Zəlzələnin gətirdiyi psixoloji sarsıntı – Uşaqları necə qoruyaq?

Təcrübə göstərir ki, zəlzələ zamanı adətən dərin travma alanların əksəriyyəti azyaşlılar olur.

Zəlzələ və bu kimi təbii fəlakətlərin psixikada dərin iz salmaması üçün nə etməli, necə hazırlaşmalı?

Bagcam.az xəbər verir ki, Medicina.az bu sualla psixoloq Zeynəb Əyyubovaya müraciət edib. Psixoloq bildirib ki, bu məqamlar üçün əvvəlcədən güclü maarifləndirmə şərtdir: “Ümumiyyətlə, bütün fövqəladə vəziyyətlərin insan zehninə təsiri fərdə görə dəyişir. Bir insan hər hansı fəlakətə neytral baxa bilər, başqa biri isə əksinə, sarsıntı yaşaya bilər. Yəni hər bir insanın alqısı müxtəlifdir.

Baş verən zəlzələdən sonra sosial şəbəkələrdə yayılan təşviş dolu yazılar in­san­ları daha çox vahiməyə salırdı, nəinki hadisənin özü. Burdan belə nəticəyə gəl­mək olar ki, insanlar ajiotajlı vəziyyətə hazır deyillər. Hansısa təbii hadisə zamanı in­san­ların nə edəcəkləri ilə bağlı güclü maarifləndirmə getməlidir. Bu maarif­lən­dir­mə məktəblərdə, universitetlərdə kütləvi şəkildə olmalıdır ki, insan necə rəftar etmə­li olduğunu qabaqcadan bilsin. Məktəblərdə psixoloqlar bu işlə xüsusi məşğul olma­lı­dırlar. Çünki insan doğuşdan həyəcanlı və fobiyalı olmur. Fobiyalar onların yaşa­dıql­arı hadisələrin beyinlərində buraxdığı izlər nəticəsində yaranır. Ona görə də in­san özünün nəyə fobiyası olduğunu qabaqcadan bilməlidir. Belə olduqda hadisə za­manı insan daha kontrollu davranacaq və təşvişə düşməyəcək”.

Bu cür hadisələrin uşaqların psixologiyasına daha güclü təsir göstərdiyini vur­ğu­layan psixoloq onları qorumağın valideynin vəzifəsi olduğunu deyib:

“Uşaqlarda yaranan təşviş və qorxu valideynlərdən dolayı yaranır. Çünki zəl­zə­lə tipli təbii fəlakətlər uşaqların anlayacağı təbii hadisələrdən deyil. Uşaqlar had­isə­yə sadəcə olaraq valideynlərin pəncərəsindən baxırlar. Uşaq görsə ki, ana qışqırır, ata həyəcanlıdır, nənə-babanın təzyiqi qalxıb, o zaman o da gördüyünü təq­lid­ edir. Burada əsas vəzifə valideynin üzərinə düşür, yəni uşağın hadisələrə baxışını vali­deyn formalaşdırır. Valideyn hadisə zamanı nə qədər soyuqqanlı və tədbirli dav­ra­nar­sa, uşaq da sakit və rahat olacaq.

Bəzi uşaqlar var ki, onlar valideynlərindən asılı olmayaraq kiçik bir hadisə olan kimi qorxuya düşərək həyəcanlanırlar. Bu cür uşaqlar hətta məktəb summa­tiv­lər­indən iki qiymət aldıqları zaman da təşvişə düşürlər. Bu uşaqların yar­dım almaq üçün psixoloqa müraciət etmələri yaxşı olardı”.

Mənbə: bagcam.az