Nağılların uşaqların psixoloji inkişafında önəmi

Nağılların uşaqların psixoloji inkişafında bir çox önəmi və dəyərli təsirləri var. Nağıl oxuyarkən bir yandan oxuyan insanla uşaq arasında kommunikasiya qurulur, digər yandan uşağın bütün zehni fəaliyyətləri hərəkətə başlayır. Oxuduğu və ya dinlədiyi nağıllardakı obrazlar haqqında xəyal quran uşaq hadisələrin inkişafına görə yaxşını, pisi, yaxud doğrunu, yanlışı ayırd etməyi öyrənir.

Əsasən, qız uşaqları qız, oğlan uşaqları isə oğlan obrazları ilə bağlılıq hiss edərlər. Beləliklə, gələcəkdəki şəxsiyyətlərinin zəminini hazırlamağa başlayarlar. Kobudca, 4-5 yaşına gəlmiş bir uşaq nağıllarda danışılan bir çox hadisənin, əslində, real olmadığını bilir. Onsuz da, bu məqsədlə başlayarkən deyilən və “biri var imiş, biri yox imiş” deyə başlayan yanıltmacların məqsədi də uşaqlara bu mesajı verməkdir. Bununla yanaşı, nağılı oxuyan insanın da uşağa bəzən fövqəl hadisələrin yalnız nağıllarda ola biləcəyini deməsində fayda var. Əslində, uşaqların nağıllardan götürməkləri lazım olan şey onların xəyal dünyasına xitab etməkdi. Beləcə uşaqların dünyasına giriş yaranır.

Nağıllar hər zaman yaxşıların qalib gəldiyi hekayədir

Nağıllar səbrli davrananların gec-tez məqsədlərinə çatdıqları, yaxşılıqların qarşılıqsız qalmayacağı, zəkanın çox hallarda fiziki gücdən üstün olduğu hekayədir. Nağıl sevginin bir çox məfhumdan daha dəyərli olduğunu, dostluğun çox önəmli olduğu hekayədir. “Çirkin ördək balası”, “Ağbəniz”, “Cırtdan”, “Qırmızı papaq”, “Məlikməmməd” kimi nağıllarda obrazlar əvvəllər çox çətinliklərlə qarşılaşsalar da, nəticədə mütləq yaxşılar qalib gəlir. Ümumi olaraq, nağıllarda cəmiyyətlərin marağına uyğun ünsülər olsa da, ümumiyyətlə, nağıllar içindən çıxdıqları cəmiyyətin dəyər, tabu və davranışlarını əks etdirir. Buna görə də uşaqlarımızın, əvvəlcə, öz nağıllarımızı oxuması daha faydalıdır.

Son dövrlər valideynlər gərgin iş rejimi səbəbilə övladlarına nağıl oxumamaqlarından danışırlar.

Bundan əlavə, cizgi filmlərin, animasiyaların və serialların həyatımıza girməsiylə birgə uşaqlar nağıl oxumaq, dinləmək yerinə bu tip proqramları izləməyi sevir. Üstəlik, uşaqların bəzən özlərinə xitab etməyən serial və proqramları izləmələri və ya şiddət səhnələri ilə dolu, doğru mesajlar verməyən animasiyalarla vaxt keçirmələri hələ şəxsiyyət kimi formalaşmadıqları üçün onların gələcəklərinə də birbaşa təsir edir.

Ailələr övladlarının gündəlik həyatı içində vizual, yaxud yazılı media ilə qarşı-qarşıya gəldiyi məşhurlar, uğurlu biznesmenlər və siyasətçilər haqqında müsbət mesajlar daşıyan və uşaqlarına yaxşını, doğrunu, çalışqan olmağın və çətinliklər qarşısında əsla dayanmadan əlindən gələnin ən yaxşısını etməyin vacibliyini göstərən nümunə hekayələr daşına bilərlər. Bu formada uşaq çevrəsində olub bitənlərdən ən müsbət şəkildə dərs alacaq, mənfi təsirləri ən aza endirəcək.

Mənbə: cocukvegenc.com   http://bagcam.az