Uşağı məktəbə necə hazırlamaq olar?

Körpəniz böyüdü və artıq məktəbə getməyə hazırlaşır. Yeni həyatı, yeni dostları və məşğuliyyətləri olacaq. Hər yeni başlanğıcda olduğu kimi burada da sizi şirin həyəcanlar gözləyir. Bəzən isə bu həyəcan bir az daha artır və artıq siz narahat olmağa başlayırsınız. Burada da bütün məsuliyyət siizn üzərinizə düşür. Uşağı məktəbə hazırlamaq üçün bir neçə məsləhət:

  • Məktəb başlamadan övladınızla keçirdiyiniz vaxtı artırın.

Uşağın yaşayacağı ilk yenilik sizdən uzaq qalmasıdır. Uşağınızdan ayrı qalmaq sizin üçün də bir yenilikdir və narahatlığa səbəb ola bilər. İndiyə qədər uşağınızla heç ayrı qalmamısınızsa ayrı qaldığınız vaxtları yavaş-yavaş artıraraq onu buna öyrəşdirə bilərsiniz, məsələn- dostlarının evinə oyun oynamağa getmək kimi və ya günün bir qismini sevilən qohumlarda keçirmək kimi. Bu həm də sizi övladınızla ayrılığa hazırlayar.

  • Məktəb haqqında oyunla danışın.

Oyun oynamaq bəzən söhbət etməkdən daha təsirli ola bilər. Məktəbin başlamasına az qalmış valideyin və uşaq rolunu dəyişdirərək bir oyun qurun. Oyunun içində ona sizi səhər oyandırması, yemək hazırlaması, sizi yola salması kimi rollar verin. Oyun sırasında məktəbdə nə yaşayacağını suallar verərək sizdən öyrənəcək

  • Mümkündürsə yoldaşları ilə əvvəlcədən tanış edin.

Məktəb öncəsi narahatlıq və qayğılarını azaltmaq üçün mümkünsə bir-neçə yoldaşı iləəvvəlcədən tanış edin. Çünki məktəb günü həmin uşaqla qarşılaşması onu rahatladacaqdır

  • Məktəb üçün alış-veriş edərkən onun seçimlərinə önəm verin.

Alış-verişə birlikdə çıxın və onun da istədiyi şeyləri almağa üstünlük verin.

  • Məktəb öncəsi son gecəni birlikdə keçirin.
  • Vidalaşma müddətini çox uzatmayın.
  • Gözyaşlarınızı uşaqdan gizlətməyə çalışın.
  • Övladınızı məktəbdən götürməyə gedəndə gecikməyin.
  • Bütün bunlar işə yaramasa mütəxəssisə müraciət edin.

Tərcümə etdi – Narınc Könüllü Qrupunun Üzvü Lalə Fətəliyeva

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!