“Uşaqlarda kiçik motorikanın inkişafı”

Uşaqlarda kiçik motorikanın inkişafı elə uzunmüddətli və fasiləsiz prosesdir ki, onun gedişatında uşaq dünyanı dərk edir, ətraf aləmlə ünsiyyətə girir, cəsarət qazanır və hətta danışmağa başlayır.

Kiçik motorika – əl biləyi va barmaqlarının köməyi ilə xırda və dəqiq hərəkətlər yerinə yetirməyə xidmət edən sinir, əzələ və dayaq sisteminin birgə koordinasiya olunmuş işidir. Bununla belə, onun inkişafı, həmçinin, duyğu orqanlarının inkişafından asılıdır. Bunlardan əl və ayaq barmaqlarının dəqiq hərəkətlərini görüb yadda saxlamağa xidmət edən gözlərin təsirini xüsusən vurğulamaq olar.

Kiçik motorikanın inkişafı həm də ona görə vacibdir ki, insanın ovucunda və dabanında 1000-ə qədər mühüm bioloji aktiv nöqtə vardır, onlara təsir etməklə daxili orqanların fəaliyyətini qaydaya salmaq olar. Belə ki, çeçələ barmağın masajı – ürəyin, adsız barmağın masajı – qaraciyərin, orta barmağın masajı – bağırsaqların, şəhadət barmağın masajı – mədənin, baş barmağın masajı isə –başın fəaliyyətini aktivləşdirir. Körpə uşağın barmaqlarını masaj etməklə biz baş beyin qabığı ilə əlaqəli aktiv nöqtələrə təsir etmiş oluruq. Pedaqoq və valideynlər tərəfindən bilək motorikasının əhəmiyyət və mahiyyətini başa düşülməsi uşağın nəinki fiziki və psixoloji sağlamlığını qayğısına qala, həmçinin, gələcək təhsilində meydana gələ biləcək əlavə çətinlikləri də dəf edə bilər. Kiçik motorikanın inkişaf səviyyəsi yüksək olan uşaqlar məntiqi düşüncə qabiliyyətinə malik olub, kifayət qədər inkişaf etmiş yaddaş, diqqət və düzgün nitqə malik olurlar.

Kiçik motorikanın möcüzəli keyfiyyətləri hələ müdrik nənə-babalarımıza məlum idi. Belə ki, sanamalar, müxtəlif barmaq oyunları nəsildən-nəsilə keçərək, gününmüzə qədər gəlib çıxmışdır.

Uşaqların psixikasını öyrənən bütün alimlər əlin funksiyasının baş beyinin inkişafına stimullaşdırıcı təsirini qeyd etmişdilər. Pedaqoq V.A. Suxomlinski yazırdı: “Uşağın ağlı barmaqlarının ucundadır”. Məşhur alman alimi İmmanuel Kant əlləri “baş beyin yarımkürələrinin görünən tərəfləri” adlandırmışdır. M.M Koltsovanın fikrincə isə, barmaq hərəkətlərini məşq etdirən sistematik tapşırıqlar baş beynin iş qabiliyyətinə yüksəldən güclü vasitələrdəndir.

İtalyan pedaqoqu, dünyaca məhşur metodikanın banisi Mariya Montessori də uşaqlarla iş zamanı əl vərdişlərini uğurla istifadə etmişdi. Onun fikrincə, erkən məktəbəqədər yaş dövründə sensor inkişaf mühüm rol oynayır. Uşaqların ətraf mühiti idrakı “canlı seyrlə”, sensor proseslərlə – hissiyat, qavrama və təsəvvürlə başlayır və bunların inkişafı gələcəkdə daha mürəkkəb idraki prosseslərin (yaddaş, təxəyül, təfəkkür) yaranması üçün zəmin yaradır. Sensor inkişaf isə öz növbəsində birbaşa əlin kiçik motorikası ilə əlaqəlidir. Çünki lamisə (toxunma hissi) insanın 5 duyğu üzvündən biri olub, uşaqların erkən yaş dövründə ətraf mühit haqqında geniş məlumat almağına səbəb olan vasitələrdəndir. Kiçik motorika funksiyalarının düzgün inkişafı həm də ona görə vacibdir ki, sensor proseslər erkən və məktəbəqədər uşaqlıq dövründə xüsusilə aktiv inkişaf edir.

