Disleksiya-Öyrənmə çətinliyi

Disleksiya nədir? Disleksiya kəliməsi çətinlik və ya yoxluq mənasına gələn “dis”və dil mənasını verən “leksiya” sözlərinin birləşməsindən yaranan kəlimə olaraq dil yoxluğu, çətinliyi mənasını verir. Disleksiya uşağın zəka səviyyəsi, sosial-mədəni çevrəsi və uşağın öyrənmə istəyinin normal olmasından asılı olmayaraq yarana bilər. Belə ki, heç bir fiziki/psixoloji pozuntusu olmayan şəxslərdə də normal və yetərli dərəcədə tehsil almasına baxmayaraq bu hal ortaya çıxa bilər. Uşaq, pozuntu olan bacarıqlarını istifadə etməyə başladığında disleksiyanın əlamətləri aydın şəkildə görünməyə başlayar. Lakin özəl öyrənmə çətinliyi olan uşaqları fərqli öyrənən uşaqlar olaraq görüb və çətinlik çəktikləri yönlərə üstünlük verərək fərdi tehsil proqramları üzrə öyrənə biləcəklərini unutmamaq lazımdır. Dislektik uşaqlar çox erkən yaşlarda tanına bilər, amma məktəb dövrünün başlaması ilə daha qabarıq şəkildə ortaya çıxan problemlərlə dəqiq dəyərləndirilmə edilir. Bəzən bu cür uşaqların müəllimələri onlarda zəka geriliyi olduğunu bildirə bilər, amma sırf dislektik uşaqların zəka geriliyi ilə əlaqəsi yoxdur. Zəka geriliyi olan uşaqlarda disleksiya əlamətləri olur. Eyni zamanda Diqqət əksikliyi və Hiperaktivlik olan uşaqlarda da disleksiya əlamətləri görülməsi mümkündür.

Öyrənmə çətinliyi aşağıdakı başlıqlarda bölünmüşdür:

  • Oxuma çətinliyi
  • Eşitmə çətinliyi
  • Yazma çətinliyi
  • Danışma çətinliyi
  • Riyazi əməllərdə çətinlik
  • Analiz etmədə çətinliyi

Disleksiya Göstəriciləri Nələrdir?

Disleksiya olan uşaqlarda en çox qarşılaşılan göstəricilər:

İlk oxuma bacarıqlarında çətinlik çəkmə

  • Oxuma sürətiNİN normal göstəricilərdən yavaş olması
  • Yazı yazmada hərflərin unudulması
  • Yazı yazma bacarıqlarında pozuntu
  • Yazma qaydalarına riayət etmədə çətinlik
  • Yazmada olduğu kimi oxuyarkən də hərflərin unudulması
  • Oxuduğu kəlimənin yerinə fərqli kəlimənin deyilməsi
  • Oxuma ve yazmada çətinlik çəkməsi
  • P, D və B kimi hərflərin qarışdırılması
  • 2, 9, 6 və 3 kimi rəqəmlərin tərs yazılması
  • Bir-birinə bənzəyən 6 və 9, 2 və 5, 3 və 8 kimi rəqəmlərin qarışdırılması
  • Oxunan mətnin başa düşməkdə çətinlik çəkmə
  • Oxunan mətnin başa salınmasında çətinlik çəkmə
  • Sırayla sayma, əlifba, günlər və aylar kimi ardıcıllıqların əzbərlənməsində çətinlik çəkmə
  • Rənglərin qarışdırılması
  • Sağ və sol yönlərin öyrənilməsində çətinlik yaşanması
  • İnsanlarla ünsiyyət qurmada və özü haqqında danışmada çətinlik
  • Toplama, çıxma, vurma, bölmə kimi sadə riyazi əməllərdə çətinlik çəkmə
  • Sadə motor hərəkətlərdə çətinlik
  • Məktəb fobiyası


Dislektik uşağı olan ailələr nə etməli?

Uşağında disleksiya əlamətləri olan ailələr ilk öncə disleksiyanın nə olduğu barədə ətraflı şəkildə məlumatlanmalıdırlar. Ailə həkim, pedoqoq və psixoloqla birlikdə uşaq üzərində işlənilməsinə diqqət etməlidir.Bəzi ailələr uşağın öz yaşıdlarından geridə qalmasını və yuxarıda qeyd etdiyimiz disleksiya əlamətlərini görsə belə zamanla yaşı artdıqca düzələcəyini düşünər. Amma tam əksi bu cür uşaqlarda yaş artdıqca əlamətlər özünü daha qabarıq və artmış şəkildə göstərir və bununla da uşağın təhsilində yaşanan problemlər onun eyni zamanda psixoloji inkişafına da mənfi təsir göstərir. Dislektik uşaqların zaman keçdikcə uğursuzluq, yetərsizlik öyrənilmiş çarəsizlik və yaşıdlarından geridə qalmışlıq hissi onların mənliyi və şəxsiyyətində böyük yaralara yol aça bilər.

Dislektik uşaqların öyrənməsini gücləndirici görsəl, eşitsəl, kinestetik qavramanın dəstəklənməsi, hafizə və diqqət konsantrasiya bacarığının artırılması, əgər lazımdırsa motor kordinasiya bacarıqlarının artırılması, fonetik fərqindəliyin artırılması, dinləmə, danışma, qavrama, ifadə etmə səviyyəsinin artırılması üçün dil terapiyaları, düşünmə və analiz qabiliyyətini artırıcı bir çox fərqli yanaşmalarla vəhdət şəklində hər uşağa özəl fərdi proqramla işlənilməlidir.

Disleksi müalicəsində hər zaman tam olaraq düzəlmə gözlənilə bilməz. Təbii ki, erkən diaqnoz qoyulan və müalicəsinə başlananlarda daha yaxşı nəticələr əldə etmək mümkün olur.

Narınc Uşaq Psixologiya Mərkəzinin psixoloqu Ayşən Orucova

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!