Dövrümünüz demək olar geniş yayılmış narahatlıqlarından biri oliqofren şəxslərlə reabilitasiya işidir. Son zamanlar xüsusilə oliqofreniya diaqnozlu uşaqlar artıq yetəri saydadır. Bəs nədir bu qədər ciddi narahatlıqlrın artma səbəbi? Niyə görəson dövrdə doğula uşaqlarda bu narahatlıqlara xüsusilə rast gəlirik?
Səbəbləri: Oliqofreniya narahatlığı adı altında mərkəzi sinir sisteminin üzvi və zədələnməsi nəticəsində fərdin dərketmə fəaliyyətinin pozulması nəzərdə tutulur. Oliqofreniya üç mərhələdə — prednatal (bətndaxili) ,natal (doğuş zamanı ) , postnatal ( doğulduqdan sonra ) müəyyən səbəblər nəticəsində mərkəzi sinir sisteminin, ilk növbədə baş beyin qabığının zədələnməsilə fərdin əqli və psixi inkişafının ləngiməsidir. Oliqofreniyanın yaranmasına aşağıdakılar səbəb ola bilər :
Ananın hamiləlik dönəmində yoluxduğu yoluxucu xəstəliklər ( qızılca, məxmərək və.s. ) , toksiplazmoz, düzgün qidalanmama, irsi faktorların olması, resuz- faktor uyğunsuzluğu, valideynlərin alkoqolik yaxud narkotik vasitələrdən istifadə etməsi, doğuş zamanı alınan travmalar və.s…
Dərəcələri: Oliqofreniyanın üç dərəcəsi ayrılmışıdır –
1) Ağır dərəcə (idiotluq)—Bu dianoz ona görə ən ağır dərəcəhesab olunur ki,bu zaman baş beyin qabığının bir neçə mərkəzi ( nitq, görmə, eşitmə və.s.) zədələnir.Belə fərdlər ətraf aləmi alqılaya bilmirlər,emosional sferaları,idrak prosesləri, və .s. ciddi formada aşağı olur.Eyni zamanda, öyrənmə prosesi çox ləng gedir,akademik inkişaf demək olar ki,yox səviyyəsində olur.Onlara ancaq sadə özünəxidmət bacarıqları verilir.
2) Orta dərəcə( imbesillik)—İmbesil fərdlər sadə əmək vərdişlərinə, nitqə ilkin ən sadə biliklərə yiyələn bilərlər.
3) Yüngül dərəcə (debillik)—Belə fərdlərə ən sadə akademik biliklər vermək, fikrini ifadə edə bilmək,sosial bacarıqlar və.s. bu kimi bilgiləri aşılamaq mümkündür.
İdrak proseslərinin göstəriciləri:
1) Nitq: Oliqofrenlərdə nitq ləng inkişaf edir.Nitq prosesi ləng başlamaqla paralel, onlarda passiv və aktiv lüğətin zəifliyi müşahidə olunur.Sözlər mövcud olsa da ,onlardan istifadə çox zəifdir. Onların nitqı qrammatik cəhətdən düzgün olmur,belə ki,əvəzliklədrən düzgün istifadə edilmir,mürəkkəb və uzun cümlələr qura bilmir,fikirlərini izah etməyə cüümlə seçimi zəif olur və.s…
2) Təfəkkür: Ümumiləşdirmə, qruplaşdırma, fərqləndirmə, uyğunlaşdırma və .s.təfəkkür prosesləri hesab olunur.Ona görə oliqofren hesab olunan fərdlərlə təfəkkürün inkişafı üçün əsasən bu tip tapşırıqlarla işlənilir.Bu proseslərdən birinin pozulması təfəkkürün pozulması hesab oluna bilər.Eyni zamanda,oliqofren fərdlə təfəkkürün inkişafı üçün, sözlü ünsiyyətin inkişafına xüsusilə diqqət yetirmək lazımdır.
3) Hafizə: Müşahidələr göstərir ki, oliqofren fərdlər hər bir yeniliyi çətinliklə mənimsəyir, verilən materialı tez-tez yaddan çıxarırlar.Buna səbəb isə, oliqofren fərdin sinir sinir proseslərini xüsusiyyətlərindəndir.Əsasən isə, bu “yaddaşsızlıq” təfəkkürün inkişafı ilə bağlı olur.Eyni zamanda, bu diaqnozlu fərdin məqsədli öyrənmə və yadasalması mümkün olmur.Bu isə onun narahatlığı ilə birbaşa bağlıdır.
4) Diqqət: Oliqofren fərdlərin hər birinə rast gəlinən əsas narahatlıq diqqətin qeyri-sabit, dağınıq, davamlılığının az olmasıdır.Bu bir qayda olaraq, bütün oliqofren fərdlərdə rast gəlinir.Ən sadə diqqət tapşırıqlarının aparılması bunun üçün əsas vasitədir.Eyni zamanda, bunlara əməl etmək lazımdır: 1) əyani vəsait sadə olmalıdır, 2) fərdin edə biləcəyi tapşırıqdan başlamaq lazımdır, 3) masada əlavəheç nə olmamalıdır, 4) ən xırda müvəffəqiyyət belə qiymətləndirilməlidir…..
Son olaraq, Freydin sözlərini unutmayın ,İNSANIN ƏSAS MÜQAYİSƏ OBYEKTİ ONUN ÖZÜ OLMALIDIR.
Fəridə Həsənova
Narınc Uşaq Psixologiya Mərkəzinin Xalqlar Dostluğu filialının “İnkişaf Geriliyi” şöbəsinin müdiri, inkişaf geriliyi üzrə mütəxəssis