Distimi nədir?

Depressiv pozğunluqlarlar  major depressiya və distimi olaraq təsnif edilir. Major depressiya  daha qısa davamlı lakin ağır, distimi isə  daha yüngül amma daha uzun sürən depressiya vəziyyətləridir.

Diaqnoz qoyula bilməsi üçün  bunların şiddəti və müddəti  əhəmiyyət daşıyır. Digər tərəfdən bu ifadə edilərin adamda diqqətə çarpan bir çətinliyə ya da ictimai və peşə sahələrdə ya da əhəmiyyətli digər funksional sahələrdə pozulmağa səbəb olması şərtləri də axtarılmaqdadır.

Distimi diaqnozu qoyula bilməsi üçün xəstənin şikayətləri ən az iki il davam etməlidir.Diaqnoz qoymaq üçün az qala hər gün və günün böyük qisimi sürməsi şərtidir.

Distimi, nisbi olaraq daha ağır və uzun sürən depressiya vəziyyətlərini ifadə etmək üçün istifadə edilən bir anlayışdır. Çox vaxt adamın özü və yaxınları xəstənin bu vəziyyətinə alışır. Xəstə yaşadıqlarını çox vaxt bir qədər olaraq görər, yaxınları isə xəstənin əlamətlərini şəxsiyyət quruluşu olaraq şərh edər.

Major depressiya ilə müqayisə edildiyində xəstədəki depressiya əlamətləri şiddətlənmədikcə distimili xəstələrin şikayətlənmələri üçün həkimə müraciət etdikləri və çarə axtardıqları çox görülməz. Distimili xəstələrdə də görülən ifadə edilər və klinik cədvəl bir-birinin eynisi olmasa da aşağıda ən çox rast gəlinən klinikacədvələ bir nümunə verilmişdir:

Adam özünü illərdir, bədbəxt-qəmgin hiss edər. Baş ağrısı və oynaq ağrıları üçün illərdir ağrı kəsici dərmanlar içər, amma  bu ağrılardan heç cür xilas ola bilməz. Yuxusu və iştahı nizamsızdır. Bəzən yaxşı yatmaqla birlikdə, yuxusuz günləri daha çox olur. Çox vaxt gün içində yaşadıqlarını düşünməkdən heç cür yuxuya getməz. Yeməyini belə iştahla yediyi çox görülməz; çox vaxt özünü məcbur edərək yemək yeyər. Özünə etibarı heç yox kimidir. Ətrafındakılar onu sevindirmək üçün gəzməyə aparsalar belə çox vaxt bu gəzintilərdən çox zövq almaz.

         Məqalə müəllifi: Gərayzadə Elmira (Narınc könüllü qrupunun üzvü)