Mariya Montessori deyirdi: “Uşağın hər bir hərəkəti – baş beyin yarımkürələrinin qabığında əlavə bir qırışdır”. Gündəlik həyatda aparılan məşğələlər kiçik yaşlı uşaqlar üçün çox əhəmiyyətlidir. Əl barmaqlarının məşq etdirilməsi baş beyin qabığının fəaliyyəti üçün güclü faktordur. Kiçik motorikanın düzgün inkişafı uşaqda sensomotor koordinasiya – əl və gözün uzlaşdırılmış fəaliyyətinin formalaşmasını şərtələndirir. Göz sanki uşağı “öyrədir”, əşyalarla manipulyasiya zamanı baş verən əl hərəkətləri vasitəsilə isə daha çox yeni məlumatlar kəşf olunur. Görmə və hərəkət ətraf mühitin gerçəkliklərini dərk etmək üçün əsas vasitəyə çevrilir. Müxtəlif əşyalara toxunaraq, əllə yoxlayaraq uşaq səbəbiyyət əlaqəsini anlamağa başlayır.

NİTQ

Elm artıq uşaqlarda kiçik motorikanın inkişafı və nitq arasında bağlantını sübut etmişdir. Baş beyinin və uşaq psixikasının çoxsaylı və dərin tədqiqatları əsasında neyrobioloq və psixoloqlar uşaqlarda əlin kiçik motorikasının inkişaf səviyyəsi və nitq vərdişləri arasında bağlantının olması haqqında vahid fikrə gəlmişlər.

Bilək və barmaqların kiçik motorikası yaxşı inkişaf etmiş uşaqlarda nitqə cavabdeh olan baş beyin şöbələri də yaxşı inkişaf etmiş olur. Yəni, uşağın barmaqları nə qədər çevik olarsa, o danışıq bacarığına bir o qədər daha tez və asan yiyələnəcək. Əgər əl barmaqlarının hərəkəti yaşa müvafiqdirsə, onda nitqin inkişafı da normalara uyur, barmaqların hərəkəti geri qalan uşaqlarda isə danışıq bacarığı da ləngiyir. Buna görə də mütəxəsisslər kiçik motorikanı ən erkən yaş dövründə inkişaf etdirməyi məsləhət görürlər. Çünki beynin xüsusi şöbələrini, daha dəqiq desək, əl barmaqları hərəkətinə cavabdeh olan mərkəzi stimullaşdırmaqla, biz ona yaxın yerləşən nitqə cavabdeh olan qonşu şöbələri də aktivləşdirmiş olacağıq. Alimlər sübut etmişlər ki, anatomik nöqteyi-nəzərdən baş beyinin hərəkətə nəzarət edən sahəsinin 1/3 hissəsini nitq mərkəzinə çox yaxın yerləşən əl biləyi sahəsi tutur. Məhz əl biləyi mərkəzinin beyində geniş sahəni əhatə etməsi və nitq mərkəzinə çox yaxın yerləşməsi kimi faktlar, artikulyasiya aparatı kimi əl biləyinə də “nitq orqanı” kimi baxmağa əsas verdi. Bununla əlaqədar olaraq, barmaqların incə işlər görərək etdiyi hərəkətlərin uşağın nitq funksiyasının formalaşması və inkişafına təsiri fərziyyəsi irəli sürüldü.

TƏFƏKKÜR

Pedaqoq və psixoloqlar yekdilliklə kiçik motorikanın inkişaf etdirilməsinin vacibliyi rəyinə gəlmişlər, belə ki, onun vasitəsilə şüurun – diqqət, təfəkkür, koordinasiya, təxəyyül, müşahidə, görmə yaddaşı, çeviklik kimi ali keyfiyyətləri inkişaf edir.

DİAQNOSTİKA

Əlin kiçik motorika və hərəkət koordinasiyasının səviyyəsinin təyini işimizi düzgün planlaşdırmağa və uşağın nitq irəlləyişində hansı dərəcəyə çatdığını öyrənməyə imkan verir.

