Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

Uşaqlarda qulaq ağrısı

Uşaqlarda qulaq ağrısı soyuqdəymədən, yaxud çiməndən sonra baş verir.3-4 yaşlı uşaqlar qulaq infeksiyalarına qarşı meylli olurlar. Əgər uşaqlar qulaq ağrısından şikayət edirsə mütləq həkimə müraciət etmək lazımdır, ona görə ki, qulaq ağrısı öz-özündən sağalmır, zamanla ötüb keçmir. Qulaq ağrısı zamanı uşaqlara ilk yardım.

Əgər gecə vaxtı uşaqda qulaq ağrısı başlayıbsa və sizin həkimə müraciət etmək imkanınız yoxdursa nə etməli?

Təbii ki,uşaq səhərə qədər bu ağrıya dözə bilməz, qulaqların guppultu ilə ağrıması onu yatmağa da qoymaz. Bu zaman bəzi valideynlər uşaqların qulağına bor spirti damcıladırlar. Amma bu yanlışdır, çünki qulağın nədən ağrımasını müəyyən etmək çətindir, əksinə daha çətinləşdirə bilər ağrını. Gecə başlayan qulaq ağrısı zamanı uşağa belə kömək etmək lazımdır.

Tənzifin üzərinə 2-xörək qaşığı araq, 2-xörək qaşığı su qarışdırıb tökmək lazımdır və bunu uşağın qulağının üstünə qoymaqla ağrını sakitləşdirə bilərsiniz. Lap yaxşı olar ki, tənzifi qulağın üzərinə qoyub qalın yaylıqla bağlayasınız. Bu zaman yaylıq istilik verir, ağrını yüngülləşdirir.

Ya da araqla suyu qarışdırıb salfetkanı ya pambığı ona batırıb uşağın qulağının üstünə qoya bilərsiz, bu zaman da mütləqdir yaylıqla bağlanmalıdır. 1-2 saat saxlamaqla uşağa kömək etmiş olarsınız.

Diqqət:əgər uşağın hərarəti varsa və qulağı ağrıyırsa qəti bu prosedurları etmək olmaz, bədənin hərarəti yüksək olan zaman istilik verən köməklər əksinə ziyan edir, ağrını gücləndirir. Bu zaman pambığı bor spirti ilə isladıb uşağın qulağına qoymaq lazımdır. Spirti qətiyyən qizdırmayın, çünki qızdırılma zamanı bütün keyfiyyəti buxarlanır və bunun uşağa köməyi olmur. Spirti qulağa damcılatmaq olmaz bu zaman qulağın dərisini yandırmış və qulağa ziyan vermiş olarsınız. Uşaqlarda zökəm xəstəliyi olan zaman mütləq müalicə edin, çünki vaxtında olmayan müalicə sonunda qulaq ağrısına gətirib çıxardar.

Uşaqlar hamamdan yaxud da dənizdən gələndən sonra bəzən qulaq ağrıları olur. Bunun üçün ilk öncə balaca uşaqları çimizdirdikdə qulaqlarına pambıq qoymaq lazımdır, böyük uşaqlarda isə çiməndən sonra mütləq qulağı qulaq qurudan çoplərlə qurutmaq lazımdır. Hamamdan çıxandan sonra saçlarını fenlə qurudun, bu zaman fendən gələn istilik qulağa çox kömək edəcək.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!