Gələcək analara bir neçə məsləhət

1) Hamiləlik zamanı fəal məşqlərə başlamaq gec olsa da, hamiləlik normal keçdikdə fiziki fəallıqdan çəkinməyin. Gələcək analar üçün yoqa ideal məşqələdir. Yeriş və dartdınma təmrinləri də məsləhət görülür.

2) Çarpayıda uzanmısınızsa, heç vaxt oturmadan ayağa qalxmayın: əvvəlcə böyrü üstə çevrilin, dirsəyinizə dayaqlanıb sonra ayağ durun.

3) Azacıq, məsələn 15 dərəcə əyilmə gələcək ananın kürəyi üçün daha təhlükəlidir. Ütü taxtasını elə bir hündürlükdə qoymaq lazımdır ki, əyilmək lazım olmasın.

4) Gələcək ana ağırlıq qaldırakən də müəyyən qaydanı gözləməlidir. Əvvələn, hamilə qadın hər əlində 3 kq artıq yük daşımamalıdır. Yedən nəsə qaldıranda isə dizlərini qatlayaraq əlini döşəməyə yaxınlaşdırmalıdır, beldən əyilməməlidir.

5) Əzələ və bağları möhkəmlətmək üçün bir sıra təmrinləri yerinə yetirmək lazımdır. Ayaq pəncələrinizi aşağı, yuxarı, saağa və sola hərəkət etdirin, sonra da pəncələrinizlə havada çevrə cızın. Hər hərəkəti gün ərzində 3-4 dəəəfə 9-11 saniyə yerinə yetirmək lazımdır. Uzanın, əlləriniozlə 1-2 killuq qantel alıb qollarınızı yuxarı qaldırın və yanlara açın. Hər hərəkəti 30-50 dəfə təkrar edin.

6) Hərəkət edərkən çalışın ki, yumşaq davranasınız. Məsələn, kəskin hərəkətlə dönərkən qadın dayandıqdan sonra da onun qarnı ətalət qanuna görə hərəkətini davam etdirir. Belə məqamlarda qarında nə desəniz, baş verir:həyacanlana dğöl təpik ata, başıaşağı çevrilə bilər k, bunlar da qadının belini ağrıdar.

7) Kalsiumla zəngin qida rasionu da kürəkdəki ağrıları azalda bilər. Hamilə qadın mütləq süd məhsulları, qoz, balıq, ət və göyərti yemməlidir. Əgər bel və kürək ağrıları onu müntəzəm narahat edirsə, o zaman həkim müvafiq preparatlar təyin etməidir.

8) Ortopedik, yarıyumşaq və elastik döşəyin üstündə yatmaq lazımdır. Balış orta ölçülü sütunun təbii əyrilərini nəzərə alan anatomik formada olmalıdır.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!