Uşaqlara nə qədər xərclik verilməlidir?

İnsanları xoşbəxt edən və hər kəsin hədəfə çatmaq üçün mübarizə apardığı məqsədlərdən biri də ailə qurmaq və övlad sahibi olmaqdır.Amma onları yetişdirmək hər ailənin öz düşüncə tərzinə bağlıdır.Uşaqlar yetişdirildikcə bir çox səhvə yol verilir.Bu problemlərdən biri də uşaqlara verilən artıq və əksik xərcliklərdir.

Bir çox ailədə xərclik mövzusu uşaqlar və yeniyetmələr üçün müzakirə olunan məsələdir.Valideyinin uşaqa verdiyi xərclik səbəbli olaraq verilməlidir.Çünki,səbəb məqsəddən qaynaqlanır.Səbəb varsa məqsəd də var,məqsəd varsada inanc.Səbəb ilə xərclənən xərclik nəyi necə istifadə etməyi beyində təhlil edir.Bu uşaqların inkişafı üçün mühüm bir amildir.

Uşağınıza 6-7 yaşından etibarən xərclik verə bilərsiniz. Amma nizamlı olmağa diqqət edin. Uşağınız cib xərcliyini hər həftə həmin gün alacağını bilməlidir. Verəcəyiniz miqdar da dəqiq olmalı və bu cib xərcliyi uşağınıza verərkən nələri əhatə etdiyini də çox yaxşı izah etməyiniz lazımdır. Yəni bu pul ilə tost ayran alacaq, yoxsa geyim? Bütün bunlar uşağa izah olunmalıdır. Uşağınız 13 yaşına gələndə aylıq cib xərcliyi rejiminə keçə bilərsiniz.

Uşaqlara veriləcək xərclikdə 1.2.3.4 sinif şagirdlərinə günlük verilməsi məsləhətdir.Çünki bu uşaqlarda mücərrəd zəka tam inkişaf etmədiyindən verəcəyiniz xərcliyi dərhal xərcləyə bilərlər.

Uşaqlara cib xərcliyi bol vermək kimi çox az vermək və ya heç nəsə verməmək də doğru bir davranış deyil. Bu vəziyyət uşağın yoldaşları ilə özünü müqayisə etməsinə, ana atasının onu sevmədikləri hissinə qapılmasına səbəb olur. Bunun yanında kifayət qədər cib xərcliyi alan uşaq, ailəsi tərəfindən özünün sevildiyi və evin əvəzolunmaz bir fərdi olduğu hissini daşıyır.Bunun üçün uşaqlarınızı özünüzə sevdirmək üçün əlinizdən gələni etmək əvəzinə,ehtiyacı olan nəyisə qarşılayın.Onların ehtiyacı artıq olan deyil yarım qalan boşluqu doldurmaqdır.Əgər uşaqınızın boşluqda qalmaqını istəmirsinizsə öz baxınışızla deyil bir azyaşlının istək nəzəriyyəsindən davranın.Unutmayın,Uşaqlara artıq istək verilməyənə qədər artığını istəməzlər.Yalnışada doğruyada səbəbkar sizsiniz.

Selcan Əhmədova

Bakı Qızlar Universitenin Təhsildə sosial-psixoloji xidmət fakultəsinin tələbəsi

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!