Hiperaktivlik və diqqət yayğınlığı sindromu son zamanlarda bütün dünya ölkələrində rast gəlinən və ailələri ən çox narahat edən problemlərdən biridir.Hiperaktiv uşağınız varsa belə fikirləşməyinki siz hansısa çarəsiz bir problemlə qarşı-qarşıyasınız.ABŞ,İngiltərə,Fransa,İtaliya,Rusiya kimi bir çox böyük dövlətlərdə bu problem çox geniş yayılmışdır. Beləki: Amerika Birləşmiş Ştatlarında aparılmış statistik tədqiqatlara əsasən 2 milyon uşaq diqqət yayğınlığı və hiperaktivlikdən əziyyət çəkir.Bu isə məktəbdə təhsil alan hər 25-30 nəfər uşaqdan ən azı biri deməkdir.Rusiyada hiperaktivlik və diqqət yayğınlığı sindromundan əziyyət çəkən uşaqlar 4-18%,ABŞ-da 4-20%,Böyük Britaniyada 1-3%,İtaliyada 3-10%,Çində 1-13%,Avstraliyada isə 7-10% -dir. Hiperaktivlik nə deməkdir? Hiperaktivlik yunan sözü olub “hiper“ “yüksək“,”aktivas” “hərəkətli” deməkdir. Hiperaktivlik bu iki sözün birləsməsindən əmələ gəlib hərəkətli,davranış sistemini tənzimləyə bilməyən uşaqları ifadə edir. Hiperaktivlik və diqqət yayğınlığı sindromunu ilk dəfə 1845-ci ildə Alman alimi Dr.Henrix Hoffman təsvir etmişdir.O bunu 3 yaşlı oğlu üçün oxumağa kitab tapmayanda yazmağa başlamışdır.Nəticədə uşaqların xarakterlərini əks etdirən kitab-“sakitləşə bilməyən Filipin hekayəsi”ortaya çıxmışdır.Burada alim Henrix Hoffman 1 saniyə belə sakit otura bilməyən,hərəkətli uşağı təsvir etmişdir.Hiperaktivlik və diqqət yayğınlığı sindromu nədir?Aktivlik yoxsa hiperaktivlik? Aktivlik adətən böyüklərin”dəcəl”deyə adlandırdığı uşaqlardır.Hansıki bu uşaqlarla səmərəli vaxt keçirilmədiyinə görə uşağın diqqət toplamaq üçün göstərdiyi aktivlikdir.Daha çox məişətə,işə,internetə vaxtını ayıran valideynlər uşaqla səməmrəli vaxt keçirə bilmir,uşağın müsbətini alqışlamır,ancaq mənfi hərəkətlərinə sərt şəkildə reaksiya verirlər.Bunu görən uşaq sırf diqqəti cəlb etməy üçün valideynin pisdə olsa verdiyi reaksiyanı yenidən görmək üçün aktivləşir.Validenin uşağa verdiyi o anki reaksiya,səs tonu,üz mimikası,hətta cəza yöntəmi belə uşaq üçün oyun halına çevirilir,çünkü bu vaxt ərzində valideyn uşaqla heç məşğul olmadığı kimi məşğul olur.Uşağınızın aktiv yoxsa hiperaktiv olduğunu deqiqleşdirmek isdiyirsinizse onun məkan qavrama qabiliyyətinə fikir verin.Uşağınız hər daxil olduğu məkanda(bağça,psixoloq otağı,qonşunun evi,ilk dəfə daxil olduğu və ona tam yad olan bir məkanda) özünü evdə olduğu kimi aparır və etik normalara riayət etmirsə bu zaman şübhə duymağa əsas var deməydir ki,bu zamanda bu dianozu dəqiq qoymaq üçün psixoloqa müraciət etməyiniz vacibdir.Hiperaktivliyin yaranma səbəbləri: 1)Prenatal patalogiyalar(anada xroniki xəstəliklər,infeksion xəstəlilər,hamiləlik zamanı qarında alınan fiziki travmalar,gipaksia,içki və siqaret qəbulu və düşük problemi yaşanan zaman ola bilər) 2)Doğuş zamanı yaşanan problemlər (daxili qanaxma,dölün düzgün yerləşməməsi və s) 3)Psixososial səbəblər və s. Hiperaktiv uşaqla necə işləmək lazımdır: 1)Normal oyun saatları yaratmaq-uşağın xoşu gələcəyi və eyni zamanda uşağın motorik inkişafına səbəb olacaq oyunlar oynamaq həm diqqətinin toplanmasına,həm səmərəli vaxt keçirməyə imkan yaradacaq həm də uşaqda aqresiyasının yaranmasına maneə olacaqdır. 2)Oyunlar zamanı və ümumilikdə bütün başladığı işlərdə işi sonuna qədər çatdırmağı və bundan nəticə çıxarmağı öyrədilməlidir. 3)Uşağın doğrularını alqışlayıb,səhvlərini başa salmalı-bu emosialarını idarə etməsinə və düzgün qərar verməsinə səbəb olacaq. 4)Əzələ gərginliyini azaltmaq üçün mütləq idman və masaja yönləndirmək lazımdır. 5)Cəzalandırma metodu kimi isə onun üçün önəmli olan əyləncə yaxud yeyintidən uzaq saxlamaq kifayət edəcək ki o səhvini anlayıb bunu birdə təkrarlamamağa cəhd etsin.Belə bir atalar sözü var:”uşaq evin güzgüsüdür”.Sizin sağlamlığınız övladınızın sağlamlığı deməkdir.
Rəhimli Türkan
Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi