Mənim uşağım autizm deyil

İnsan var olduğu andan psixologiya da var olmaqdadır. İlk insanlardan bu günə qədər insan inkişaf edib, müasirləşib, təkmilləşib və meydana 20-ci əsrin müasir insanı kimi formalaşıb. İnsan formalaşdıqca, maarifləndikcə psixologiyada formalaşıb, inkişaf edib. Elm sahəsi inkişaf etdikcə, müasir günümüzdə psixi xəstəliklər də yaranıb inkişaf edib.

Psixologiya elminin demək olar ki, təməl daşı Autizm sindromu, müasir insanları öz qarşısında aciz qoymuşdur. Uşaq sindromu olan autizm erkən yaş dövründə başlayır və bütün həyat boyu davam edir, sosial münasibət və ünsiyyət problemi olması ilə yanaşı, neyropsixiatrik pozuntudur; xəstəlik deyil, sindromdur.

Müasir nəslin nümayəndələri olan valideynlər tərəqqi əsrində yaşasalar da autizm sindromu haqqında bir o qədər də məlumatlı deyillər. Amma və lakin valideynlər həmin sözü gedən sindromun nə olduğunu, necə əlamətlər formasında özünü göstərdiyini bilsələr övladları haqqında yanlış diaqnozların qoyulmasına nə şərait yaratmaz, nə də icazə verməzlər. Elm və texnikanın tərəqqi etdiyi bu əsrdə insanlar bu sindrom qarşısında aciz qalır və əziyyət çəkirlər. Bəzən, diaqnozun yanlış qoyulması da buna səbəb olur. Bəli, autizm erkən yaşlarda başlayıb, sosial münasibət və ünsiyyət axasaqlığı ilə özünü göstərir, amma biz hər ünsiyyət problemi olan uşağa da autizm deyə bilmərik. Autizmin 90% əlamətləri uşaqda görülsə belə, yenə də ona autizm diaqnozu qoyulmur, sadəcə əlamətləri kimi özünü göstərir.

Bəzən valideynlər uşaqlarına qarşı o qədər laqeyd olur ki, uşaqda pedaqoji baxımsızlıqdan da autizmin əlamətləri yaranır. Yaxşı, indi biz buna da autizm deyə bilərikmi?Uşağın üzərinə autzim qoymağa nə haqqınız var? Çünki, həmin əlamətlərin yaranmasına səbəb valideynin uşağa pedaqoji baxımsız yanaşması, laqeyd münasibətidir. Analar uşaq ağlamasın, ananı narahat etməsin, ana da rahat yeməyini bişirsin, evi yığışdırsın, işə getsin deyə, atalar isə evdə rahat dincəlsin, sakitlikdə yatsın deyə uşağı televizor qarşısında, müxtəlif cizgi filmlərə məhkum edirlər. Həmçinin telefon və ya planşetdə də uşağa sakitcə oturması üçün verilir və bu minvalla uşaq sadəcə informasiya qəbul edir, informasiya ötürmür, beyin də passivləşməyə, ləngiməyə başlayır. Uşaqda öz aləmi, dünyası yaranır və uşaq ora çəkilir. Sosial münasibət və ünsiyyət problemlərinin də qaynağı məhz budur. Əslində biz laqeydliliyi bir kənara qoymalı, uşağımızın gələcəyi üçün əlimizdən gələni etməliyik. Uşağın adına reaksiya vermədiyini, özünə qapandığını, tanımadığı adamları görəndə qorxub ağladığını müşahidə etdiyimiz an həyəcanlanmalısınız. Bu bir SOSdur. Mütləq Mütəxəssis köməkliyinə ehtiyac var deməkdir. Və ya pedaqoji baxımsızlıqdan əlavə uşaqda həddən artıq hərəkətlilik, impulsivlik, diqqət əksikliyi ola bilər ki, bu da autizmlə səhv salına bilər. Məsələn, uşaq həddən artıq hərəkətli olduğu üçün bir yerdə dayanmaz, göz kontaktı qurmaz, diqqəti əksik oldugu üçün isə adına reaksiya verməz, suallara düzgün cavab verməz və.s.. Buna görə də diqqətli olmaq lazımdır. Bənzər xüsusiyyətlərə görə uşağımıza autizm adını qoymayaq. Mütəxəssis dəyərləndirməsi çox vacibdir. Bu geniş mövzudur. Məqaləmizdə çox cuzi məqamlara toxunduq. Buna görə də valideynlər, övladlarınıza qarşı diqqətli olun. Uşağın xırda problemlərini vaxtında həll etmək lazımdır ki, sonra da autzimlə qarşı-qarşıya durmayasız!

ARZU ŞIXƏLİZADƏ

Narınc Uşaq Psixologiya Mərkəzinin psixo-pedoqoqu

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!