Hiperaktivlik Nədir?

Kimsə uşağın hiperaktiv olduğunu dedikdə, uşağın DƏHP (diqqət əksikliyi hiperaktivlik pozğunluğu) ola biləcəyinə işarə ola bilər. DƏHP olan uşaqlar diqqət problemləri və oturmaq çətinlikləri vardır, və onlar implusiv olurlar, hansıki nəticəni düşünmədən nəsə edirlər.DƏHP olan bəzi uşaqlar məktəbdə çətinlik çəkə bilərlər. Bəziləri dost olmaqda çətinlik çəkə bilər. DƏHP elə bir şeydir ki, uşaq doğulanda olur. Kimdənsə keçə biləcək qrip kimi bir şey deyil. Bir uşağın, DƏHP olan bir qohumu varsa DƏHP ilə doğulmaq şansı daha yüksəkdir.

DƏHP özünü necə büruzə verir?

DƏHP, sahib olduğu uşaqdan asılı olaraq, uşaqların fərqli şəkildə hərəkət etmələrinə səbəb olur. DƏHP olan uşaqların çoxunda diqqət əksikliyi çətinliyi vardır. Bəziləri sinifdə davamlı oturmaqda və növbələrini gözləməkdə çətinlik çəkirlər. Digər uşaqlar əllərini qaldırmamış cavabları çığıraraq deyə bilərlər. Bəzən dağınıq və unutqan ola bilirlər. Sinifdə xəyal qırıqlığı meylindədirlər. Nəyisə itirə bilər və təyin etmədə çətinlik çəkə bilərlər. Oturduqları yerdə çox hərəkətli olurlar, çox gəzirlər, çox danışır və ya başqalarının danışığını kəsə bilərlər. Hərkəsin birşeylər elədiyini xatırlamaq vacibdir. Bunları bəzən eləsəniz, DƏHP nizin olduğu demək deyildir. DƏHP-li uşaqların çox vaxt bu problemləri vardır. Bu vəziyyət həm evdə, həm də məktəbdə çətinliklərin yaşanmasına səbəb ola bilər.

DƏHP-li uşaqlar narahat, əsəbi və qəmgin olurlar. Uşaqlar DƏHP-nın müalicə oluna biləcək tibbi bir xəstəlik olduğunu bilməlidirlər.

Həkim DƏHP desə?

Valideynlər və müəllimlər bir uşağın DƏHP olduğundan şübhələndikdə, ilk addım həkimə müraciət etməkdir. Həkim, daha sonra uşağı bir psixoloq, psixiatr və davranış pozğunluğu olan uşaq həkimi kimi bir mütəxəssisə yönəldə bilər. Bunlar, DƏHP olan uşaqlar haqqında və digər davranış pozğunluğu haqqında bilgi sahibi olan mutəxəssislərdir. Həkim işinin bir qismi, DƏHP-ə bənzəyən ancaq digər fərqli müalicə növlərinə ehtiyyacı olan xəstəlikləri müayinə etməkdir. Çox uşaq üçün bu, davranışlarını daha yaxşı idarə edə etmələrinə və müalicəyə getmələrinə kömək olmaq üçün tibbi məsləhət almaq mənasına gəlir.

Terapistlər nə etməlidir?

DƏHP olan uşaqların sadəcə dərmandan çoxuna ehtiyacı vardır. Davranış xüsusiyyətlərini necə dəyişdirə biləcəklərini öyrənmək üçün köməyə ehtiyacları vardır. Bəzilərinin hirs,kədər və təşviş duyğuları ilə başa çıxmaq üçün köməyə ehtiyacı ola bilər. Terapist və ya məsləhətçi uşağa qulaq asma və ya davranış terapisini nümunə göstərə bilər.

Bir uşaqda DƏHP varsa, ailəsi, müdürü və müəllimləri bilgiləndirilmək istəyə bilərlər. Niyə? Çünki uşaq yeri gəldikdə məktəb işlərində əlavə kömək ala bilər. Məktəb uşağa test etmək üçün daha səssiz bir yer ya da işi tamamlamaq üçün artıq zaman qazandırmaq kimi şeylərin məktəbdə daha düzgün olması üçün bir plan hazırlaya bilər.

DƏHP olan uşaqlar normal, xoşbəxt yaşaya bilərlər. Qələbənin açarı bir plana və bir komandaya sahib ola bilməkdir. Komandada kim var? Eyni məqsəd üçün birlikdə çalışan uşaq, ana-atalar, müəllimlər, terapist və həkim.

Araşdıran: Shirin Hasan, MD

Tərcümə etdi: Zeynallı Əzizə, ADPU 3-cü kurs tələbəsi

Mənbə: m.kidshealth.org

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!