Autzimli uşaqların emosional sferada inkişafı

Autzimli uşaqların emosional sferada inkişafı

Hər bir yaş dövrünün özünəməxsus aparıcı fəaliyyəti mövcuddur. Misal üçün çağalıq dövründə aparıcı fəaliyyət yaşlılarda emosional ünsiyyətdir. İnsan 3 sferada inkişaf edir:

  • Emosional sfera
  • Sosial sfera
  • Intellektual sfera

Ilkin olaraq uşaqda emosional sfera inkişaf edir. Emosional sfera əsasında sosial sfera və bu iki inkişaf sferasından sonra isə intellektual sfera inkişaf edir.

Təbii ki, bu sferalar normal uşaqda bu istiqamətdə inkişaf edir.

Hal-hazırdakı dövrümüzdə geniş yayılmış xəstəlikdən biri olan Autizm sindromlu uşaqlarda bu proses belə getmir.

Erkən yaş dövrü neyro-psixiatrik pozğunluğun əmələ gəldiyi dövrlərdən biridir və bu əlamətlər ilk 3ildə özünü büruzə verir. İlkin əlamətləri sosial münasibətlər və ünsiyyət sferasında pozğunluqların olması ilə meydana gələn neyro-psixiatrik pozğunluqdur. Soail-emosional inkişafda gecikmə və azmalar, danışığın gecikməsi və ya olmaması və təkrarlayıcı davranışlardır. Bunları belə sıralaya bilərik:

1) Sosial-emosional inkişafda axsama—Bu uşaqlar öz yaşıdlarında müşahidə edilən ictimai bacarıqları yerinə yetirə bilmirlər. İlk bir ildə gözlənilən bacarıqlardan göz təması qurmur, gülümsəməyə cavab olmur, adını çağırdıqda dönüb baxmır, təqlidlər inkişaf etmir.Tez-tez xarici aləmə əhəmiyyət vermirlər, tək qaldıqda daha rahat olurlar. Qarşı tərəfin hisslərini emosiyalarını anlamırlar.

2) Dil inkişafındakı problemlər—Bu uşaqlar mənalı söz cümlə qura bilmirlər. Müəyyən müddət sonra olanları da itirirlər. Bəzilərində gec də olsa ünsiyyət qabiliyyəti formalaşır, bəzilərində isə heç vaxt inkişaf etmir.

3) Təkrarlanan davranışlar olur—Bunlara məsələn,əl çalmaq, qol çırpmaq, fırlanmaq və.s. aiddir.

Autizmli uşaqlar davamlı olaraq eyni oyunları oynayır, bəzi predmetlərə mənasız bağlılıq olur. Təkrarçılığa meyilli olurlar.

Ümumiyyətlə, autzim sindromunun yaranma səbəbi genetik faktorlara əsaslandığı düşünülür. Ancaq bu sahədə araşdırmalar hələ də davam edir. Beyin uruluşu və funksiyalarını tətqiq edən təcrübələrdə beyinin müəyyən hissələrindəki funksiya fərqliliyi olması qeyd edilir.

Lamiyə Rzayeva

Narınc Uşaq Psixologiya Mərkəzinin psixo-pedoqoqu

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!