Uşaqlarda barmaq əmmə vərdişi!

Bu vərdiş ana bətnində başlayır!

Körpələr ən çox baş barmaq olmaqla, digər barmaqlarını, hətta ayaq barmaqlarını da əmə bilərlər. Bu vərdiş əsasən ana bətnindən başlayır. Bəzi körpələrin doğulduqlarında əl və ayaqlarında müəyyən izlər görülür, bu ana bətnində barmaq əmmə vərdişindən qaynaqlanır. Mütəxəssislərin fikrincə, uşaq yaşamaq üçün əmmək məcburiyyətindədir. Doğulduqdan sonra 1yaşına qədər də davamlı əmərək bəslənir. Əgər gəzməyə başlamışsa və 1yaşını keçmişsə, yenə də bu davranışa davam edirsə bu onun yorğun, narahat və sıxıntılı olduğuna işarə edir. Ancaq bu ciddi problem deyil, sadece uşağı rahatlatan davranışlardan biridir.

Özünü sevgisiz hiss edən uşaq barmaq əmir!

4yaşından sonra uşağın barmaq əmməyə davam etməsi və ya barmaq əmməyi vərdiş halına gətirməsi onun özünü sevgisiz və güvənsiz hiss etməsinin göstəricisi ola bilər. Uşaqlarda 3-4yaşına qədər normal qəbul edilən barmaq əmmək heç də hər zaman məsum bir vərdiş olmaya bilər. 4 yaşından sonra uşağın barmaq əmməyə davam etməsi və ya barmaq əmməyi vərdiş halına gətirməsi onun özünü sevgisiz və güvənsiz hiss etməsinin göstəricisi ola bilər. Mütəxəssislər uşaqlarda olan bu vərdişlə bağlı aşağıdakı məlumatları valideynlərin nəzərinə çatdırır:

Barmaq əmmə 3-4 yaşa qədər müşahidə edilən bir vərdişdir. Zərərsiz vərdiş olan barmaq əmməyə körpələrin hamısında rast gəlmək mümkündür. Bunun ən önəmli səbəbi körpələrin barmaq əmməyi ana bətnində olarkən öyrənmiş olmaları və doğuşdan sahib olduqları ən güclü reflekslərdən birinin əmmə refleksi olmasıdır.

Barmaq əmmə aclıq əlaməti deyil!

Anaların böyük əksəriyyəti barmaq əmmənin aclıqdan qaynaqlandığını düşünürlər. Amma 70% hallarda bu hal aclıqla, bəslənməklə əlaqəsi olmayan bir vərdişdir. 1yaşlı uşaqların təxminən yarısında bu hala rast gəlmək mümkündür. 9-cu aydan etibarən yuxu və barmaq əmmə arasında yaxın əlaqənin olduğu, yuxusu gələn körpənin barmağını ağzına apardığı müşahidə edilir. Bəzi körpələr yeni dişlərinin çıxması, bəziləri də çətinliklə qarşılaşdıqlarında utanma və sıxılma əlaməti olaraq barmaqlarını ağızlarına apararlar.

Uşaqla maraqlanmamaq da barmaq əmmə səbəbidir!

Yuxarıda qeyd edildiyi kimi, barmaq əmmə 3-4 yaşına qədər davam edən normal bir haldır. Körpələr diş çıxarma müddətində damağın qaşınmasından dolayı barmaq əmməyə başlaya bilərlər. Bu davranış əksər hallarda körpə yuxuya gedərkən, ac olduqlarında, yalnız qaldıqlarında, qorxduqlarında ortaya çıxa bilər.

Əgər bu yaş dövründən sonra uşaq barmaq əmməyə davam edirsə və ya bu hal artıq normal olmayan vərdiş halını alıbsa, bu zaman səbəb olaraq psixoloji halları nəzərdən keçirmək lazımdır. Valideynlər uşağa qarşı çox nəzarətedici və çox sərt davranış nümunəsi sərgiləyirlərsə, özünə qarşı güvən görməyən uşaq da barmaq əmmə vərdişi göstərə bilər. Uşaqlar ana və atalarının diqqətini çəkmək məqsədilə (məsələn ailədə yeni doğulan bacı və ya qardaş varsa) də barmaq əmmə davranışını sərgiləyə bilərlər. Uşaqlar onlarla kifayət qədər maraqlanılmadığını düşündüklərində ana-atalarının marağını çəkə bilmək üçün daha azyaşlı uşaq kimi davrana bilərlər. Uşaqlar psixoloji problemlər yaşadıqlarında da barmaq əmərək sıxıntılarını bildirə və ya sıxıntılarından qurtulmaq istəyə bilərlər. Ailəiçi problemlərin yaşanması da (məsələn, ana və atanın boşanması) bu davranışa səbəb ola bilər.

