Valideynlər və məşhur “cəza istəkləri” – I hissə

Belə düşüncə var ki cəza almayan uşaq necə doğruları öyrənəcək?!

Ya da “el-aləm nə deyər?” düşüncəsindən dolayı cəzalar verilir. Və uşaqda öyrənilmiş qayda bu olur: kimsə görmürsə heç bir problem yoxdur.

Cəmiyyət öz xoşbəxtliyini vacib sayan, öz tələbatlarını ödəməyə üstünlük verən ana-atanı elə çox da təqdirə layiq görmürlər. “Gecə-gündüz çalışaraq uşaqları üçün çörək pulu qazanan ata” və “saçını süpürgə edərək uşaqlarını məmnun etmək üçün özünü fəda edən ana” idealı mədəniyyətimizin əsas kriteriyarısıdır. Və bu cür yüklənən valideynlər daima şərtli sevgilər bəsləyirlər. “Belə olarsan səni sevəcəm,belə davransan sənə küsərəm” mesajlarını alan uşaq daima valideynlərinin sevgisi üçün onların arzuladıqları birinə dönüşür.

Uşağın davranışında ən gözəl aşılana biləcək əxlaq vicdandır. Çünki sırf vicdanın hesabına o doğrulara yönlənə bilər. Cəza uşaqda daha çox yaltaqlıq prinsipini işə salır. Və o ətrafındakı insanların sevdiyi hərəkətləri etməyə başlayır, təki onlardan rəğbət və sevgi alsın deyə.

Hər mənfi davranışına görə təhdid və şiddət şəklində cəza vermək uşaqların bu hərəkəti etməyəcəyi demək deyil, uşaq bunu “hə etməyəcəm” şəklində qəbul edə bilər, ancaq şüuraltı olaraq uşaq fikirləşir ki etdiyim hərəkəti heç kəs görməsə deməli bu cəzanı almazdım.

Uşağın emosional, əxlaqi, fiziki, intellektual inkişafının davam etdiyi müddətdə cəzaların verilməsi onun inkişafına mane olur. Bundan başqa cəza ən axırıncı variant olaraq istifadə edilməlidir.

Uşaqların yetişdirilməsində valideynlər necə və hansı dəyərlərə malik uşaq yetişdirəcəklərinə dair eyni fikirdə olmalıdırlar. Məsələn, uşağı itaətkar robot kimi yetişdirmək (hal-hazırda bu hal çoxalmağa başlayıb), yoxsa uşağın öz imkanlarına görə seçim şansları verib, həmin seçimlərinə görə məsuliyyət daşıyan bir şəxsiyyət kimi yetişdirmək. Bunlar arasındakı fərqi görüb seçimi nəyə görə edərlərsə cəza da ona uyğun formalaşacaqdır. Bu iki seçimdən birincsini seçən valideynlər cəza sistemindən aşırı çox istifadə edirlər.

Cəza əvvəllər daha çox istifadə olunan metod idi, beləki “qızını dövməyən dizini döyər” düşüncəsi o insanlara görə doğru idi, amma bu həqiqətən elmi dərəcədə doğrudurmu?!

Ümumiyyətlə, cəza verilərkən uşağın intellektual yaşının, bacarıqlarının hansı səviyyədə olmasına diqqət edilməlidir. Çünki əqli geri olan bir uşaq otağın divarlarını yazsa, birdə bunu etməyəcək deyə bir sığorta vermək mümkün deyil. Bundan başqa uşağın məlumatsızlığına görə hər hansı bir səhv hərəkət etməsi cəzalanması ilə nəticələnməməlidir. 2 yaşındakı uşağın əlini yeməyə salmasına görə döymək yanlışdır. Çünki bu halda cəza onun emosional inkişafını alt-üst edir.

Çünki hər hansı vəziyyətdə verilən cəza uşaqda sevilmirəm düşüncəsini formalaşdıra bilər. Ona görə cəza şiddət xarakteri daşıyır və bu da onun özgüvənini aşağı salır.

Bundan başqa körpələrə cəza vermək mənasızdır, onun yerinə səhv hərəkət edə bilməyəcəyi şəraitlər yaradın.

Gülay Şəkərxanlı

Narınc Uşaq Psixologiya Mərkəzinin psixoloquA

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!