ƏNGƏLLİ PSİXOLOGİYASI

Əlillər və yaşam hissləri üzrlü; “normal bir insanın fərdi ya da sosial həyatında öz – özünə etməsi gərəkən işləri, fiziki və ya ruhi qabiliyyətlərindəki irsi ya da sonradan olma hər hansı nöqsanlıq nəticəsində edə bilməyənlər” olaraq müəyyən edilmişdir. Fərdin fiziki funksiyalarındakı pozğunluq və bunların hərəkət qabiliyyətində yaratdığı əksiklik və çətinlik, onu cəmiyyətin digər fərdlərindən fərqli edər. Bu fərqlilik əlillərin yaşadığı ayrımçılığın da əsil səbəbidir. Bilindiyi kimi hər türlü ayrımçılığın təməlində fərqli olmaq, yəni “alışılmamış xüsusiyyətlərə” sahib olmaq vardır. Fiziki funksiyalardakı pozğunluqlar və bunların hərəkət qabiliyyəti üzərində yaratdığı məhdudiyyətlər fərdi cəmiyyətdən uzaqlaşdırar.

İctimai dəstək sistemlərinin çatışmazlığı, cəmiyyətin kənarlaşdırıcı tutum və davranışları da əngəlli fərdin cəmiyyətə bərabər fərdlər olaraq qatılmasını önləyər. Bilindiyi kimi ailə, uşaqların sağlıqlı olaraq yetişdirilib, inkişaf edə biləcəyi, önəmini heç bir vaxt itirməyən universal bir təşkilatdır. Özəlliklə, ilk davranış qəlibləri, ictimai həyata bağlı qayda və rollar, təməl vərdişlər, xoşbəxliklər, sevgilər, gündəlik münasibətlər içində böyüyüb inkişaf edə biləcəyi bir ailəyə ehtiyacı vardır. Uşağın qüsuru kəsin olaraq təyin edildikdən sonra, ailə üzvlərinin uşağı və qüsuru qəbul edə bilməsi çox önəmlidir. Ancaq ailələr bu müddətə çatan qədər bəzi mərhələlərdən keçərlər.

1.Şok: Uşağının qüsurlu olduğunu öyrənən ailələrdə sıxlıqla gözlənilən reaksiyalardan ilkidir. Ümumiyyətlə bu vəziyyət; ağlama, reaksiyasız qalma və özünü çarəsiz hissetmə şəklində ortaya qoyulmaqdadır.

2.Rəddetmə: Bəzi ana-atalar uşaqlarının qüsurlu olduğunu qəbul etmək istəməyə bilərlər, bir müdafiə mexanizmi olan rəddetmə, bilinməyənə qarşı duyulan qorxudan qaynaqlanmaqdadır. Uşağın və özlərinin gələcəkdə yaşaya biləcəklərinə istiqamətli duyulan narahatlıqlar, qayğılar, üstələnməsi gərəkən məsuliyyətlər, “halımız nə olacaq?” sualına yetərsiz qalan şərhlər, rəddetmə davranışının görülməsinə səbəb olmaqdadır.

3.Acı çəkmə və Depressiya: Ümumiyyətlə ana-atalar qüsurlu uşağa sahib olmaları səbəbi ilə xəyal qırıqlığına uğrarlar. Əksəriyyət ana-atalar üçün qüsur; xəyallarında yaşatdıqları ideal uşağın yox olmasının simvolu ola bilməkdədir. Belə bir vəziyyətdə hiss edilən acı, həqiqətən sevilən birinin itirilməsi qarşısında hiss edilən acıya bərabərdir. Acı çəkmə, həqiqətən qəbul edilməsini asanlaşdıran bir duyğu olaraq görülməkdədir. Depressiya isə; ümumiyyətlə acı çəkmə müddəti sonunda ortaya çıxmaqdadır. Əksəriyyət ana-atalar yükləndikləri məsuliyyət qarşısında hər şeyə güclərinin çatacağı inancı ilə depressiyaya girməkdədirlər. Acı çəkmə və depressiya nəticəsində ailələrdə “geri çəkilmə” ya da “ictimai qarşılıqlı təsirlərdən qaçınma” davranışı gözlənə bilməkdədir.

