Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

Yeniyetməlik

Yeniyetməlik dövrü müxtəlif ədəbiyyatlarda fərqli yaş dövrlərinə bölün­müş­dür. Bə­zi ədəbiyyatlarda 11 yaş, bəzi ədəbiyyatlarda isə 12 yaşdan başla­yan bu döv­rün bitmə tarixi də bəzən 17 və ya 19 yaş göstərilmişdir. Əsasən qızlar yeniyetməlik döv­rü­nə oğlanlara nisbətən 1-2 il tez keçid edər. Yeniyetməlik dövrünün hansı yaşla­rı əhatə etməsi hər bir fərddə fərqlidir. Bu fərqlilik yeniyetmənin fiziologiyasından, fər­di psixi xüsusiyyətlərindən, aliəsindən, mühitindən və başqa bu kimi səbəblərdən bila­­vasitə asılıdır. Yeniyetməlik dövrü şəxsiyyətin formalaşdığı dövrdür. Elə zid­diy­yət­­lər də yeniyetmənin “şəxsiyyət arayışında” meydana çıxır. Yeniyetmə “Mən ki­məm?” sualına cavab tapana qədər bu dövr davam edir.

Yeniyetməlik dövrü uşaqlıqdan yetkinliyə keçid dövrüdür. Bu zaman yeni­yet­mə hər gün dəyişən bədəni və psixi halı arasında zidiyyətlər yaşar. Sürətlə artan fi­­zi­­o­loji dəyişikliklər qarşısında yeniyetmə tez bir zamanda uşaqlıq ruhundan qurtu­lar­aq bu dəyişməyə uyğunlaşmaq istər. Özünün də dərk etməkdə çətinlik çəkdiyi ye­ni xüsusiyyətlər meydana çıxar. İlk növbədə müstəqilliyə hədsiz meyl özünü gös­tə­­rir və valideynləri də narahat edən başlıca səbəblərdəndir. Yeniyetmə asılılıq duy­ğu­­sun­dan azad olmaq, ekonomik azadlıq eldə etmək arzusundadır.

Yeniyetmə üçün en vacib ünsürlərdən biri cinsi rolunu qəbullanma və bu rola nə dərəcədə uyğun olmasıdır. Cinsi rolunu dost əhatəsində dərk etməyə çalışan yeni­yet­mə üçün valideynlərin sözləri önəm daşımır. Bu dövrdə valideynlərin cinsiyyətlə bağlı fikirləri yeniyetmələrdə aqresiyya yaradır. Özünü kəşf etmək üçün yeni­yet­mə­yə “özü kimilər” lazımdır. Digər yeniyetmələr arasında rahatlıq tapır, şəxsiyyətini for­ma­laşdırır. Bu zaman yeniyetmə üçün ən vacib ünsürlərdən biri olan dost çevrəsi orta­ya çıxır. Dostlar bir yeniyetmənin həyatının mərkəzidir. Bu dövrdə dostluq qura bil­mə­yən, hər hansı dost çevrəsində söz sahibi ola bilməyən yeniyetmələr böyük sı­xın­tılar keçirir. Xüsusən valideynlərin dost seçiminə qarışması, onları pisləməsi ye­ni­yetməni valideynlərdən uzaqlaşdırıb dostlarına daha yaxın edir. Emosional böhran içə­ri­sində olan yeniyetmə qərarlarını özü vermək istər və heç kimin fikrini almaq istə­­məz. Lakin verdiyi qərarın arxasında durmaq, onun məsuliyyətini daşımaq yeni­yet­mə üçün çətindir. Belə çətinliklər içərisində valideynlər tərəfindən “uşaq yerinə qo­yul­maq” yeniyetmənin özgüvənini aşağı salır. Digər mühüm ünsürlərdən biri yeniyetmənin peşə seçimidir. Valideynlərin bitmək bilməyən müdaxilələri bu vəziyyəti ağırlaşdırır. Bəzən valideynlər həyata keçirə bilmədikləri arzularına övladı vasitəsilə çatmaq istəyir. Qeyd olunan bu ünsürlər və daha artığı bir-biri ilə sıx əlaqədədir, zəncirvari xarakter daşıyır. Yeniyetmənin emosional dəyişiklikləri, qız-oğlan münasibətləri, dost çevrəsi, valideynlərlə münasibətlər, peşə seçimi və s. bu kimi amillər böhran yaradır. Əgər yeniyetmə düzgün istiqamətləndirilmirsə və müvafiq dəstək almırsa böhran getdikcə böyüyür və içindən çıxılmaz bir hala gəlir. Ailə­lərin yeniyetmə ilə bağlı qorxuları böyükdür. Dərslərindən yayınarsa, yalnış mü­hi­tə düşərsə, valideynlərindən uzaqlaşarsa nələr olacaqına dair fikirlər vali­deyn­ləri daim narahat edir. Yeniyetməni necə anlamalı? Ona necə dəstək olmalı? Onu cəmiy­yə­tə bir şəxsiyyət kimi necə qazandırmalı? və s. bu kimi suallar qarşı­sın­da nələr et­mə­liyik?

Əslində valideynlər də övladlarının tez böyüməsi arzusundadır. Lakin bu arzu onları olduğundan böyük görməli olduğumuz anlamına gəlməz. Valideynlər öv­la­dı­nın günü-gündən böyüyən bədəninə aldanmamalı, onun eyni uşaq olduğunu bil­mə­lidir. Baş verən dəyişikliklərin böhran dövrü ilə əlaqəli olduğunu bil­məli, yeniyetməni anlamağa çalışmalıdır. Valideynlər yeniyetmələrin onları dinlə­mə­diyini iddia edər, yeniyetmələr isə valideynlərin onların hər fikrinə qarşı çıxdığını dü­­şü­­nür. İlk növbədə yeniyetməni dinləmək vacib şərtdir. Yeniyetmə onu anla­dığı­nı­zı, şəxsiyyətinə və fikirlərinə hörmət etdiyinizi bilməlidir. Yeniyetmə həddindən ar­­tıq emosional olduğu üçün ona emosiyalarla təsir etmək daha mümkündür. Məsə­lən, evə gec gəldiyində valideyn ona qışqırmaq yerinə, bu vəziyyətdə nə qədər pis ol­du­ğu­nu, məyus olduğunu ona bildirməlidir.

Ülfət Abbaszadə (Narınc könüllü qrupunun üzvü)

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!