Uşaq təhsilində ailənin rolu

Aparılan araşdırmalar xoşbəxt ailə mühitində böyüyən uşaqların, məktəb mühitində daha müvəffəqiyyətli olduqlarını göstərmişdir. Uşağın məktəb müvəffəqiyyətinin səbəbi ailə mühitinin sağlam olmasıdır. Uşaqların həbs olduğu bina evlərindəki həyatı, küçələr, çoxlu şəhərlər, azalan yaşıl təbiət və uşağın üzərində olan nəzarət və stress sağlam böyüməsinin qarşısını alır.

Təhsildəki ən böyük vəzifə heç şübhəsiz ana və ya ataya düşür. Əgər ana ata bu vəzifəyə hazırlıqlıdırsa, üzərlərinə düşəni haqqıyla edecəklər və ciddi bir problem yaşayacaqlar. Əgər uşaq təhsili mövzusunda məlumatsız və hazırlıqsızdırsa, həm özləri, həm də uşağın gələcəyində böyük sıxıntılarla qarşılaşacaqlardır. Çünki günümüzdə millətlər və dövlətlər, mədəniyyət və hakimiyyət yarışı içindədir. Bu yarışda istifadə etdikləri ən təsiredici qüvvə təhsildir. Sabahın fikir adamları, sənətkarları, idarəediciləri, sərxoş, oğru və xain insanlar varsa bunlar dünənki uşaqların nəzarətsiz edilişindəndir. Qısaca uşaqlar bir millətin gələcəyinin güvəncəsidir. Onlara nə verilirsə onun qarşılığı görüləcəkdir.

Ana və atalar təkcə böyüdükləri mühitdə gördükləri ilə uşaqlarına yaxşı bir təhsil verə bilməzlər. Buna görə də, oxumaya, araşdırmaya və diqqətli olmağa məcburdurlar. Uşaq ailədə özəlliklərinin öyrənir. Milli tərbiyənin özünün buradan və sosiallaşmanın ilk addımlarını burdan atar. Bu səbəblə İslam anlayışında ailənin çox müqəddəs bir yeri vardır. Ailə üzvlərinin bir-birilə olan qan qohumluğu, eyni məkanda yaşama, eyni dəyərləri mənimsəmə, eyni sevinc və kədəri bölüşmək kimi bioloji, sosial və psixoloji ortaq tərəfləri, onların daxilindəki insani duyğuları doğurur və inkişaf etdirir. Bu inkişafın istənilən səviyyədə saxlanılmasının tək şərti, ailə üzvlərinin bir-birlərinə qarşı təhsil məsuliyyətinin üstələnməsidir.

Uşaq təhsilində ailənin rolu danılmazdır. Gün keçdikcə, ailədaxili təhsilin rolu və dəyəri daha da anlaşılır. Ailədə daxili və xarici münasibətlər normal və uyğundursa, uşaq üçün möhtəşəm bir təhsil mühitidir. Düzgün və sakit, sağlam ünsiyyət mühiti olan bir ailə uşaqların təhsili və inkişafı üçün bənzərsiz bir məktəbdir. Bəzi ailələr daxili və xarici problemlər səbəbindən düzgün təhsil şəraiti yarada bilmirlər. Daxili səbəblərdən ən önəmi ailədaxili münaqişə və ünsiyyət əksikliyidir. Uşaq xarakterinin ana təməlləri 0-3 yaş dövründə başlayır. Cəmiyyətə aid həyat görüşlər, adət-ənənələr ancaq ailənin vasitəsi ilə fərdə yönləndirilir. Cəmiyyətdə mövqe tutan düz və səhv, yaxşı və pis cəhətlər də ailə süzgəcindən keçərək, fərdin idrakına çatdırıla bilər. Beləliklə, ailə uşağın təhsilində ilk və ən mühüm rolu ifa etməkdədir.

Ədəbiyyat siyahısı: Halit Ertuğrul, “Ailədə və Okulda Çoçuk Eğitimi”

Tərcümə etdi: Hüseynova Şəbnəm

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!