Yaş ləngimələrinin xüsusiyyətləri

İlk baxışdan sadə görünən “yaş” anlayışı əslində mürəkkəb məfhumdur.Yaş deyəndə insanın ağlına neçə yaşındadirsa, o gəlir. Əslində isə 3 cür yaş mövcuddur:

1.Sümük yaşı

2.Emosional yaş( EQ)

3.İntellektual yaş(İQ)

Bu 3 cür yaş birlikdə insanın pasport yaşını təşkil edir.Sümük yaşı deyəndə insanın yaşına uyğun xarici görünüşündə(yaşına uyğun boyda,çəkidə) olması nəzərdə tutulur.Məsələn: 20 yaşında olan bir şəxs yaşından kiçik vəya böyük görünə bilər.Bu onun sümük yaşı ilə birbaşa əlaqəli olan bir haldır.Sümük yaşının ləngiməsi isə yaşına uyğun normadan geri qaldıqda baş verir.

Emosional yaş (EQ) deyəndə isə insanın ruh yaşı nəzərdə tutulur.Daha sadə şəkildə desək insan özünü neçə yaşında hiss edirsə bu onun emosional yaşıdır.5 yaşında olan bir uşağın özünü daha kiçik uşaq kimi aparması halı ilə bəlkədə rastlaşmışsınızdır.Bu hal EQ ləngiməsinin xüsusiyyətlərindəndir.Çox vaxt valideynlər fikirləşirki bu uşağın oynadığı oyunlardan biridir.Əslində isə bu oyun deyil.Ailədə ki problemlərdən qaynaqlanaraq bu proseslər özünü biruzə verir.

İntellektual yaş(İQ) insanın zəka yaşıdır.İQ yaşının ləngiməsi bəlli bir zəka səviyyəsinin altında olmaqla əlaqəlidir.Zəka səviyyəsi çox aşağı olan insanlar yemə-içmə kimi zəruri ehtiyaclarını belə özbaşına edə bilmirlər.Zəka səviyyəsi geri olan uşaqlar danışmağı öyrənə bilmir ya da çox yavaş öyrənir.Bununla birlikdə deyiləni anlamama,tualet ehtiyaclarını tək başına ödəyə bilməmə zəka səviyyəsinin geri olduğunun əlamətidir.Zəka geriliyi olan uşaqların bədən inkişafıda geri qalır.Zəka geriliyinin bütün səbəblərini saymaq mümkün olmamaqla birlikdə, bunları deyə bilərik: ana tərəfindən hamiləlik dönəmində alınan narkotik maddələr,ananın hamilə olarkən keçirtdiyi qızdırmalı xəstəliklər anaya zərər verməsə belə uşağın zəka geriliyinə səbəb olur.Həmçinin ana-atanın qan uyuşmazlığı problemi də erkən müalicə aparılmazsa zəka geriliyinin dəstəkləyicisi ola bilər.Bundan əlavə uşağın doğum sırasında 1dəqiqədən uzun vaxtda nəfəs almadan qalması,başına zərbələr alması beyində xəsarətə yol aça bilər və zəka geriliyinə səbəb ola bilər.Uşagın keçirtdiyi qızdırmalı xəstəliklər,beyin travmaları,beyin qanaxmaları da zəka geriliyinin başlıca səbəblərindəndir.

Ismət Həşim

Narınc Uşaq Psixologiya Mərkəzinin Psixo-pedoqoqu

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!