Fonematik eşitmə düzgün eşitmək və səsləri düzgün başa düşmək imkanıdır.Fonematik eşitmə sayəsində uşaqlar səsləri tanıya və seçə bilirlər. Fonematik eşitmə səsləri düzgün tələffüz etmək üçün çox vacibdir. Fonematik eşitmə lazımi qədər inkişaf etməyibsə hər hansı bir səsi tələffüz etmək çətinləşir.
Fonematik qavramanın çatışmamazlığı ona gətirib çıxarır ki, uşaq eşitmə ilə səslənməsinə görə və ya artikulyasiyasına görə oxşar səsləri qavramır ( konferensiallaşdıra bilmir ). Uşağın lüğət ehtiyatı tərkibində çətin fərqləndirilən səslərdən ibarət səslərlə zənginləşir.
Məlumdur ki,fonematik qavramanın çatışmamazlığı qrammatik quruluşa yiyələnməni də çətinləşdirir. Belə ki, fonematik qavramanın qüsuru bir çox sonların, köməkçi sözlərin başa düşülməsinin qeyri – mümkün etdiyindən uşaq cümlənin qurulmasında əziyyət çəkir. Beləliklə də, yuxarda göstərilən səbəb nəticəsində burada bütöv bir qüsurlar zənciri meydana gəlir. Onun dilində fonetiko – fonematik və leksiko – qrammatik qüsurları özünü göstərir. Başqa sözlə desək, mürəkkəb dislaliya nəticəsində fonematik qavrama pozğunluğu yaranır ki, bu da nitqin ümumi inkişafsızlığına gətirib çıxara bilir.
Məktəbəqədər yaş dövründə uşaqlar arasında nitq səslərinin qüsurlu tələffüzü çox geniş yayılmış defektdir. Bu qurup uşaqlarda ayrı – ayrı səslərin və ya səs quruplarının təlləffüz pozuntusu müşahidə edilir.
Belə uşaqların nitqinin ətraflı müayinəsi zamanı məlum olur ki, nitqin elementləri tam formalaşmamışdır : səs tələffüzü, ritmik – heca quruluşu, fonemlərin qavranması. Xaraktercə, bu cür əyintilər oxu və yazı vərdişlərinin mənimsədilməsi üçün zərərli faktorlardır.
Fonetik – fonematik inkişafdan qalma qavramanın və fonemlərin defekt tələffüzü ilə bağlı müxtəlif cür nitq pozğuntusu olan uşaqlarda ana dilinin tələffüz sisteminin formalaşması prosesinin pozulmasıdır.
Bu defekti xarakterizə edən əsas əlamətlər ; bir cüt və ya bir qurup səslərin differensiallaşmamış tələffüzü; bir səsin başqa səslə əvəz olunması. Sadə artikulyasiyalı səs mürəkkəb artikulyasiyalı səslə əvəz olunması bu nitqin erkən dövrü üçün xarakterik hal sayılır; səslərin qarışması bu hal bir sıra səslərin müxtəlif sözlərdə dəyişkən istifadə eilməsi ilə xarakterizə olunur.
Nitqin səs tərəfinin bu cür pozulmaları valideynlərdən və tərbiyəçilərdən diqqətli olmağı tələb edir və fonematik qavramanın inkişafdan qalmasını göstərir.
Fonetik – fonematik inkişafdan qalması olan uşaqları vaxtında aşkar etdikdə və onlarla xüsusi təşkil edilmiş loqopedik iş aparıldıqda nitq defektini aradan qaldırmaqla yanaşı onların məktəb təliminə tam hazırlığıda yerinə yetirilir.
Aygül Abbasova
Narınc Uşaq Psixologiya Mərkəzinin defektoloq loqopedi