Davranış pozuntuları

Davranış pozuntusu, digər şəxslarin təməl hüquqlarının, ictimai dəyərlərin,heçə sayıldığı, təkrarlayıcı və davamlı bir pozuntudur. Davranış pozuntusu olan insanlar, digırlərinin duyğuları, arzu və istəklərini diqqətə almaz və empatiya qura bilməzlər. Təhdid edici reaksiyalar göstərir və bu reaksiyalarında haqlı və məntiqli olduqlarına inanarlar. Güclü görünməyə çalışsalar da özlərinə inamları olduqca aşağı olur.

Valideyn laqeydliyi,  fiziki və cinsi istismar, zorakılıq, diqqət əksikliyi, ailədə böyüklərin sayının çox olması, uşağa qulluq edənlərin tez-tez dəyişməsi davranış pozuntularına səbəb olan amillər arasındadır.

Ən çox görülən əlamətlər yetkinlərə qarşı gəlmə, mənfi və düşməncə davranışlar, şifahu təhdidlər və fiziki təcavüzkarlığı ehtiva edən davranışlardır. Qızlarda bu davranışlar oğlanlara nisbətən daha passiv, şifahi və dolayı yolla təcavüzkarlıq şəklində özünü göstərir. Təşviş pozuntusu və depressiya ilə yanaşı diqqət əskikliyi və hiperaktivliklə birlikdə də müşahidə olunur. Davranış pozuntularının ortaya çıxmasında sosial problemlər, yoxsulluq, ailədaxili istismar, valideynlərin əsassız davaranışları, tez-tez və yersiz cəzalandırma kimi faktorlar yer alır.

Davranış pozuntularına  evdən və məktəbdən qaçma kimi qaydaları aktiv olaraq pozma hərəkətləri, başqasının əşyasına və ya şəxsinə qarşı təcavüz, təhdid, qəsb, oğurluq, fırıldaqçılıq, cinsi istismar, heyvanlara qarşı əziyyət kimi davranışlar daxildir.

Loeberə görə davramış pozuntuları 3 yol vasitəsilə inkişaf efə bilər:

  • Nüfuz ilə qarşıdurma yolu; 12 yaşından, əvvəlcə inadkarlıqla başlayır, əleyhdar olma və qarşı gəlmə davaranışları (məktəbdən qaçma, evdən qaçma, gecə evə gəlməmə) ortaya çıxır.
  • Gizli yol; 15 yaşından, əvvəlcə kiçik, gizli hərəkətlərlə başlayır (tez-tez yalan danışma, mağazalardan oğurluq etmə), ikinci mərhələdə mülkə zərər vermə vardır, üçüncü mərhələdə orta dərəcədə cinayətə meyilli davranışlar (cibgirlik, fırıldaqçılıq), dördüncü mərhələdə isə ciddi cinayət, cəhd davranışlar (qəsbkarlıq, maşın oğurlama) ortaya çıxır.

Açıq yol; Bu yol kiçik hücumlarla başlayar (zorakılıq kimi), 2ci mərhələdə fiziki döyüşlər və şəbəkə döyüşləri meydana gələr, 3cü mərhələdə isə ciddi təcavüzkarlıqlar ortaya çıxar. 

                                            Tərcümə etdi: Firuzə Qənizadə.