Artikulyasiya aparatının tələffüzdə rolu

Uşaqlarda düzgün və rəvan nitq formalaşdırmaq, onlarda mövcud nitq çatışmazlıqlarını aradan qaldırmaq üçün onun normal anatomik-fizioloji aparatı haqqında biliklər olmalıdır. Nitq aparatı bir-biri ilə sıx qarşılıqlı əlaqədə olan mərkəzi (tənzimləyici və idarəedici) və periferik (icraedici) hissədən ibarətdir.

Mərkəzi nitq aparatı baş beyində yerləşir və o, baş beyin qabığından (daha çox sol yarımkürə), qabıqaltı düyünlərdən, ötürücü yollardan, beyin kökünün ( uzunsov beynin) nüvəsindən və tənəffüs, səs və artikulyasiya əzələlərinə gedən sinirlərdən ibarətdir.

Periferik nitq aparatı 3 şöbədən ibarətdir eşitmə, tənəffüs (ağciyər, diafraqma, döş qəfəsi, qarının nəfəsalma əzələləri), səs və artikulyasiya.

Baş beynin idarəedici təsiri nəticəsində bir-biri ilə qarşılıqlı qırılmaz əlaqədə olan nitq orqanları, öz daxilində hər birinin ayrıca rolu olan mürəkkəb funksional sistemi xatırladır. Onlardan birinin qüsuru, mütləq o birinin fəaliyyətinə də öz təsirini göstərir.

Artikulyasiya aparatında aşağıdakı qüsurlar ola bilər.

  1. USİ (Uşaq serebral iflici) nəticəsində nitq orqanlarının iflici;
  2. “Qurdağız” (yumşaq və srt damağın yarığı);
  3. “Dovşandodaq” (üst dodağın yarığı);
  4. Progeniya- alt çənə üst çənədən qabağa çıxır;
  5. Proqnatiya- üst çənə alt çənədən qabağa çıxır;
  6. Açıq dişləm;
  7. Yan dişləmlər;
  8. Dodaqların həddindən artıq böyük olması;
  9. Dilin böyük olması;
  10. Dilaltı qədəhin qısa olması və s.

Bu problemlərin gələcəkdə daha da ağırlaşmaması üçün onları mümkün qədər tez aradan qaldırmaq lazımdır. Artikulyasiya aparatının gimnastikası üçün keçirilən məşğələlər nitq qüsurlarının aradan qaldırılmasının ayrılmaz bir hissəsi olmalıdır. Bu hərəkətlər artikulyasiya orqanlarını möhkəmləndirir və onu səs tələffüzünə hazırlayır. Hər bir nitq qusuru üçün uyğun hərəkətlər seçilməlidi

Firuzə Sadıqzadə

Narınc Uşaq Psxiologiya Mərkəzinin defektoloq-loqopedi

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!