Sağlamlıq psixoterapiyası

Hazırda gündəlik yaşantımızdan asılı olaraq bir çox xroniki və yaşlılıqla bağlı xəstəliklər gedərək artır. Yaranmasında psixoloji və sosial faktorların əhəmiyyətli payı olduğu düşünülən və uzun bir müddəti əhatə edən şəkər, ürək, böyrək və xərçəng kimi xəstəliklərin müalicəsində, xəstə ilə müalicə qrupunun səmərəli əməkdaşlığı əhəmiyyətlidir. Bütün bunlar yalnız xəstəliklə mübarizə aparan şəxsin deyil, həmçinin onun ailəsinin də psixoloji və sosial istiqamətlərdən başlayaraq araşdırılmasını tələb edən müasir səhiyyə xidmətlərini zəruri edir. Belə bir vəziyyət isə tibbi xidmətlərlə yanaşı sağlamlıq psixoterapiyası anlayışı və üsullarıyla nəticələndirir. Yəni hazırki dövrdə fiziki xəstəlikləri olan fərdlərin ruhi vəziyyətləri də yaxından təqib edilir. Xüsusilə, xroniki və onkoloji xəstəliklərin reabilitasiyasında əsas müalicə üsullarından biri hesab olunur.