İşləyən qadınların rol-davranış xüsusiyyətləri

Bu gün çalışan qadınların sayı getdikcə artmaqdadır ki, bu da müxtəlif səbəblərlə bağlıdır. Yəni qadınların bir qismi karyera əldə etmək, maddi problemlərini həll etmək və digər səbəblərlə bağlı çalışmaq qərarına gəlirlər. Bəzi qadınlar isə çalışmaq istəmir, vaxtını yalnız ailəsinə sərf etməyə üstünlük verirlər.

  1. Ehtiyacdan dolayı çalışan qadınlar. Bəzi qadınlar istəməsədə çalışmaq məcburiyyətində qalırlar. Ailəsinin maddi sıxıntısı üzündən çalışmaq məcburiyyətində olan gənc qızlar ya da evli olub həyat yoldaşının ehtiyaclarını qarşılamağa yetməyən çalışan evli qadınlar və həyat yoldaşından ayrılmış çalışmaq məcburiyyətində olan qadınlar var.
  2. Onlara ehtiyac olunduğu üçün çalışması vacib olan qadınlar. Həkim (xüsusilə qadın doğumunda çalışanlar), tibb bacısı, ibtidai sinif müəllimi, psixoloq və s. Mümkün olduğu qədər qadınların qadınlarla ünsiyyətdə olması yaxşıdır.
  3. Keyfi üçün çalışan qadınlar. Maddi ehtiyacı olmayan lakin, müxtəlif səbəblərlə çalışan qadınlar var. Bunları qruplaşdırsaq:

a) Üniversitetdən məzun olduğu üçün özünü çalışmaq məcburiyyətində hiss edənlər: “ O qədər oxudum, çalışım ki boşa getməsin ” deyə düşünürlər.

b) Həyat yoldaşım boşarsa və ya aldadarsa ortada qalaram qayğısı ilə çalışanlar.

c) Ev işlərini və uşaq baxmağı sevməyib çalışmağı daha rahat hesab etdiyi üçün çalışanlar.

d) Ailə məcburiyyəti ilə çalışanlar. “Sənin üçün dünyanın pulunu xərclədik, çalış da boşa getməsin.” deyə düşünən ana ataların məcburiiyəti ilə çalışan qadınlar.

e) Can sıxıntısından çalışanlar. Bekar ya da uşaqsız qadınlar can sıxıntısından çalışırlar.

Çalışmaq nəyə mane olur?

Evdə qadınlar evdə vaxt keçirərkən daha az sıxılır və özlərini daha dəyərli hiss edirlər. Qadınlar evdə uşaqları ilə vaxt keçirərkən özlərini daha xoşbəxt hiss edir və işə dönmək istəmirlər.

Türkiyədə aparılan araşdırmada da çalışan qadınların xoşbəxt olmadıqları və gələcəyə inamla baxmadıqları müəyyən edilib. Qadınların xoşbəxt olmamağının səbəbləri arasında işə yönəlmək və ailə qurmaqda gec qalmaq, kişilərin təzyiqinə məruz qalmaq kimi səbəblər göstərilir. Özəl şirkətlərdə çalışan universitet məzunları, 23-40 yaş arası 400 qadın arasında aparılan araşdırma çalışan qadınların o qədər də xoşbəxt olmadığını ortaya çıxarıb. Nəticədə, çalışan qadınların 62 %-nin xoşbəxt olmadığı, 71 %-nin isə gələcəkdən ümidsiz olduğu aydınlaşıb. “Xoşbəxtsinizmi?” sualına 38 % qadın “bəli” cavabını verib. Qadınlar xoşbəxt olmadıqlarının bəzi səbəblərini belə qeyd ediblər: “İşə çox vaxt ayırıram, şəxsi həyatıma vaxt qalmır, uşağım olmasını istəyirəm, amma vaxtım yoxdur.

Bəzi çalışan qadınlar çalışan bir qadın olmanın uşaqları üçün yaxşı bir nümunə olduqarını düşünürlər. Bəziləri isə ana olduqdan sonra iş yerində üzərlərinə daha çox yeni məsuliyyətət, rollar götürdüklərini söyləyirlər.

Çalışan qadınların, iş-yoldaş-ana üçgənindəki rolu.

Əgər Avropa ilə müqayisə etsək görərik ki, Avropa qızları (yüksək faizlə) ali təhsil aldıqdan sonra ailə qurmağa üstünlük verirlərsə, azərbaycan qızları orta təhsil aldıqdan sonra ailə qurmağa üstünlük verirlər

Valideyn maddi imkansızlıqdan əziyyət çəkdikdə və ya aztəminatlı olduqda öz uşaqlarını oxutmağa daha az meylli olur. Çünki uşaqların təhsili əlavə vəsait tələb edir, xüsusilə uşaqlar regionlardan şəhərə oxumağa gəlirlərsə.

