Diqqətin korreksiyası

Psixologiyada diqqətin mahiyyəti ilə bağlı çoxlu sayda tədqiqatlar həm diqqətin psixoloji mahiyyətini, həm fiziolji əsasını, həm də növlərini və xüsusiyyətlərini araşdırmaqla məşğuldur. Bu tədqiqatlarda əsasən diqqət idrak prosesi kimi goturulmus və onu bu aspektdə təhlil etmişlər. Lakin sonralar bununla bağlı tədqiqatlarda fikir dəyişilirdi. Çünki, diqqət digər idrak proseslərindən fərqli olaraq həmin idrak proseslərinə daxil olur və onların yaranmasında bilavasitə iştirak edir. Əgər bu aspektlərdən məsələyə baxsaq görərik ki, diqqət özü xüsusi bir proses olaraq idrak proseslərini ( duyğununun, qavrayışın, və təfəkkürün) yaranmasına şüurlu nəzarət edir. Məsələn, Hər hansı bir duyğunun əmələ gəlməsi üçün və ya hər hansı bir obyektin qavranılması üçün hökmən ona diqqət yetirmək lazımdır. Bütün bunlar diqqətin bir psixi proses olaraq insan həyatında necə mühüm əhəmiyyətə malik olmasını göstərir.

Diqqət fəaliyyət zamanı insanı idrak proseslərinə qoşulur, daha müvəffəqiyyətli cərəyanı üçün zəmin yaradır. Çünki, bütün idrak prosesləri seçici xarakter daşıyır, müəyyən obyektə yönəlmiş olur. Yəni, diqqət psixi fəaliyyətin seçici səciyyə daşınılmasında ifadə olunur. Bu mənada, diqqət cismin, hadisənin inikası olmayıb, psixi fəaliyyət obyektinin aydın, aşkar əks olunmasını təmin edir.

Diqqət şüurunuzun müəyyən üzərinə yönəlməsindən və mərkəzləşməsindən ibarət olan psixi prosesdir. Bu tərfədən çıxış edərək diqqətib aşağıdakı funksiyalarını fərqləndirə bilərik:

1) İnsana çoxlu sayda qıcıqlandırıcılar təsir edir. Lakin, o onlardan ən vacib olanını seçir, digərlərinki kənar edir. Bu diqqətin seçmə funksiyasıdır.

2) Diqqətin müəyyən obyakt üzərində saxlanılması funksiyası. Bu zamn insan qarşıya qoyduğu məqsədəv müvafiq olaraq şüurunu müəyyən obyekt üzərində saxlayır.

3) Diqqətin nəzarət və tənzimetmə funksiyası. Bu zaman diqqət insan fəaliyyətinin tənzimetmə funksiyasını həyata keçirir.

Psixologiyada daha çox iki növünü fərqləndirirlər: qeyri-ixtiyari və ixtiyari diqqət.

Qabaqcadan qarşıya qoyulmuş məqsədlə heç bir xüsusi niyyətlə bağlı olmayan və iradi cəhd tələb etməyən diqqət qeyri-ixtiyari diqqət adlanır.

İxtiyari diqqət yalnız insana məxsusdur. İnsan xüsusi niyyəti məqsədilə bağlı olaraq əmələ gələn və xüsusi səy tələb edən diqqətə ixtiyari diqqət deyilir.

Diqqətin beş əsas xüsusiyyəti ayırd edilir: diqqətin mərkəzləşməsi, davamlılığı, həcmi, keçirilməsi və paylanması.

1) Diqqqətin mərkəzləşmədi dedikdə, şüurumuzun müəyyən bir obyektə yönəlməsi və başqalarından uzaqlaşması başa düşülür.

2) Diqqətin davamlılığı dedikdə, ümumi bir məqsədə tabe olan obyektlər üzərində və fasiləsiz olaraq saxlanması başa düşülür.

3) Diqqətin həcmi dedikdə, eyni vaxtda əhatə olunmuş aydın dərk olunan obyektlərin miqdarı başa düşülür.

4) Diqqətin keçirilməsi, onun şüurlu surətdə bir obyektdən digər obyektə, bir fəaliyyətdən digər fəaliyyətə keçirilməsidir. Diqqətin keçirilməsi məqsədli prosesdir.

5) Diqqətin paylanması dedikdə, eyni vaxtda iki və daha artıq müxtəlif işi yerinə yetirmək bacarığı başa düşülür.

Diqqətin yaş xüsusiyətləri dedikdə onun hər yaş rupu üzrə davamlılıq müddəti və yayıntı və həcm normaları normaları nəzərdə tutulur. Ümumiləşdirsək bunu şərti olaraq aşağıdakı kimi ifadə edə bilərik:

1) Çağalıq dönəmi üçün diqqətin davamlılıq müddəti 1 dəqiqə

2) Körpəlik dönəmi üçün davamlılıq müddəti 5-10 dəqiqə

3) Məktəbəqədər yaş dönəmi üçün müvafiq olaraq 10-15, 15-25, 30- 35 dəqiqə

4) Kiçik məktəbli yaş dönəmi üçün 45 dəqiqədən 1saatadək olduğunu deyə bilərik.

Əminə Mazanova

Narınc Uşaq Psixologia Mərkəzinin psixo-pedoqoqu

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!