Kiçik məktəbəqədər yaş dövründə kiçik motorikanın diaqnostikası: Uşağa aşağıdakı tapşırıqları verməklə kiçik motorikanın inkişaf səviyyəsini öyrənmək olar:

I tapşırıq.

Müşahidə edilən nümunəyə əsasən yerinə yetirilən tapşırıqlar (yəni, uşaq böyüyün etdiyi hərəkətləri təkrarlamalıdır):

Baş və işarə barmaqları (I və II barmaqlar) ingilislərin “O-Key” sözünü bildirən həlqə şəklində birləşdirilir;
OK

Barmaqlar ovuca sıxılır, şəhadət və orta barmaqlar (II və III barmaqlar) “dovşan” şəklində yuxarı açılır;
zaika

Şəhadət və adsız barmaqlar (II və IV barmaqlar) keçi buynuzu şəklində irəli açılır;
koza

Eyni hərəkətləri sol əllə təkrarlanır.
II tapşırıq.

Görmə analizatorunun qapanması ilə toxunma nümunəsinə əsasən yerinə yetirilən tapşırıqlar:

qapalı gözlərlə “dovşan” və ya “keçi”ni göstərmək tapşırılır (bax: I tapşırıq);
gözlər açılır – hərəkətlər təkrarlanır.
III tapşırıq.

Görmə analizatorunu qapamaq şərti ilə nümunənin digər ələ köçürülməsi;

Böyük nümunəni sol əlində göstərir, uşaq isə hərəkəti sağ əlində təkrar edir və əksinə (“dovşan” və “keçi” misalında, bax: I tapşırıq).

NƏTİCƏLƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ

Uşaq düzgün hərəkət komplektini tapa bilmir (barmaqlarını bir-bir seçir, digər əli ilə köməklik edir, səhvlərə yol verir);
Nümunəni məkanda düzgün yerinə yetirmir, güzgüdə əksi şəklində edir;
Yalnız sağ əlinin şəhadət barmağı ilə hərəkət edir, sol əlini unudur;
Yeni hərəkətə keçməkdə çətinliklə çəkir, əvvəlki hərəkətlərini təkrarlayır;
Digər əllə verilən tapşırığı yerinə yetirə bilmir.
Nəticələrə əsasən psixoloq uşaqda baş beynin hansı şöbəsinin inkişafdan qaldığını müəyyən edərək, hansı istiqamətdə işlərin aparılmasının lazım olduğunu planlaşdırır.

N.O. Ozeretskiy və N. İ. Qureviç özlərinin “Psixomotorika” adlı kitabında məktəbəqədr yaş dövrü üçün psixomotor inkişafın qiymətləndirilməsinin diaqnostik metodikalarını təklif etmişlər. Bu metodlar tətbiqdə sadə və informativ olub, düzgünlüyü uzun zaman sınağı ilə isbatlanmışdır.

3 yaşlı uşaqlarda kiçik motorikanın inkişaf səviyyəsini müəyyənləşdirmək üçün ona oyun formasında bir neçə tapşırıq təklif etmək olar. Bu “Piramida” həlqələrini milə yığmaq və ya hər hansı bir konstruksiyanı quraşdırmaq, xırda əşyaları götürmək, paltarı düymələmək, ayaqqabı bağlarını açıb-bağlamaq, lentləri, ipləri düyünləmək və s. ola bilər.

Bu zaman tapşırığın yerinə yetirilmə tempinə, barmaqların cəldliyinə diqqət yetirmək lazımdır. Əgər uşaq bütün tapşırıqları uğurla, yaxşı sürətlə, barmaq və biləyini gərmədən yerinə yetirdisə, bu, gözəl nəticədir. Əgər uşaq çətinlik çəkirsə, məşğələ qıcıqla müşaiyət olunursa, barmaqlar “uşağın sözünə baxmırsa” və azhərəkətlilik müşahidə olunursa, ən azından bu barədə düşünüb, kiçik motorikanın inkişafına vaxt ayırmaq lazımdır.

Həmçinin, uşağın yaşı artdıqca tapşırıqlar da qəlizləşir. Bura istər mürəkkəb barmaq oyunları, istərsə də qələm və qayçı ilə müxtəlif konturların çəkilməsi və xətt üzrə kəsilməsi və s. daxil olur.

Tərcümə etdi: UmmSauda

portağal.info

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!