Gəzən cəsəd- Kotard sindromu

Kotard sindromu ilk dəfə 1880 ci ildə Fransız psixiatr Jules Cotardın onu “dèlire des nègations” adlandırması ilə təsvir olunub. Sindromun xarakterik əlamətləri nihilistik yanlışlıqdır. Tipik olaraq, xəstələr orqanlarını, qanını və ya bədən hissələrini itirdiklərinə, hətta ölü olduqlarına inanırlar. Bu nisbətən nadir sindrom olub,  depressiya, şizofreniya və ümumi vəziyyətlərdən qaynaqlanan psixiatrik pozuntusu olan xəstələrdə rast gəlinir və sızlıqla demans ilə əlaqələndirilir.

 Deluziya ( aldanma) nevroloji xəstəliklərdə psixozun əsas təzahürüdür. Kotard sindromu və digər spesifik məzmunlu deluziyalar nevroloji xəstəliklərdə, beynin orqanik zədələnmələrində, və travmatik beyin zədələrində müşahidə edilir.

Bu sindromlu insanlar bəzən ölü olduqlarını sübut etmək üçün intihara cəhd edirlər. Bu yönü ilə xəstəlik ətrafından çox insanın özü üçün ölümcül nəticələr yaradır. Depressiya və intihara meyilli sindromu olan xəstə, ümumiyyətlə öldüyünü və gəzn bir cəsəd olduğunu düşünür. Bu xəyal xəstənin öz çürümüş ətlərinin qoxusunu alması, və bədnində qurdların gəzdiyini iddia etmə dərəcəsinə qədər uzanır.

Olduqca az rast gəlinən sindrom 2008 ci ildə 53 yaşında Filippinli bir qadında görüldü. Ölü olduğunu iddia edən qadın ailəsindən morqa aparılmasımı istəmişdi. “ Gəzən cəsəd sindromu” xəstələrinə dərman bə beynə elektrik şoku verməklə müalicə tətbiq olunur. Xəstəlik hələ yeni olduğu üçün dəqiqləşdirilmiş bir müalicə üsulu yoxdur.

Qadınlarda daha çox rast gəlinən xəstəliyin ortalama başlanğıc yaşı 52-dir. Nadir hallarda isə yeniyetməlik dövründə də rast gəlinir .

                                     Tərcümə etdi: Firuzə Qənizadə