Boşanmanın uşaqlara təsiri

Ayrılıq və ya boşanma xəbəri bu qərarı alan valideynlər üçün çox çətin bir müddətin aşılması mənasına gəlir.Bu müddətin də hər zaman sakit bir şekildə keçmədiyi bəllidir.Və bu müddət uşaqlar üçün də stress mənbəyi olaraq qarşımıza çıxır.Ona görə də boşanma prosesi  ən çox uşaqlara təsir edir.

Aparılan araşdırmalara görə uşaqların  boşanma öncəsindən başlayaraq,boşanma müddəti və sonrasında bir çox mənfi vəziyyətlə üz-üzə qala bildikləri ortaya çıxmışdır.Uşaqlarda ana-ata ayrılığının yaratdığı stress,ümumilikdə ayrılığın sonrakı ilk günlərində deyil,daha sonrakı vaxtlarda da, ortaya çıxar hətta bu travma illər sonra da davam edə bilər.

Boşanmış ailələrdə uşaqların geriyə dönüb baxdıqlarında xatırladıqları neqativ faktorlar bunlardır:

  • Ana-ata arasında xəbər daşımaq məcburiyyətində qalmaq
  • Valideynlərinin bir-birlərini günahlandırmasını eşitmək məcburiyyətində qalmaq
  • Ana və ya atanın aşırı qəmginliyinə,əsəbiliyinə,emosional çökməsinə şahid olmaq
  • Valideynlərindən biri ilə görüşməmək,onun üçün darıxmaq
  • Yaşananlar üçün özünü günahlandırmaq
  • Valideylər arasında davam edən düşmənçilik (bu təməl stress faktorlarındandır)

Boşanmadan öncəki və sonrakı qalmaqalların uşaqlara necə mənfi təsir göstərdiyini belə bir statistikada görə bilərik: 37,7 % uşaqda irəliləyiş azalır; 19,6 % evdə intizam azalır; 17,4 % xüsusi diqqəti tələb edirlər; 8,7 % evdən qaçırlar; 6,5 % dostlarla münaqişələr yaranır.

Tədqiqatların nəticələri həmçinin şahidlik edir ki, natamam ailələrdən olan uşaqlar sonralar əks cinslərlə münasibətlərin qurulmasında çətinliklər yaşayırlar.Bu, onlarda hərhansısa bir münasibətə girərkən özünəinamın aşağı olması,evlilik qorxusunun olması ilə göstərir.

Uşaq psixoloqları bir daha qeyd edirlər ki,günahkarlıq hissi boşanmış ailələrin uşaqlarında daha çox olur.Və hətta bəzi məlumatlara görə nikahın pozulması oğlan uşalarına daha çox mənfi təsir göstərir.

Uşaqlarda valideynərin boşanması ilə əlaqədar stressin verdiyi nəticələr bunlardır:

  • 1. Gündəlik həyata uyğunlaşmasının pozulması;
  • 2. Sevgi və sədaqət haqqında təsəvvürlərin dəyişilməsi.

 

Bu,yaşından asılı olaraq valideynlərin boşanması özünü müxtəlif şəkildə göstərə bilər.

Psixoloqların və həkimlərin birgə apardıqları tədqiqatlara görə, bəzi hallarda boşanma südəmər uşağın həlak olmasına da apara bilər, çünki uşaq anası ilə simbiozda (bağlılıqda) olur. Həlak olmasının səbəbi ondadır ki, ana stressdə olur və uşağa olduğu dərəcədə qayğı göstərə bilmir, məsələn, südverən analarda stresslə bağlı olaraq süd çox miqdarda azalır. Və ya ana bütün sevgisini qayğısını övladına verir zamanla uşağı əlindən belə yerə qoymur. Bütövlükdə, balaca uşaqlar öz narahatlıqları barədə böyüklərə yalnız bir üsulla xəbər verə bilərlər - xəstələnmək. Ekzemalar, qastritlər, pəltəkləmə, zəhlə tökən hərəkətlər - uşaqların daxili gərginliyinin ən tipik təzahürləridir.

Bu dövrdə boşanmaya aid reaksiyalar: imtina (qidadan, oyunlardan, bağçaya və ya küçəyə yürüş…), özünü qiymətləndirmənin aşağı olması, diqqət çatismamazlığı.

Uşaqlar üçün – boşanma bir qəzadır, təhlükəsizliyin və sevginin itməsidir. Kiçik yaşda olan uşaqlardan daha çox yeniyetmələri valideynlərin boşanması kəskin narahat edir. Təxminən valideynlərin boşanmasından bir il sonra bütün problemlər hamarlanır və uşağın emosional vəziyyəti bərpa olunmağa başlayır. Bu yalnız bir şərtlə mümkündür ki, əgər uşaq valideynlərin sevgisini, öz əhəmiyyətini, təhlükəsizliyi hiss edirsə və o tək deyil.