Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

Panik atak nədir və necə yaranır?

“Panik atak nədir və necə yaranır?”

Son dövrlər panik atak problemi ilə bağlı istər gənclər, istərsə də orta yaşlı insanlar nevropataloqlara, psixiatrlara və psixoloqlara tez-tez müraciət edirlər və bu problemdən çıxış yolunu öyrənmək istəyirlər. Bəs panik atak necə yaranır?

Əvvəla onu bildirmək lazımdır ki, panik atak insanlar davamlı stess keçirdikdə, əsəbiləşdikdə, ətrafı ilə mütəmadı problemlər yaşadıqda,çox böyük travma aldıqda və bunun korreksiyası üçün psixoloqa vaxtında müraciət olunmadıqda və ya hər hansı bir təbii fəlakət nəticəsində yaranan şiddətli qorxu halından sonra üzə çıxa bilər. Bundan başqa sevdiyiniz insanlar dünyasını dəyişdikdə, onlardan uzun müddət ayrı qaldıqda, mütəmadi yuxusuzluq halları və stressli iş rejimi zamanı da özünü göstərə bilir.

Travma sonrası yaranan panik ataklar daha çox insanın həmin travmanı aldığı saatda üzə çıxır. Məsələn: gündüz 12:00 radələrində insan hər hansı baş verən təbii fəlakətdən və ya ağır qəzadan travma alıbsa artıq, onda panik atak tutmaları demək olar ki, bu saatlarda özünü göstərəcəkdir. Bu da normal haldır, çünki biz araşdırsaq görərik ki, həmin saat baş vermiş hadisə zamanı o situasiyadan, eyni zamanda həmin an yaşadığı stressdən, sıxıntıdan çıxa bilməyib və bu şüuraltısına kodlanıb. Ümumi praktikaya nəzər salsaq isə, görərik ki, insanlarda panik atak tutmaları daha çox axşam 18:00-19:00 radələrində olur.

Panik atak tutmaları zamanı əl-ayaq tərləməsi, əsmə, ürək döyüntüsünün sürətlənməsi, boğulma halları və s. sıx şəkildə müşahidə edilir.

Panik atakı necə korreksiya edə və zamanla aradan qaldıra bilərik? – Qeyd etdiyimiz kimi yuxarıda sadaladığımız əlamətlər hiss edilərsə mütləq gecikdirmədən peşəkar mütəxəssis dəstəyi alınması və bu problemin vaxtında korreksiya edilməsi gərəklidir. Əgər panik atak hər hansı bir travma sonrası meydana çıxıbsa psixoloq bunu müəyyən etməli və o travmanın üzərində işləməlidir. Beləcə, zamanla pasient bunu psixoloji olaraq aşmağa və panik atak tutmaları azalmağa başlayacaqdır.

Amerika Beynəlxalq  Nevrorequlyasiya və tədqiqatlar  Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, uzman- klinik psixoloq Narınc Rüstəmova

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!