İlk öncə qeyd edək ki,uşaqlar rəngləri 3yaşından sonra fərqləndirməyə başlayırlar. Təbii ki,istisnalarda vardır. Beləki bəzi uşaqlar daha tez,bəziləri isə nisbətən gec rəngləri fərqləndirməyə, tanımağa və adlandırmağa başlaya bilərlər. Bu isə bizə öz övladımızı başqa uşaqlarla müqayisə etməkdən çəkindirməlidir. Qonşunun uşağı 2yaşında bir neçə rəngi tanıyır sizin övladınız isə bütün rənglərə qırmızı deyirsə bu onun zəkasının geri qalması deyil, o sadəcə rəngləri tam qavramayıb və rəng fərqləri ilə bağlı az oyunlar oynayıb.
Əksər uşaqlara rəngləri öyrənmək üçün xüsusi tapşırıqlar etmək lazım olmur.Onlar sadəcə böyükləri izləyir,rəsm çəkərkən rənglərin adından çox istifadə olunması bu işdə kömək olur.
Rəngləri öyrənmək üçün əsas vasitə oyundu.Uşaqlar ətrafı oyunla dərk etməyə başladığı üçün öyrətmək istədiyimiz hər bir şeyi oyuna daxil edirik.İlk öncə müşahidə aparmaq lazımdır ki,xüsusilə ayırdığı rəng varmı,hansı ki,bütün oyuncaqları arasında o rəngə üstünlük verir.Lakin uşağın ətrafdakı əşyaları yaxşı tanıdığına da əmin olmalıyıq.Öyrətməyə bir deyil bir neçə rəngdən başlamalıyıq.Çünki bir rəngi uşağın qarşısına qoyub -qırmızı,qırmızı-diyib təkrar etsək o çətinlik çəkəcək.Eyni anda iki rəng seçib hər ikisinində adını deyirik lakin birinə üstünlük veririk.Ardınca ətrafda olan bütün əşyalarda uyğun rəngləri uşağa göstərib adını deyirik.Eyni zamanda rəngli kağızlardan bir neçə eyni rəngləri kvadrat formasında kəsib hərəsindən bir ədəd olmaqla stolun üstünə qoyub uşaqdan eynilərini üst-üstə qoymasını istəyə bilərik.Bu zaman hər dəfə uşaq məs:qirmızı kvadratı qırmızı kvadratın üstünə qoyarkən QIRMIZI deyirik.Bundan əlavə rəngli muncuqlar,halqalar,stəkanlar,çubuqlardan istifadə edib eyni olan rəngləri qruplaşdıraraq öyrənmək də mümkündür.
Əşyalardan başlamaq isə məsləhət deyil.Məsələm bu qırmızı maşındı,qırmızı şardı və.s
Uşaqlar əsəs dörd rəngi:göy,yaşıl,sarı,qırmızı rəngləri öyrəndikdən sonra digər rəngləri asanlıqla qavraya bilirlər.Əksər uşaqlar isə ilk qırmızı rəngi öyrənirlər.
Uşaq rəngləri qavradıqdan sonra ona -bu nə rəngdi?-sualını verib düzgün cavab alırıqsa artıq rəngləri əşyaların üstünə keçirə bilərik.Evdəki əşyalardan nümunələr görərək rəngləri öyrənən uşaqlar onları daha tez və daha möhkəm qavramış olurlar.
Turanə Rzayeva
Narınc Psixologiya Mərkəzinin Gənclik flialının Psixoloqu