Yaxşı bir iş qadını, yaxşı bir ana, yaxşı bir həyat yoldaşı, yaxşı bir övlad olmağa çalışmaq kimi eyni anda bir çox rolu mükəmməl etmək məcburiyyətində hiss etmək, içinə daxil olan şərtləri ve sərhədləri zorlamaq çalışan qadını zamanla qocaltmağa başlar və bərabərində bir çox problemi gətirir.

Valideyinlər çalışmalıdırlar ki, övladlarına bütün şəxsi keyfiyyətləri,liderlikləri və karyeralarında qazandıqları müvəffəqiyyətlərlə örnək ola bilsinlər. Beləliklə,ailənin sosial statusu sayəsində ətrafda müəyyən nüfuza sahib olur və cəmiyyətə keyfiyyətli şəxsiyyət yetişdirir.

Çalışan qadınların “analıq” rolu. Çalışan qadınları en çox zorlayan rol “analıq” roludur. Çalışma həyatının həm ana, həm də uşağı üzərində müsbət və ya mənfi təsirləri olacaqdır. Bir çox qadınlar çalışma həyatı və uşaq sahibi olmaq arasında bir seçim etmək məcburiyyətində hiss edirlər. Əgər, kariyerinə davam etməyi seçərsə, analıq hissindən məhrum olacağını düşünür. Əgər, ana olmağa qərar verərsə, bu zamana qədər aldığı təhsilin boşa gedəcəyini düşünərək, zamanla özünü dəyərsiz hissetməyə başlayır. Bir digər problem isə ana olduqdan qısa bir zaman sonra kariyerinə geri dönərək həm iş qadını, həm də analıq rollarını bir arada sürdürməyi çalışmaqdır.Ana və körpə arasında sağlıqlı bir əlaqənin, güvənli bir bağın yaranması üçün ilk bir neçə ay ananın körpə ilə birlikdə olması, fiziki təmasın olması körpənin duyğusal, fiziki və zehni inkişafı baxımından çox önəmlidir.

Çalışan anaların sıxlıqla qarşılaşdığı bir digər problem isə günahkarlıq duyğusudur. Ana nə qədər əlindən gəldiyicə uşağı ilə maraqlanmağa, ona vaxt ayırmağa çalışsa da,uşağını evdə bir baxıcı ya da ailə böyüyü ilə buraxmaq məcburiyyətində qalan, tüm baxımı ilə maraqlanmayan özünü yetərsiz hiss etməyə başlayacaqdır. Bu duyğu ilə analar hər axşam evə əllərində bir oyuncuqla gələcəklərdir. Vicdanını rahatlatmaq, özünü daha yaxşı hiss etmək və günahkarlıq duyğusunu az da olsa azalda bilmək üçün davamlı hədiyyə almaq zamanla ana üçündə uşaq üçün də bir təkrara dönüşəcəkdir.

Çatışmazlıq hissi “Mən kifayət qədər yaxşı bir ana deyiləm “düşüncəsindən qaynaqlanır. Yaxşı ana olmağı, ev işləriylə məşğul olub, uşağı ilə evdə maraqlanan anaları görən çalışan analar səhv fikrə düşürlər.

Çalışan ananın qarşılaşdığı bir digər problem isə həddindən artıq məsuliyyət yüklənməsi, həm zehni həm də fiziki olaraq yorğun olmasından qaynaqlanaraq, işdən evə dönüşdə uşağına kifayət qədər zaman ayırmama qayğısıdır. Ana bir gün yorğun olub uşaqla oynanmasa da ertəsi gün bu mütləq kompensasiya etməlidir.

Çalışan qadınların yoldaşlıq rolu. Çalışan qadın işinə vaxt ayırdığı qədər ailəsinədə vaxt ayırmalıdır. Eyni zamanda ev işləri ilə də məşğul olmağa çalışmalıdırlar. Lakin əksinə, həyat yoldaşı və uşaqları, tələb və gözləmələri tam mənasıyla qarşılanmadığı üçün ətrafdakılar onu əksik, və müvəffəqiyyətsiz qadın olaraq xarakterizə başladığında qadın olaraq özünü əksik, bacarıqsız olaraq qəbul etməyə başlayır.

Yoldaşına və uşaqlarına kifayət qədər vaxtı ayırmadığı, onlarla birlikdə çox zaman keçirmədiyi, onları laqeyd etdiyi, ehtiyaclarını tam mənasıyla qarşılamadığı bənzəri düşüncələr, onu günahkarlıq duyğusuna sürüyər.

Mustafayeva Sünbül Münasib qızı Narınc könüllü qrupunun üzvü

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!