Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

Uşaqları səhər necə oyatmaq lazımdır?

Uşağı məktəbə gedən valideynlər üçün səhər saatları olduqca çətin keçir. Uşağın yataqdan qalxmaması, əl-üzünü yumaq istəməmə, yemək stoluna oturmaması və yemək yeməməsi ana-atanı gərgin vəziyyətə salır.

Bu gərginliklə günə başlayan uşağın məktəbdə problem yaşamaması, yoldaşları ilə savaşmamasını düşünmək çətindir. Günü pozitiv yaşamağın ən əsas şərti, səhərin o tərzdə başlamasıdır.

Bəs, bu necə olacaq? Uşaqlar necə olacaq ki vaxtında qalxıb günə enerji dolu bir başlanğıc edəcəklər? Bu sualların bir neçə pedaqoji göstərişlər mövcuddur:

Uşağın vaxtında oyanmasının ilk şərti, valideynlərin müsbət ruh halıdır. Edilən araşdırmalar göstərir ki, günə gərgin başlayan valideynlərin uşaqları yataqdan qalxmaqda çətinlik çəkirlər.

Valideynlərin gərginliyi onların səs tonundan bəlli olur. Əmr formasında deyilən “Saat neçə oldu, hələ yatırsan!” sözlərini deyən valideynin uşağı yeni günə sevincli başlamaz. Uşağı yataqdan qaldıran şey valideyn bağırtısı deyil, həyata sevincidir.

Aşağıda qeyd olunan əsas şərtlər uşaqlarınızı rahat və problemsiz şəkildə oyatmağınıza komək edəcək:

Uşaqları səhər necə oyatmaq lazımdır?

1-) Erkən oyanmanın ən əsas şərti, erkən yatmaqdır. Televiziyadan aktiv istifadə edilən bir evdə uşaq erkən yatmaz. Uşağının pozitiv şəkildə günə başlamağını istəyən valideynlər həftə içi televiziyadan istifadə vərdişini gözdən keçirməlidirlər.

2-) Uşağı oyandırma cəhdi, nahar saatından ən az 45 dəqiqə əvvəl başlamalıdır. Bu müddət, bədənin yuxu vəziyyətindən oyanıq hala keçə bilməsi üçün lazımlı olan minimum müddətdir. Yuxu halında bədən fəaliyyətləri daha yavaşdır. Bədənin oyanması birdən olmaz. Qan təzyiqinin, ürək atışlarının, beyin fəaliyyətlərinin oyanıqlıq halına keçə bilməsi üçün müəyyən bir müddətə ehtiyac var. O müddət ən az 45 dəqiqədir.

3-) Oyatmaq, üç hissədən ibarətdir: Fiziki, Zehni və Duygusal. “Fiziki” oyandırma, “birbaşa” deyil, yavaş-yavaş olmalıdır. Yelləyərək, sarsıdaraq, üzərinə su damladaraq oyandırmaq olduqca səhvdir. Doğru olan, pəncərənin yüngülcə açılması və otağa sərin bir küləyin alınmasıdır. Sərin meh, bədənə toxunduğu zaman uşaq həm “fiziki” olaraq və həm də təmiz havanın tərkibindəki oksigen ilə “zehni” olaraq xəbərdar olacaq. Oksigen olmadan zehinin oyanmasının olduqca çətin olduğu unudulmamalıdır. “Duyğusal” oyanmadan isə batıq səsli bir musiqinin təsiri olduqca çoxdur. Mətbəxdə keflə nahar hazırlayan valideynlərin yanında batıq səsli bir radiodan duyulan mahnılar, uşağın “ruhən” oyanmasına kömək edir. Çalınan mahnıların ruhu oyandırmasının xaricində, oyanmış ruhu ilə musiqi dinləyən bir valideynlərin varlığı uşağa sevinc bəxş edir.

4-) Uşağını qaldırmağa gələn valideyn gecə paltarlarını dəyişdirməyibsə, özünü günə hazır hala gətirməyibsə, uşağın yataqda qalma müddəti uzanar. Valideynini günə hazır görən uşaq ondan güc alır.

5-) Bir neçə dəqiqə davam edəcək bu ilk hazırlığın ardından uşağın yanına uzanmaq, onun qulağına sevgi sözləri pıçıldamaq, yatağın içində oynaşmaq, günə başlaması üçün ona güc verəcək. Unutmaq olmaz ki, ruhən gücü olmayan uşağın, yataqdan qalxa biləcək fiziki gücü də olmaz.

6-) Uşağın oyanıb yataqdan qalxmasından sonrakı ilk işi, əlini, qollarını və üzünü yumaq olmalıdır. Su, “fiziki” oyanmağa kömək edəcək.

7-) Uşaq nahar masasına yalnız oturmamalıdır. Heç bir uşaq yalınız başladığı naharı keflə tamamlaya bilməz. Tamamlasa da bir an əvvəl bitirmək üçün tamamlayır ki, bu da uşaqda yemək pozuqluğuna gətirib çıxarar.

Beləliklə, uşağı səhər məktəbə hazırlamaq, təsadüfi bir iş deyil, yüksək maarifləndirmə tələb edən günün ən əhəmiyyətli məsələsidir. Bu xarakterə sahib olan valideynlər həm özlərini psixoloji olaraq yaxşı hiss edərlər, həm də uşağının gününün xoşbəxt keçməsinə kömək etmiş olarlar.

www.menimailem.com