı fiziki və iqtisadi yükdə ikinci bir uşaq planında önəmli faktordur.
  • Sadəcə böyük uşağın bacı-qardaş istəməsi ilə hərəkət edilməməli, ana-atanın da bu duruma hazır və istəkli olması lazımdır.
  • Bu bacı-qardaş münasibətini hər iki tərəfin də böyüməsi və inkişafı üçün bir fürsət olaraq düşünmək lazımdır.

Övladlarınız arasında qısqanclığa ailənin münasibəti

Ailədə ilk uşağın digərini qısqanması ilə tez-tez qarşılaşmaq olur, əksər hallarda evin balacası da böyük bacısını, yaxud qardaşını qısqana bilir. Qısqanmağın təbii proses olduğu və bu ana-atanın bu məsələyə yanaşması ilə dəyişə bilər. Bir-birilərini anlamağa istiqamətlənmiş davranışlarla bu qısqanclığın azaldığını müşahidə edəcəksiniz.

Uşaqlara eyni davrandıqda qısqanclığı azaltmaq istəsəniz də, əslində, bu münasibət onların arasındakı rəqabəti artırdığını, bir-birilərinə olan qayğını daim izlədiklərini müşahidə edərik. Əslində, yaşlarına görə ehtiyacları və bunlara ayıracaqları müddət fərqli ola bilər. Bir-birilərinin fərqli xüsusiyyətlərini və sizin qayğınızın da dəyişə biləcəyini onlara öyrətmək çox daha yaxşı üsuldur.

Evin böyük uşağının qısqanclıqla bağlı hərəkətləri və ana-atanın hərəkətlərini bu formada ardıcıl sıralaya bilərik:

  • Ailəyə yeni qatılan övladdan sonra, əslində, körpəni deyil, onu sevdiklərinə dair söz və davranışların sərgiləndiyini görürük.
  • Qayğı və sevginin balanslı sərgilənməməsi irəliləyən vaxtlarda uşağın körpəyə göstərilən qayğını və sevgini çox yaxından izləməyə almasına və tələblər etməsinə səbəb olacaq.
  • Övladlarınız arasında yaş fərqi nə qədər azdırsa, aralarıdakı rəqabət də o qədər güclü olacaq.
  • Cinsləri eyni olan uşaqlar arasındakı rəqabət fərqli cinslərə mənsub olan uşaqlardan daha çox və güclüdür.
  • Bacı-qardaşlar arasındakı krizlər düzgün idarə edilməsə, bu, həm də uşaqların valideynlərinə olan güvənlərini, inamlarını zədələyir.

Mənbə:cocukludunya.com və bagcam.az