Körpə anadan olan kimi onun eşitmə orqanının normada fəaliyyət göstərdiyini, eşidib –eşitmədiyini yalnız xüsusi cihaz və avadanlıqla təyin etmək olur ki, dünyanın bir çox ölkələrində bunu edirlər.
Lakin doğulandan 2-4 həftə sonra artıq körpənin səslərə reaksiyasından bunbu təyin etmək olur.
- Uşağın eşidib-eşitməməsinin vaxtında aşkarlamaq üçün valideynlərin nə etməli olduğunu izah edirik:
- Körpə ağlayan, qığıldayan zaman bərkdən döyəcləmə və tappıltı səsinə dayanır, səsi kəsilir, hərəkətini dondurub baxır. İlk əvvəl möhkəm taqqıltı səsinə reaksiya verir, daha sonralar insan səsinə də belə təpki göstərir.
- 2-4 aylıqda körpə bərkdən danışıq və musiqi səsini eşidir, səs istiqamətinə başını çevirir. İlk əvvəl 2-3 metrlikdəki səslərə reaksiya verir.
- Uşağı güldürəndə, danışdıranda üzünüzə baxıb gülməsi sizi çaşdırmasın. Onun bu reaksiyası səsinizə yox, üz mimikanızadır.
- 6-7 aylıqda körpə 6 metr uzaqlıqdan səsləri eşitməyə başlayır.
Vibrasiya, addım, qapı çırpılması, çarpayıya döyəcləməkə eşitmə yoxlanılmır.
Çünki bu səsləri vibrasiya dalğalarından hətta eşitməsi olmayan körpə də hiss edir.
- yaşına doğru körpə doğmalarla yadların səsini ayırd edir, tanış frazaları seçir, öz adına boylanır, qırıq qırıq hecaları, kiçik sözləri deməyə çalışır.
- Uşağın eşitmə fəallığını nə qədər tez aşkar edib, həkimə gedərək, problemin müalicəsi və xüsusi aparatln taxılmasına nail olsanız, usagın danışmağı da bir o qədər tez olacaq.
Diqqət: 1 aylığından başlayaraq körpə güclü səs küydən, qəfil səsdən yuxudan ayılmırsa, anasının səsi və laylasından sakitləşmirsə, danışan adama tərəf boylanmırsa, deməli, o eşitmir. Mənbə: medicina.az
Oxunub: 1,270