4.Günahkarlıq hissi: Qüsurlu uşağa sahib olan hər ailədə sıx olaraq, acı çəkmə ilə gözlənən reaksiyalardandır. Ana ataların uşaqlarındakı qüsura özlərinin səbəb olduqlarını düşünmələrindən ya da bəzi səhv davranışları nəticəsində Tanrı tərəfindən cəzalandırılmış ola biləcəklərinə inanmalarından qaynaqlana bilməkdədir.

5.Qərarsızlıq: Qüsurlu uşağa sahib olan bəzi ana atalarda, vəziyyətə dərhal uyğunlaşmaq gözlənərkən, bəzilərində bu müddət daha uzun sürməkdədir. Qəbu etmədə görünən qərarsızlıq, ailə üzvlərinin bir-birilərini günahlandırmalarından qaynaqlana bilməkdədir.

6.Qəzəb hiss etmə: Qəzəb hiss etmə, ümumiyyətlə ana ataların qəbul etmə müddətində yaşanılan və qəbullanmağı əngəlliyəcək duyğudur. “Niyə mən?”, “niyə mənim/bizim uşağımız” sualları sıxlıqla soruşulur. Qəzəbliliyi insan özünə yönəldə biləcəyi kimi ailənin digər üzvlərinə, qüsurlu fərdə və digər insanlara əks etdirilə bilər. Həkimlər, tərbiyəçilər və terapistlər qəzəblilik duyulan insanlar ola bilməkdədir.

7.Utanma: Hər ana-ata öz övladının müvəfəqiyyətli olmasını, təsdiq və qəbul olunmasını arzu edər və bundan da son dərəcə qürur duyar. Halbuk qüsurlu uşağın, cəmiyyətdə qəbul edilməməsi, hətta lağ edilməsi, acınması, qorxulması və rədd edilməsi kimi mənfi münasibət və davranışlar yaşaya bilməkdədirlər. Bütün bunlar qarşısında ailə, qüsurlu fərddən utanma hissi inkişaf etdirə bilməkdədir. Sıxlıqla, başqaları ilə görüşməyərək, uşaqlarını da evə qapatmağı üstün tuturlar.

8.Uzlaşma: Bu davranışları göstərən insanlar, sıxlıqla “əgər övladıma bir çarə taparsan, həyatımı sonuna qədər sərf edərəm” inancını daşımaqdadırlar. Uşağın dərdinə çarə tapılması, ailələrdə son cəhd olaraq ələ alınmaqdadır.

9.Uyğunlaşma və ya Qəbul etmə: Valideynlərin uşaqlarıyla müsbət münasibətlər qura biləcəylərini fərq etmələri ilə başlayan bir zamandır. Ailə üzvlərinin hamısının, qüsurlu uşağın ailələrindəki varlığı həqiqətini qəbul etmələri mərhələsidir. Narahatlıqlar, qorxular azalmış, utanma kimi mənfi duyğularla baş çıxarılmışdır. Artıq ailə uşaq üçün və uşaqla birlikdə nələr edə biləcəyini düşünür və planlamağa başlamışdır. Belə bir mühitdə uşağa da öz qüsurunu qəbu etmə və onunla daha keyfiyyətli bir həyat sürmə şansı tanımış olacaqdır. Ailələrin belə bir zamanda bu mərhələlərdən keçməsi təbiidir. Lakin ailənin bu mərhələrdən hər hansı birində ilişib qalması bərabərliyində ruhi problemləri gətirərək vəziyyətə uyğunlaşmanı təmin etmək və qəbul etməyi çətinləşdirəcəkdir.

Qüsurlu fərdlərin psixoloji, təhsil və həyatlarını normal sürdürə bilmə bacarıqları baxımından digər fərdlərdən geri qalmaları çox normaldır. Bizlərə düşən onları mühakimə etmək, ayıblamaq, cəmiyyətdən kənarlaşdırmaq deyil. Onlara dəstək olmaq, tənhalıqlarını paylaşmaq, onları motivasiya etməkdir. Bu insanlıq vəzifəmizdir. Hər fərd qüsurlu namizədidir. Onların hərkəsdən çox ehtiyacı olduqlarını unutmamaq lazımdır…

Mustafayeva Sünbül Münasib qızı

https://e-psikoloji.com/forum/showthread.php?12538-Engelli-Psikolojisi

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!