Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

Psixomotor inkişaf geriliyi

Minimal beyin disfunksiyası termini valideynlərə çox tanışdır. Belə uşaqlarda beyin funksional sisteminin gecikməsi olur, bu da davranış, nitq, diqqət, yaddaş, qavrama, hissetmə və s. psixi fəaliyyət növlərində özünü göstərir.

Ümumiyyətlə uşaqlıq- insan həyatının təməlini qoyan bir dövrdür. Uşağın gələcək inkişafı bu dövrdə əsaslanır.

Uşaq beyni çox həssas və elastik olur, onun qəbul etdiyi informasiya bəzən ömürlük qalır.

Qeyd etmək lazımdır ki, əqli və fiziki inkişafda geriliyi olan uşaqlardan bəziləri ola bilsin ki, bütün həyatı bacarıqlarını (oxumaq, yazmaq, ünsiyyət) və s. inkişaf etdirməyə nail olmayacaq. Ola bilər ki, ümumi intellektual inkişaf normal səviyyədə olsa da , onların məktəbdə, təhsillə bağlı sosial adaptasiya ilə bağlı çətinliklər meydana çıxacaq. Belə uşaqları (məktəbdə, evdə, diqqətsizliklə günahlandırmaq əvəzinə onlara kömək etmək və xüsusi yananaşmaq lazımdır. (tərifləmə)

Minimal beyin disfunksiyasının əsas səbəb mərkəzi sinir sisteminin prinatal zədələnməsi yarımçıq doğulma, erkən yaşda olan kəllə-beyin travmaları neyro infeksiyalardır.

Minimal beyin disfunksiyasını necə təyin etmək olar?

1) Uşaqlarda erkən psixo motor inkişafı yaşa görə geri qalır, gec oturur, gec danışır, gec yeriyir.

2) Uşaq çox hərəkətlidir, hövsələsiz, diqqətsiz, tələskən, impulsiv və ya çox sakitdir, az hərəkətlidir, tez yorulur və s.

3) Belə uşaqlarda qamət pozgunluğu əyripəncəlik, görmə zəifliyi, bağ ağrıları, kəkələmə, enurez, kiçiki motorikanın geriliyi (düymə bağlamağı, ayaqqabı geyinməkdə, qayçıdan istifadə etməkdə) çətinlik çəkirlər.

II Uşağın fiziki və əqli inkişafını düzgün istiqamətləndirməsək:

Fizkiki qüsurluq , əqli qüsursuzluğa , Əqli qüsurluq fiziki qüsursuzluğa gətirib çıxarır.

Əgər valideynlər uşaqıarın bu əlamətlərin bir neçəsini görürsə mütləq Nevropotoloq, loqoped, pediatr, psixoloq (psixopedaqoq) ortoped və s. mütəxəssislərin nəzarəti ilə kompleks şəkildə aparılmalıdır.

Belə uşaqlar hər gün eyni saatda yatmalı, eyni vaxtda oyanmalıdır.

Televizor, kompüter qarşısında minimum sutkada 30 dəqiqəyə qədər vaxt keçirməlidirlər.

Belə uşaqları üzgüçülük, rəqs, gimnastika ilə uşaqla taktil kontakt (masaj) yazdırmaq lazımdır.

Kompleks yanaşmada psixoloji-pedaqoji, psixo-terapevtik korreksiyadan əlavə medikamentoz müalicədə nootroplar beyin-qan dövranını yaxşılaşdırın, sakitləşdirən vasitələrdən istifadə olunur.

Rəna Kazımova

Narınc Uşaq Psixologiya Mərkəzinin psixo-pedoqoqu

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!