Delfin Terapiyası

Xüsusi Qayğıya ehtiyacı olan şəxslərə ənənəvi metodlarla yanaşı qeyri-ənənəvi metodlardan istifadə edilərək də yardım göstərilir. Qeyri-ənənəvi metodlar dedikdə heyvan dəstəkli terapiyalar da nəzərdə tutulur.Heyvan dəstəkli terapiyalar ədəbiyyatlarda “Pet therapy “adı altında ümumiləşdirilir.Heyvan dəstəkli terapiyalar aşağıdakılardır:

-Hipoterapiya(atlarla terapiya)

-Delfino terapiya

-Konis terapiya(itlərlə terapiya)

-Cat therapy(pişiklərlə terapiya) və.s

İndi isə dünya təcrübəsində geniş istifadə olunan Delfino Terapiya haqqında danışaq.Terapiyanın əsasını xəstənın tibbi-psixoloji reabilitasiyası üçün hazırlanan sistem təşkil edir.Delfinlərin müalicə edici xüsusiyyəti uzun illər əvvəl məlum olmuşdur.80-ci illərdə ABŞ-ın Florida ştatında  Doctor Nathonson delfinlər və uşaqlarla işləməyə başladı.Kiçik Daun sindromlu uşaqla delfinlər arasında  təmas yaratdı və qısa zaman sonra uşağın davranışında xeyli irəliləyişlərin olduğunu gördü.Həmin vaxtdan bu günə qədər delfinlərlə terapiya haqqında bir çox araşdırmalar aparılır.

Delfinlər insan bədənində olan hər hansı uyğunsuzluğu,narahatlığı güclü hissiyat üzvləri sayəsində çox tez hiss edərlər.Delfinlərin beyinində olan boş bir sahədə yüksək titrəyişli səs dalğaları  istehsal olunur.Bu səs dalğalarını  delfinlər bir-biriylə əlaqə yaratmaqda,istiqamətlərini təyin etməkdə,qida tapmaqda və.s istifadə edirlər.Fizioloji olaraq biz bu ultra səsləri eşidə bilmirik,ancaq suyun dərinliyində olarkən yada digər istisna hallarda bu səsləri cuzi də olsa hiss etmək mümkündür.

Yüksək titrəyişli səs dalğalarının maddələrin içərisindən keçə bilmə xüsusiyyəti vardır.Eyni zamanda delfinlərin istehsal etdiyi bu səs insan vücudunun içindən də keçmə qabiliyyətinə malikdir.Bunun əsasında beyin rezonanslarına daxil olan səs dalğları beyinin işini yaxşılaşdıran biokimyəvi maddələri də stimullaşdırır.

Delfin terapiya əqli,psixi və fiziki problemləri olan şəxslərə reabilitasiya məqsədilə tədbiq olunur.Xüsusi təlim almış delfinlərlə insanlar qarşılıqlı təmasa girirlər.Bu terapiyada uşaqların daha əvvəllər qazanmadığı bacarıqlar tez bir zamanda özünü biruzə verir.Məsələn ilk gülümsəmə,göz kontaktı qurma,uzun müddət bir yerdə dayanıb delfinlərə baxma və.s .Delfinlərlə yarım saat üzmək uşağın xarici aləmə  marağını artırır,daxili dünyasına qapanılmanı  isə azaldır.

Delfino terapiya əsasən Daun Sindromu,Autizm,əqli gerilik,Psixi İnkişaf Ləngiməsi,USİ(Uşaq Serebral İflici) və digər sindromlar da tədbiq olunur.Delfino terapiya uşaqlara psixoji olaraq çox yaxşı təsir edir.Əvvəllər adi yüksək səsdən qorxan uşaqlar artıq çəkinmədən delfinlərlə təmasa girməyi bacarırlar.Beləliklə uşaqlarda həmdə özgüvən yaranır.Motorika,dəri hissiyatı üçün də ideal seçimdir.Delfino Terapiyadan sonra “Xoşbəxtlik Hormonu” adlanan Dopamin və Serotonimin miqdarında da artım müşahidə olunur.Bu hormonların stimullaşması isə uşağın daha şən,həvəsli olmasına kömək edir.Eyni zamanda araşdırmalar nəticəsində müəyyən olmuşdur ki,delfino terapiya zamanı sağ və sol beyində eyni anda artma qeyd olunur.Bundan başqa Alfa və Betta beyin spektrındakı aşağı beyin dalğalarında da yüksəlmə müşahidə olunub.

Davranış pozulmaları olan uşaqlar üçün də bu terapiya ideal seçimdir.Bu metodla uşaqlar düzgün olmayan davranışları azaldır,əvəzində isə yeni yararlı bacarıqlar qazanırlar.

Xüsusi qayğıya ehiyacı olan uşaqlarda öyrənmə bacarığı aşağı səviyyədədir.Amerikada autizm sindromlu uşaqla aparılan araşdırma sonrası məlum olub ki,uşağın normalda 6 ay,1 ilə öyrənəcəyi bilik və bacarıqları delfino terapiya ilə 2-3 aya öyrənməsi mümkündür.Əgər uşaq həm pedaqoji,həmdə loqopedik  yardım alarsa bu zaman terapiyanın nəticələri daha effektiv olur.

Təəssüf ki,ölkəmizdə delfino terapiya tədbiq ediləcək mərkəzlər fəaliyyət göstərmir.Lakin qonşu ölkələrdən Türkiyə bu sahədə illərin təcrübəsinə malikdir.

                                                       Nuray Lətifzadə