Autizm nədir?

Autist uşaqları olan valideynlər tez- tez özlərinə belə bir sual verirlər: Niyə bu məhz bizim başımıza gəldi? Bundan qaçmaq olarmı?

Bu suala cavab yoxdur. Bir neçə versiya mövcuddur, lakin bunların heç biri tamamilə sübut edilməmişdir. Hesab edirlər ki, autizmin səbəbi beynin inkişafının, xromosom anomaliyalarının və ya onların gen mutasiyalarının pozulması ola bilər. Ən çox oğlanlar autizmlə əzab çəkirlər, bu sindromun yayılması dərəcəsində irqi fərq var.

Əvvəllər hesab edirdilər ki, autizm intellektin az olmasıdır, indi sübut edilmişdir ki, autizm intellektin az olmasıdır. Hal-hazırda isə sübut edilmişdir ki, bu belə deyil. Autist uşaqlar arasında təxminən 30% orta intellekt səviyyəsindən yuxarı, bəzilərində hətta tam yüksək intellekt ola bilər, lakin onların arasında əqli geriliyi iolan uşaqlara da rast gəlinir.

Bəzən elə bilirik ki, autistlərə heç kim lazım deyil, onlar yalqız qaldıqda rahat olurlar. Əslində isə bu belə deyil, onlar cəmiyyətə ehtiyac duyurlar, onlar istəyirlər ki, cəmiyyət onları anlayışla qarşılasın, sadəcə bunu necə etmək lazım olduğunu bilmirlər.

Bu halda valideynin əsas vəzifəsi, onun xarici dünyayla əlaqəsini tapmağa kömək etməkdir.

Buna necə nail olmaq olar? Belə uşaqların davranışlarının korreksiyası üçün bir çox tapşırıqlar hazırlanmışdır. Nəticə əldə etmək üçün bu tapşırıqları yerinə yetirməli, onlar uşağın həyatının bir hissəsinə çevrilməlidirlər.

Valideynlər bilməlidirlər ki, autist uşaqlar zəif uşaqlardırlar və gözləməməlidirlər ki, dəyişiklik tez bir zamanda baş verəcək, ola bilsin ilkin nəticələr əldə etmək üçün aylar və ya illər sərf olunsun.

Valideynlər üçün bəzi məsləhətlər:

  • Autost uşaqlar hər bir insan kimi şəxsiyyətdirlər. Buna görə də ümumi tövsiyyələrdən istifadə edərək, həmçinin spesifik reaksiyalarını nəzərə alaraq və onların əsasında xüsusi təlimlər təşkil etmək. Hadisələr sübut edir ki, autist uşaqlar əvvəlcədən nəyə maraq göstərirlərsə, böyüyən zaman da həmin sahə üzrə peşəyə yiyələnirlər. Rəqəmlərlə maraqlanan uşaqlar gələcəkdə mühasib və vergi işçisi ola bilər.
  • Rejim – autist uşaqlar adət etdikləri çərcivədən kənara çıxan istənilən hərəkətləri ağrılı qəbul edirlər. Buna görə də hər hərəkəti onların adət etdikləri tərəfə yönəltmək lazımdır.
  • Belə uşaqla hər gün məşğul olmaq lazımdır.

Məşğələləri 5 dəqiqə ilə başlamaq və tədricən gündə 2-3 saata qədər fasilələrlə məşğul olmaq lazımdır. Düzdür bu çox çətindir, ancaq bütün bunlar nəticə verə bilən bir prosesdir.

  • “ Dayan! Olmaz!” sözünü öyrətmək lazımdır. Bu uşaqlar müxtəlif fobiyalara malik olaraq real hərəkətlərə fikir vermirlər. Məsələn, küçədə maşının qabağına qabağına qaçmaq, isti əşyalara yaxınlaşmaq və s. Əgər uşaq Olmaz! Dayan! Sözünü biləcəksə, bu onu təhlükələrdən qoruya bilər.

Bunu aşağıdakı qaydada öyrətmək olar:

Hər hansısa bir hərəkət etmək istəyəndə qəfildən və ciddi şəkildə “dayan” söyləmək. Zamanla uşaq bu sözün nə məna verdiyini anlayacaq.

  • Autistlər adətən televizora baxmağı sevirlər, lakin onlara məhdudiyyət qoymaq lazımdır.
  • Belə uşaqları digər uşaqlarla ünsiyyətdən ayırmaq lazım deyil. Yaxşı olardı ki, bu cür uşaqlar hətta baxçaya qoyulsunlar. Məlumdur ki, hər gün yoxç həftədə 2-3 dəfə 2-3 saat olmaqla.
  • Autist uşağı mənasız, streotip hərəkətlərdən yayındlrmaq lazımdır. Bunu rəqslərin, yerdə tullanma kimi idamn hərəkətlərinin köməyiylə etmək olar.
  • Uşaqla mümkün qədər çox söhbət etmək lazımdır. Hətta uşaq buna laqeyddirsə, yadda saxlamaq lazımdır ki, onun ünsiyyətə digər uşaqlara nisbətən daha çox ehtiyacı var.
  • İnsanların əksəriyyəti, o cümlədən autist uşaqlar da təkliyə ehtiyac duyurlar və hər hansısa bir guşə təşkil edirkər ki, uşaq orda öz fikirləri ilə tək qala bilər və heç kəs ona mane ola bilməyəcək.
  • Başa düşmək lazımdır ki, onun mexaniki hərəkətlərini məhsuldar, yaradıcı yola istiqamətləndirmək olar.
  • Autist uşaqlar adətən yelləncəkləri sevirlər, bundan istifadə edərək, yeni yelləncəyə həvəsləndirməklə vestibulya aparatın ən yaxşı inkişafına nail olmaq olar.
  • Uşağın ev heyvanları ilə əlaqəsindı ehtiyatlı olmaq lazımdır. İş burasındadır ki, autist uşaqlar heyvanlara qarşı təcavüzkarlıq edə bilərlər. Yaxşı olardıkı əvvəlcə uşağa yumşaq oyuncaqlar hədiyyə olunsun.
  • Yaxşı psixiatr həkim tapmaq lazımdır ki, uşağın xüsusiyyətlərini və onun inkişafının dinamıkasını, düzgün və dəqiq korreksiya edə biləcək mütəxəssis olsun. Ən əsası bu cür uşaqları necə varlarsa elə qəbul etmək, heç kimlə müqayisə etməmək əsas şərtdir.

Onlar adi uşaqlardan nə üstün, nə də əksikdirlər, sadəcə onlar fərqılidirlər.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!