"PSİXOLOJİ MƏSLƏHƏTƏ GİRİŞ" KURSU - 27.04.2019

Psixologiya Elmi-Tədqiqat İnstitutu "PSİXOLOJİ MƏSLƏHƏTƏ GİRİŞ" KURSU-nu təqdim edir. Kurs Psixologiya Elmi-Tədqiqat İnstitutunun rəhbəri Elnur Rüstəmov və institutun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, psixoloq Nərmin Quliyeva tərəfindən tədris ediləcək. 
Kurs həftədə 1 dəfə, hər biri 4 saat olmaqla 4 modul üzrə davam edəcək.
 MODUL 1.
1. Psixoloji məsləhət prosesi və onun əsas mahiyyəti;
 2. Hansı hallarda psixoloqa müraciət etmək lazımdır?; 3. Praktik psixoloqun peşəkar fəaliyyətinə qoyulan tələblər;
 4. Psixoloq otağının tərtibatı;
5. Psixoloji məsləhət prosesi.
 
MODUL 2. 
1. Psixoloqla müraciət edən şəxs arasında konsultativ əlaqə və onun psixoloji məsləhətə  təsiri;
3. Müraciət edən şəxslə ilk görüş;
4. Psixoloji məsləhət prosesində empatiya və terapevtik münasibətin formalaşdırılma üsulları;
 5. Psixoloji məsləhət prosesində problemin dəyərləndirilməsi- psixodiaqnostika və klinik müsahibə.
 
MODUL 3. 
1. Psixokorreksiya nəzəriyyələrinin əsas istiqamətləri;
2. Psixoloji məsləhət zamanı tətbiq olunan texnikalar və problemə uyğun korreksiya üsulunun seçilməsi;
3.Psixoloji məsləhət prosesində müraciət edən şəxsin müqaviməti və korreksiya üsulları;
4. Psixoloji məsləhət prosesində rast gəlinən xüsusi problemlər.
 
MODUL 4. 
1. Psixoloji məsləhət prosesində, yeni başlayan psixoloqlarda rast gəlinən çətinliklər;
2. Psixoloji məsləhətin etik prinsiləri və standartları;
3. Praktik çalışmalar.
 
MODUL 1. 27.04.2019-cu il tarixdə saat 12:00-16:00-da baş tutacaq. 1 modulun ödənişi 40 AZN, tələbələrə ( tələbə biletini təqdim etmək mütləqdir) xüsusi güzəştlə 30 AZN təşkil edir. Tam kursun ödənişi 160 AZN, tələbələrə xüsusi güzəştlə 120 AZN təşkil edir. Bir və ya bir neçə modulda iştirak edənlərə İŞTİRAK SƏNƏDİ, tam kursu bitirənlərə SERTİFİKAT təqdim olunacaqdır. Qeyd edək ki, tam kursda iştirak edənlərə müəllifləri Elnur Rüstəmov və Nərmin Quliyeva olan PSİXOLOJİ MƏSLƏHƏTƏ GİRİŞ kitabı HƏDİYYƏ EDİLƏCƏK. 
İştirak etmək üçün öncədən qeydiyyatdan keçmək mütləqdir. Bizimlə əlaqə: 070 268 27 08 ( what's app da aktivdir)