Yeniyetməlik dövrü

11-19 yaş arasında olan yeniyetməlik dövrü uşaqlıqdan yetkinliyə doğru bir keçid dövrü olaraq qəbul edilir. İnsanlar inkişafın heç bir dövründə bu qədər sıx qarışıqlıq və problemlərlə qarşılaşmaz. Bu səbəbdən yeniyetməlik dövrünü bir xaos – üsyan dövrü olaraq da adlandıra bilərik. Bu dövrün özü də daxil olmaqla ətrafında bir döyüş yaratmağa hər zaman hazır olacaq. Bu döyüşün məqsədi yetkin olmaqdır.
Bu dövrə uşaq kimi girən fərdin bu dövrdən yeniyetmə olaraq çıxması gözlənilir. Əvvəldən həmişə uşaq olaraq xarakterizə edilərkən indi bəzən uşaq, bəzən də yetkin olaraq qəbul ediləcək. Şübhəsiz ki, keçid dövrü çox dava-dalaşlı keçəcək. Valideynlərin vəzifəsi yeniyetmənin bu səylərini anlayıb onlara dəstək olmaq və bu dövrün ən az ziyanla keçməsinə kömək etməkdir.

Yeniyetməlik dövrünün xüsusiyətləri

Yeniyetmə məqsədini təyin etmə, cinsi şəxsiyyətini qazanma, sosial əlaqələrini nizama qoyma səyi içərisindədir. Mənlik anlayışı və mənlik sərhədləri dəyişilir. “Mən kiməm” sualına tez-tez müraciət edirlər. Ölkənin problemləri, din, milliyət, iş və s. mövzularda axtarışda olar. Kimlik böhranı içindəki gənci nizamlı həyat sıxar. Başqasına oxşamaqdan nifrət edər, amma başqaları kimi də fərqində olmadan hərəkət edər. Nə özü, nə də başası ola bilməyən gəncin hərdən ani hərəkətləri də olur. Səbirsiz, əsəbi, davakar və heç nəyi bəyənməyən hərəkətlər inkişaf etdirə bilər və bu səbəbdən ətrafıyla, xüsusilə ailəsi və məktəbi ilə zamanla qarşıdurmalar yaşaya bilər. Bu qarşıdurma mühitindən bir an əvvəl çıxması lazım olan yetkinlərə xas hədəflər vardır. Yeniyetməlik dövrü bir yetkinliyə keçid dövrü olduğuna görə bu məqsədə çatmaq üçün edilməsi, lazım olan davranışlara çatılması, lazım olan hədəfləri yetkinlərə xas olmalıdır. Yeniyetmələrə xas bu hədəf və davranışları qısaca belə yekunlaşdıra bilərik.

1) Hər iki cinsdən olan insanlarla yeni və daha yetkin əlaqələr qurma;

2) Cinsiyyətini müvafiq sosial rollarla qaynaşma yetkin bir kişi və ya qadın cinsi şəxsiyyətini qazanmaqa çalışır;

3) Özünə xas bir şəxsiyyət quruluşu inkişaf etdirir;

4) Öz bədənini qəbul edir;

5) Ana-ata və digər yaşlılardan romantik olaraq bağlılıq;

6) Özünə uyğun peşəni təyin edib və bu peşəyə maraq;

7) İctimai məsuliyyət qazanmağı arzu etmək və buna çatmaq;

8) Qəbul edilən daxili bir əxlaq sistemini qazanmaq, yeniyetməninən təməl mənada bacarması lazım olan hədəflər. Davranışların əhəmiyyətli bir qisminin altında yatan itələyici güc bu hədəflərdən gəlməkdədir. Yeniyetmə deyimi yerindədirsə, bu hədəflərə özbaşına gedər.

Yeniyetməlik dövrü problemi

Öz hədəflərinə üz tutan gənc qarşısında eyni vaxda nəhəng kimi maneələri də özü görür. Üstəlik bu maneələr ən yaxında ana, atasından müəllimlərindən, qohumlarından, ictimai ətrafdan və öz mənliyindən gələcəkdir. Gənc bu maneələri aşmaq üçün böyük bir mübarizəyə girər; Evdə, məktəbdə, küçədə, öz içində gənc qızlar bəzəkli olacaq, makiyaj edəcək, kişilər danışmalarını və davranışlarını dəyişdirəcək güc nümayişində olacaq sözləri və davranışlarıyla mən də varam, böyüdüm artıq, yetkin oldum” deyəcək. Bunu izah etmək üçün lazım olsa asiləşəcək, çılğınlaşacaq. Biz yetkinlər olaraq gənclərin bu yeniyetməlik səylərini görə bilər və başa düşə bilsək, gənclərimizə yaşayacağımız, ola biləcək problemlərin önünə keçmiş olarıq. Əks təqdirdə gənc ailəsindən uzaqlaşıb şərtsiz qəbul edildiyi nəzarətsiz, pis qruplara yaxınlaşacaq. Bir çox gənc siqarət, spirt kimi zərərli maddələrə bu idarəsiz pis qrupla tanış olar. Gənclər bu qrupların təzyiqini üzərində çox hiss edərlər, aidiyyatı olduğu duyğularının da verdiyi təsirlə ictimai dəyərləri yox saya bilər.