Uşaqlar niyə barmaq əmərlər?!

  1. 1 yaşlarındakı uşaqlar yuxuya gedəndə.
  2. Diş çıxarma müddətində damaq qaşındığında.
  3. Ətraflarında barmaq əmən birini gördüklərində və onları təqlid etməklə.
  4. Valideynlər arasında sıx-sıx gərginliklər yaşanarkən.
  5. Ailədə yeni uşaq doğularsa.
  6. Çətinliklə qarşılaşdıqlarında, utanma, sıxılma, yorğunluq əlaməti olaraq.
  7. Sevgi və güvən əksikliyi varsa.
  8. Döşdən erkən ayrılmışsa və s.

Təzyiq göstərməyin!

Barmaq əmmə vərdişini uşaqlar əksər hallarda öz-özlərinə ata bilirlər. Buna görə də ana-atalar təlaşa düşməməlidirlər. Uşaqların bu davranışı üzərində ilişib qalmaq düzgün deyil. Bunun əvəzinə uşağın marağını daha fərqli və faydalı istiqamətə yönəltmək lazımdır. Valideynlər anlamalıdırlar ki, təzyiq göstərilərək bu problemi həll etmək mümkün olmayacaq. Təzyiq göstərildiyində uşaqda tik, dırnaq yemə, altını islatma kimi hallarla qarşılaşmaq qaçılmazdır. Zorlamaq, əlini bağlamaq, əlinə vurmaq, əlinə acı çəkmək kimi davranışlardan da qaçmaq lazımdır. Əgər barmaq əmmə vərdişi uzunmüddət davam edirsə və bununla yanaşı buna bənzər əlamətlər də özünü göstərirsə tez bir zamanda bir uşaq psixoloqundan kömək almaq vacibdir.

Ağızdan həzz alındığından barmaq əmmə uşağa psixoloji doyum verə bilər. Buna görə də 1yaşlı uşaqların təxminən yarısı barmaq əmərlər. 18ayında bu vərdişə daha da tez-tez rast gəlinər və 3-4yaşına qədər normal qəbul edilər. Uşaqda 4-5yaşlarında da bu vərdiş davam edirsə ona bu davranışının yanlış olduğunu, uşaqca bir davranış olduğunu anlaya biləcəyi şəkildə başa salmaq lazımdır. 5-6yaş sonrasında da bu vərdiş davam edirsə və ya heç barmaq əmməzkən bu davranışa başlayırsa uşağın həyatındakı problemləri, narahatlıqları ətraflı şəkildə araşdırmalı və lazım gələrsə bir mütəxəssisdən yardım almaq lazım gəlir.

Valideynlər barmaq əmmənin bir xəstəlik olmadığını və diş problemlərinə yol açmadığını bilməlidirlər. Çünki buna inanan valideynlər və ailə böyükləri uşaqlarını çox pis vərdiş olduğunu düşündükləri barmaq əmmədən vaz keçirmək üçün çox şiddətli tədbirlərə əl ata bilirlər. Hətta uşağın barmaqlarına acı bibər sürtərək, əllərini-qollarını bağlayaraq və ya döyərək onlara heç vaxt unutmayacaqları ağır cəzalar verirlər. Halbuki bu vərdişi tərk etmək üçün tətbiq edilən, müvafiq olmayan tədbir və cəzalar uşaqda başqa və daha ağır problemlərin yaranmasına gətirib çıxardır.

Barmaq əmmənin qarşısını almaq üçün profilaktik tədbirlər:

  1. Körpəni əmizdirərkən düzgün pozisiya seçmək lazımdır. Ana özünü maksimum səviyyədə körpəyə yaxın tutmalıdır. Bu zaman körpə özünü güvəndə hiss edəcək. Bununla yanaşı yemək verərkən uşağı danlamaqdan da uzaq durmaq lazımdır.
  2. Döşdən erkən kəsməməyə çalışın.
  3. Uşağa uyğun müxtəlif fəaliyyətlər və oyunlar quraraq onun məşğul olmasını təmin etmək lazımdır.
  4. Barmaq əmməsini tərk etmə arzusunu həyata keçirməsi üçün onu mükafatlandırın.
  5. Barmağını ağzına apardığı zaman əllərinə zərərsiz acı maye sürtmək və ya əlcək taxmaq olar.
  6. Ona öz-özünü idarə edə bilməsi üçün əgər istəyərsə bu vərdişdən xilas ola biləcəyi fikrini aşılamaq lazımdır.

Tərcümə etdi: Məmmədzadə Nəzrin.
Mənbə: http://www.e-psikiyatri.com/

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!