Yeniyetmələrin əsas psixoloji problemləri

Yetkinlik,fərdin qarşı cinslə yaxınlaşması və bu yaxınlaşmanın nəticəsi olaraq,fiziki və hissiyyat baxımından doyuma çatması kimi adlandırılmaqdadır.Yetkinlik sadəcə fizioloji inkişafla bağlı deyil,hissi və zehni inkişafla da əlaqədardır.Uşaqlıqda başlayan yetkinlik qavramı,yeniyetməlik dövründə pik nöqtəyə çatır.13-14 yaşlarında başlayır,17-21 yaşlarında bitir.

Qızlarda 11-13 yaş

Oğlanlarda 13-15 yaş

Yeniyetməlik dövründə böyümə və bədən dəyişikliklərinin davranış və qaydalar üzərindəki təsirləri:

  • Yalnızlıq istəyi
  • işləmək istəksizliyi
  • can sıxıntısı
  • narahatçılıq
  • qaydalara qarşı dirəniş
  • cinsiyyətə hədsiz maraq
  • həssaslığın artması
  • özgüvənsizliklə və s. ilə özünü göstərir.

Aqressiv davranış yeniyetmələr arasında geniş yayılıb və get gedə artmaqdadır.Belə yeniyetmələr cəmiyyətə olan dəyər və münasibətləri deformasiyaya uğradır.Eqoizm,ətrafdakıların hisslərinə laqeydlik,neqativ davranış belə yeniyetmələrin tipik xüsusiyyətlərindəndir.Bəzi tədqiqatçılar yeniyetmə aqressiyasının səbəblərini yeniyetməlik dövründə yaranan fizioloji dəyişiklikdə görür.Cinsi yetişkənlik dövründə endokrin vəzilərində olan dəyişikliklər nəticəsində yeniyetmənin davranışında emosional reaksiyalar üstünlük təşkil etməyə başlayır.

Yeniyetmənin aqressiv davranışının səbəblərini araşdırarkən,nəticə aydındır:aqressiv davranışın yaranmasında bioloji,psixoloji və sosioloji amillər mühüm rol oynayır.

Yeniyetmədə aqressiyanın təzahürünə təkcə uşağın inkişafında olan problemlər deyil,həm də situativ amillərdə təsir göstərə bilər.Məsələn:bu başqalarının yeniyetmələrə verdiyi qiymət,qisas almaq və ya nəyin isə qarşılığını vermək arzusu ilə bağlı meydana çıxa bilər.

Yeniyetməlik dövründə aqressiya bir çox hallarda ətrafdakıların davranışına cavab reaksiyası və ya “qisas” arzusu ilə bağlı ola bilər.Əgər yeniyetmənin aqressiv hərəkətə cavab vermək imkanı olmursa,nəticədə yeniyetmədə frustrasiya halı yüksəlir,lakin aqressiv motivin səviyyəsi ləngiyir.

Müasir dövrümüzün dinamikliyi zəminində yeniyetmələrin problemlərinin psixoloji istiqamətdə tədqiq olunmasında yeni cəhətlər özünü büruzə verir.Yeniyetməlik problemlərinə gender aspektindən yanaşmada mühüm əhəmiyyət kəsb edir.

Yeniyetmələrin problemlərinə gender baxımından yanaşma onların şüurunun ,davranışının formalaşmasında böyük əhəmiyyət kəsb edir .Müasir dövrdə yeniyetmələr üçün ümumi cəhət,onların formalaşmasında maksulinizasiyanın ön plana çıxmasından ibarətdir.Bu mövqedən çıxış edərək,kişinin güclü ,müstəqil,aktiv,aqressiv,şəxsi mailiyyətlərə yönəlmiş və s,qadının isə zərif,dözümlü,zəif,asılı,emosional,nəzakətli,ailənin maraqlarına istiqamətlənmiş olmasına xüsusi diqqət yetirilir.

Yeniyetməlik dövrünün özü yüksək risk qrupunu təmsil edir.Bu özünü bir sıra amillərdə göstərir.1-ci psixotermonal proseslərdən başlayaraq , “Mən” konsepsiyasının yenidən qurulması ilə tamamlanan,yeniyetməlik dövrünə keçmənin çətinlikləri,2-ci yeniyetmənin təqdim etdiyi sosial mövqenin qeyri-müəyyənliyi və məhdudluğu,3-cü sosial nəzarətin mexanizmlərinin yeniləşməsi ilə şərtlənmiş ziddiyyət:normalar və böyüklərə itaətkarlıqla əsaslanmış heç bir təsir gücünə malik olmayan uşaq nəzarət formaları,böyük nəzarət vasitələri isə təxmin edilən şüurlu intizam və özünə nəzarət isə ya hələ yoxdur və ya hələ möhkəmlənməyib.

İnsan doğulduğu gündən cəmiyyət həyatına daxil olur,sosiallaşır və özünəməxsus inkişaf mərhələsi keçir.İnsanın inkişafında bioloji,sosial və psixoloji olmaqla bir çox amillər iştirak edir.Bu nöqteyi nəzərdən psixoloqlar hesab edirlər ki,uşaq və yeniyetmələrin inkişafında iştirak edən ən mühüm sosial qrup-ailədir.Ailə-sosial mövqenin formalaşmasına təsir edən ən vacib amillərdən biridir.Hər bir ailə ümumi cəhətlərlə yanaşı eyni zamanda özünəməxsus və unikal xüsusiyyətlərə malikdir.

Yeniyetməlik dövrü ailənin bütün üvzlərinin sosial,şəxsi və ailəvi münasibətlərin sınağa çəkildiyi dövrdür.

Şəxsiyyətin formalaşmasında valideynin rolu əvəzsizdir.Övlada qayğı ilə birgə valideynlər yeniyetmənin “Mən” konsepsiyasının,hisslərinin,həyat planlarını,təfəkkürün formalaşmasında mühüm rol oynayır.Valideynlər arasında tərbiyə ilə bağlı razılıq pozulursa,yeniyetməyə mənəvi,psixoloji cəhətdən yaxın,onun dayağı olan insanların mübahisəsi ,xüsusilə bu mübahisəyə onun səbəb olması yeniyetməni narahat edir.Bəzən yeniyetmələrdə olan əsəb gərginliyinin ,həyəcanın,aqresiyanın yaranmasında məhz belə situasiyalar az rol oynamır.Yeniyetmə üçün ailə üzvləri arasındakı münasibətlərin necə olması ,valideynlərin ona münasibəti çox vacibdir.Bəzi hallarda yeniyetmənin aqressiv davranışına valideynlərin kobud cəza növlərini seçmələri də səbəb olur.Ailədə fiziki zorakılıq yeniyetmədə valideynlərinə,özünə,yaşıdlarına qarşı neqativ hisslər yaradır.

Aqressivlik problemi ilə rastlaşan bir çox valideynlər yeniyetmələrin problemli olması ilə razılaşmaq istəmir.Bəzi valideynlər tez-tez birə bir sualla müraciət edirlər: “Niyə mənim övladım qəddardır?” ,”Qızımın mənə kobud cavab verməsinə nə səbəb ola bilər?” və s. Hörmətli valideynlər,əgər sizin ailədə aqressiv yeniyetmə varsa,əvvəlcə öz davranışınıza tənqidi yanaşmağa çalışın.Aqressiv davranış modeli barəsində ilk biliklərini də yeniyetmələr ailədə mənimsəyirlər.

Sevinc Ələkbərli

Narınc uşaq psixologiya mərkəzinin psixoloqu

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!