Son günlərdə meydana gələn uşaq itkiləri xəbərləri ilə bağlı “Uşaqlar İtməsin Layihəsi” mövzusunda edilməsi vacib olan 10 qızıl qayda müəyyənləşdirildi. Bu layihə uşaq itkilərini önləməyə yönəlik, valideynləri maarifləndirmə adına 10 qaydanı əhatə edir:
- Uşağınıza təhlükəli yerlər haqqında məlumat verin. Az adam olan, tərkedilmiş yerlərə getməmələri tapşırın.
- Uşağın tanıdığı biri belə olsa, sizin izniniz olmadan heç yerə getməməsini söyləyin.
- Uşağınıza tanımadığı adamlardan yemək, su, dərman kimi maddələr almaması gərəkdiyini söyləyin.
- Uşağa səsin bir kömək çağrısı olduğunu izah edin. Çətin anlarda qışqıraraq yardım istəməsini öyrədin.
- Uşaqlarınıza adını, soyadını, ailə üzvlərinin ad, soyad və adresini öyrədin. Internet və sosial media tanımadığı şəxslərlə şəkil, adres, məktəb və şəxsi məlumatlarını paylaşmamağı öyrədin.
- Uşaqlarınız evdə tək qaldıqda tanımadıqları heç kimə qapını açmamalarını başa salın.
- Uşaqlarınız parkda və ya evdən kənar yerdə oyun oynayarkən ona həmişə nəzər yetirin. Gün içində etdiklərindən xəbərdar olun. Dostlarının və ailələrinin adlarını, telefon nömrələrini əlçatan yerə qoyun.
- Uşaqlarınıza mühafizə nömrələrini və adresini rahatca tapa biləcəyi yerə qoyun. Uşaqlarınıza mühafizə, polis, kimi güvəniləcək şəxsləri və məktəb, xəstəxana, polis bölməsi, məscid kimi yardım istəyə biləcəyi yerləri öyrədin.
- Uşaqlarınıza itdiklərini fərqinə vardıqda olduqları yerdən uzaqlaşmamaları gərəkdiyini söyləyin.
- Uşaqlarınızın birinə əmanət etmək məcburiyyətində qalarkən davamlı olaraq o şəxslə əlaqədə olun.
Oxunub: 694