Hamiləlik dövründə stress

Yaşından asılı olmayaraq müasir insanların həyat tərzinə çevrilən stress psixoloji və fiziki patologiyaların inkişafına yol aça bilir. Əsrin xəstəliyi sayılan bu stress nəticəsində şəkərli diabet, qan dövranı pozğunluqları, nevroz, hətta infakt kimi ciddi xəstəliklərin yaranma təhlükəsi olduqca böyükdü. Bir müddət öncə Oksford Universitetinin alimləri apardığı elmi tədqiqatlar nəticəsində belə qərara gəliblər ki, stresslə immunitet sistemi arasında sıx əlaqə var. Stressin birbaşa immunitet sistemimə ciddi təsir göstərdiyini iddia edən mütəxəssislər depresaiya, gərginlik və strees kimi fövqaladə vəziyyətlərin hamiləlik dövründə daha təhkükəli olduğunu vurğulayıblar. Hamiləlik prosesinin erkən dövrlərində ana namizədlərinin yaşamış olduğu stress birbaşa dölün sinir inkişafına təsir etidiyi üçün qadınlara bu həssas dövrdə psixoloji satsıntılardan uzaq durmaları tövsiyyə olunub.
Çünku hamiləlik dövründə yaşanan stress, plasenta (cift) ilə körpəyə çata bilir. Stress hormonları plasentaya gedən damarlarda daralmağa səbəb olur, dölə daha az oksigenin getməsinə və dolayısı ilə körpələrdəki inkişaf geriliyinə səbəb olur. Körpələrin beyin funksiyalarını və davranışlarını izlərkən məlum olub ki, hamiləliyin ilk 3 ayında, orqanların inkişaf mərhələsində müxtəlif anadangəlmə anormallıqların ortaya çıxmasının səbəbləri arasında stressin iştirakı böyükdür. Stress nəticəsində dünyaya gələn uşaqlarda diabetə, beyindaxili təzyiqə, alergiyaya tutulma ehtimali daha çoxdur.
Hamiləlik müddətində psixoloji travmalara məruz qalan ana namizədlərinin yaşadığı stress ölçüsünün dölə birbaşa təsiri aşağıdakılardır:
Erkən doğum riski
Düşmə riskində artım
Zəif kilolu doğum
Hiperaktiv (davranış pozuntusu və s)
Diqqət əskikliyi ( unutqanlıq və s)
Anksiyete (həyacan, qorxu, narahatlıq və s)
örpənin zehni inkişafının zəifləməsinə bağlı olaraq zəka geriliyi
Hamiləlik dövründəki stress faktorunun azaldılması və risk faktorlarının qarşısının alınması üçün bunkara əməl edilməlidir :
Yuxu nizamının təmin edilməsi
Həkim nəzarəti altında fiziki fəaliyyət və idman
Sağlam qidalanma

psixoloq.info

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!