Disleksiya haqqında bildikləriniz və bilmədikləriniz

Uşaqlarda disleksiya problemi haqqında nə bilirsiniz?

Disleksiya – oxuma və öyrənmə pozuntusudur. Burada əsas problem hafizə və nitq ilə əlaqədardır. Disleksiya dinləmə, danışma, oxuma, yazma, fikir bildirmədə özünü büruzə verən öyrənmə problemidir. Disleksiya problemi olan uşaqlarda zəka probleminin olması fikri yalnışdır. Əksinə, çox güclü zəkaya malik uşaqlarda da disleksiya probleminə rast gəlmək olur. Disleksiyanın anadangəlmə və sonradan yaranan, inkişaf və zədə alma ilə bağlı növləri vardır. Anadangəlmə disleksiya hamiləlik zamanı ananın keçirdiyi infeksiyalardan, yalnış dərman müalicəsindən, zəif qidalanma səbəbindən yaranan haldır. Həmçinin doğumdan sonra uşaqda müəyyən problemlərin olması disleksiyaya səbəb olur.

Disleksiya problemi olan uşaqlarda daha çox rast gəlinən hallar:

  • oxuduğu mətnləri dəfələrlə oxuduqdan sonra anlaya bilmə;
  • istiqamət anlayışlarında çətinlik;
  • danışıq zamanı düzgün sözlərdən istifadə edə bilməmək;
  • unutqanlıq;
  • hərfləri öyrənməkdə çətinlik;
  • obyektlərin, əşyaların adlarını xatırlamaqda yaranan çətinlik;
  • oxu zamanı sürətin zəif olması;
  • yazdığı zaman dəfələrlə səhvlərə yol vermək;
  • oxşar səsləri qarışdırmaq;
  • zaman anlayışının ifadəsində yaranan problemlər (məsələn: dünəni bugün, sabahı dünən kimi qarışdırmaq);
  • imla yazmaqda çətinlik
  • yazıları oxumada çətinlik və s.

Valideynlər disleksiya problemli övladları ilə bağlı bir neçə mühüm məqma diqqət yetirməlidirlər:

  • İlk öncə mütəxəssisə müraciət edin;
  • Övladınızın düzgün qidalanmasına önəm verin;
  • Digər ailə üzvlərinin çətinlik yaşayan övladınızla münasibətlərinə tənzimləyin;
  • Övladınızn sosial adaptasiyasına yardım edin;
  • Məktəbdə müəllimələrin övladınızın çətinliyi ilə bağlı məlumatlı olmasından və müvafiq təlim və tərbiyə yanaşması seçməsindən əmin olun.

Qeyd : Bu məlumat 1-ci sinif,2-ci sinif,3-cü sinif,4-cü sinif üçün nəzərdə tutulub.

Mənbə: valideyn.az

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!