Uşaqlarda oxuma və öyrənmə çətinliyi – Disleksiya.

Uşaqların böyük bir qismi 1-ci sinifə başladıqdan sonra 3-4 ay ərzində oxuma-yazmaya başlayır və bu bacarıq qısa müddətdə formalaşıb, inkişaf edir. Elə valideynlərin övladından gözlədiyi də budur amma təəssüf olsun ki, məktəbə yeni başlayan uşaqların təxminən 10%-i üçün bu təbii proses o qədər də asant keçmir. Bəs problem nədir? Gündəlik həyatda övladlarında gördüyü bu problem valideynlər yaddaş zəifliyi,”tənbəllik” adlandırsa da bu elmi dildə Disleksiya adlanır.

Disleksiya ən çox rastlanan öyrənmə problemlərindən biridir. Zəka ilə heç bir əlaqəsi olmayan , bilavasitə hafizə və dil ilə əlaqədar olan Disleksiya ən geniş mənada axıcı oxuma və oxuduğunu başa düşməmə ilə özünü biruzə verən öyrənmə çətinliyidir. Disleksiyalı uşaq sahibi olan valideynləri narahat edən əsas məsələlərdən biri də uşağın zehnində inkişafın geriləməsidir. Lakin zəka səviyyəsi yüksək olan uşaqarda da bu problemə rast gəlmək mümkündür. Böyük alim Albert Einstein, intibah dövrünün böyük memar,heykəltaraş və rəssamı Leanardo da Vinçi,kino ulduzu Tom Cruise, musiqiçi və kino aktyoru Cher və məhşur aşbaz və televiziya aparıcısı Jamie Oliver Disleksiyadan əziyyət çəkən məhşürlar sırasındadır.

Uşağımızın disleksiyadan əziyyət çəkdiyini necə bilmək olar? Ümumiyyətlə bilmək lazımdırki, erkən diaqnoz, həm uşağın inkişafında, həm də gələcəkdə alacağı təhsilin necə istiqamətlənməsində çox önəmlidir.

Məktəbəqədər yaş dövründə müşahidə olunan aşağıdakı hallar disleksiyanın əlamətləri ola bilər:

  • Nitqdə geriləmə;
  • Yeni sözləri öyrənməkdə çətinlik çəkmək;
  • Danışarkən məzmuna uyğun sözü seçməkdə çətinlik çəkmək;
  • Hərfləri fərqləndirməkdə çətinlik çəkmək;
  • Məkan və zaman anlayışlarını qavramaqda yaranan çətinlik.

Məktəb dövrünün ilk illərində müşahidə olunan hallar:

  • Əlifba sırasını öyrənməkdə çətinlik;
  • Səslərin qarşılığı olan hərflərdə çətinlik;
  • Hecalamada çətinlik;
  • Yazılı sözləri səsləndirmədə çətinlik;
  • Yazı yazarkən çətinlik, yazarkən əlavə hərflər artırmaq və tam əksi, hərfləri əksik yazmaq;

Bəzən oxuma və yazmadakı çətinliyi qismən aradan qaldıra bilən uşaqlarda disleksiyanın fərqinə varmaq çətin olasa da 5-6-cı sinifə gəldikd

  • Səsli oxumada çətinlik,sözlərin sonunu deməmə;
  • Yavaş ya da səhv oxuma;
  • Yazıda çox sayıda imla səhvləri(Cümlənin sonunda nöqtə qoymamaq, cümlə başındakı hərfi böyük yazmamaq və s.)
  • Sözlərin doğru mənalarını bilməmək;
  • Simvolları öyrənməkdə çətinlik çəkdiyi üçün riyaziyyat dərsində çətinlik çəkmək və s.

Bəs Disleksiyanın səbəbləri nə ola bilər? Bu sual daim ailələri narahat edir. Günümüzdə müxtəlif fərziyyələr olsa da disleksiyanın səbəbləri bilinməməkdədir.Uşağınız disleksiyalıdırsa, niyə belə olduğunu deyil, bundan sonra nələr edə bilərik sualı ətrafında düşünməlisiniz.Öyrənmədə çətinlik çəkən uşaqlara qarşı zor tətbiq etməməli, onlara kömək edərkən əsəblərinizə hakim olmalı və səbirli davaranmalısınız. Təcrübə göstərir ki, valideyinlərin bu çür uşaqlarla işləməsi heç bir effekt vermir. Bir sözlə övladınızda disleksiyanın əlamətlərini aşkarladınızsa mütəxəssisə müraciət etməniz mütləqdir.

NARINC UŞAQ PSİXOLOGİYA MƏRKƏZİnin defektoloq-loqopedi Dürdanə Bağırova

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!