Yeniyetməlik dövründəki gənclər öz şəxsiyyət struklaına görə bir çox problemlərlə qarşılaşır. Gənc ətrafıyla və özüylə qarşıdurma içinə girər. Gərək yeniyetmə dövrü gərək digər inkişaf dövrləridə meydana çıxan problemlərin bəziləri çox daha çox mürəkkəb ola bilər. Bu problemlər; xəstəliklər genetik axtarımlar ekoloji faktorlar kimi vəziyyətlərdən meydana gəlir.

Ancaq bir çox adi vəziyyətlərdə ana səbəb dövri qaynaqlanan problemlərdi. Yeniyetməlik dövrünün də özünə xas problemləri var.

Yeniyetməlik dövründə ailələrdə tez-tez qarşılaşdığı bəzi problemlər və həllinin təkliləri:

  1. Oğlum və ya qızım getdikcə söz eşitmir

Uşağlıqdan yeniyetməliyə keçməyə çalışan gənclərimizin buna müvəffəq olmaq üçün təbii olaraq öz başına hərəkət etməyi öyrənməsi, öz qərarlarını özlərinin verməsi lazım olacaq. Özünə xas xarakterin meydana gəlməsini reallaşdira bilməsi üçün belə davranması təbii olaraq lazımdır. Bunun əksi əslində problemdir. Gənclərimizin bu vəziyyətinə anlayış göstərməli, onların fikrinə dəyər verməli artıq bir yetkin kimi görüb onların sözlərinə və qərarlarına hörmət etməliyik. Təbii ki ana-ata olaraq bəzi haqlı qorxularımız olacaq lazım olduğu zaman öz fikirlərimizi və arxasında olduğumuzu uşağımızın qəbul edəcəyi bir tərzdə ifadə etməliyik. Bəzi qaydalar onlara da açıqlanaraq birlikdə qərar verməli olduqumuzu mövzularında olduğunu uşağa başa salmalıyıq. Heç bir vaxt haqlı da olsaq öz fikirlərimizi təzyiq yolu ilə uşağa başa salmaqa çalışmamalıyıq. Məcburi yol seçildiyində gənc ya içinə bağlanacaq ya da ailədən uzaqlaşıb özünə uyğun pis qruplara girəcək.

  1. Mənim et dediyimi inadla etmir

Yuxardakı yazıların çoxu bu kəlmə üçündə etibarlıdır. Gənclərin içindəki müstəqil yeniyetmə olma duyğularının təsiriylə gənc edilməsi lazım olan ən təbii şeyləri belə sadəcə özünə et dedildiyi üçün etməyəcək. Halbuki belə bir əmr edilməsə də, qarışılmasa da özü onsuz da edəcək. Belə bir vəziyyətdə səbr edilməsi lazım olan şeyi özbaşına etməsini gözləmək ən doğru hərəkət olacaq. Gənc vaxt keçdikcə öz inkişafını tamamlayacaq bu mövzudakı həssaslığını boş verəcək.

  1. İstəmədiyim insanlarla yoldaşlıq edir

Bu problemin təməlində oğlunuz və ya qızınızla indiyə qədərki ünsiyyət tərziniz özünü göstərə bilər. Ailələr bəzən uşağların böyüdüyünü vaxtında təyin edə bilməz və onlarla hələ kiçik uşağ kimi davranmaqa dəvam edərlər.Həz zaman nəyi edib,nəyi etməməsini deyər, uşaqların seçimlərinə çox müdaxilə edirlər, uşaqların fikirlərini ciddiyə alıb eşitməzlər. Nifuz altında boğulan gənc axırda üsyan edib özü kimi ailəsinə üsyan etmiş, ailəsindən xəbəri olmayan uşağlara ana atalara görə idarəni itirmiş gənclərlə yoldaşlıq etməyə başlayır. Bu vəziyyət qarşısında uşağınızı tələsik qarşınıza almalı və danışmalısız fikirlərini öyrənin. Bundan belə necə olması lazım olduğunu birlikdə qərar verin, nəsiət tərzi danışıqlardan aradan götürülməsi onunla yoldaş əlaqəsi qurmağa çalışın. Problemi yenə də həll edə bilmirsinizsə, sizə kömək edə biləcək bir mütəxəssisə bərabər gedə bilərsiz.

  1. Getdikcə bizdən uzaqlaşır

Gənclər özlərini olduğu kimi qəbul edən sevgi, hörmət göstərən dəstəyini hər zaman ondan əsirgəməyən bir ailəyə ehtiyacları olur. Tənbeh edən, nəsihət edən, dəstəyini bəzi şərtlərə bağlayan ailəsinə qarşı həddindən artıq reaksiyalı olurlar. Davranışları mühakimə olunan ətrafındakılar tərəfindən davamlı tənqid olunan gənclər böyüklərinin onu başa düşmədiyini düşünərək onlardan uzaqlaşar. Özünü içində rahat hiss edəcəyi anlayış və xoş üz görə biləcəyi ətrafındakı ən yaxın qrupa özünü çəkər. Belə bir qrupu da tapa bilməyən gənclərdə isə psixoloji pozuqluğu əmələ gəlməyə başlar. Ailə olaraq gənclərimizlə maraqlanmalı, davranışlarını ancaq çox lazım olduğunda onları incitməyərək qiymətləndirməli hər zaman ailənin qiymətli bir üzvü olduqlarını gənclərimizə tez göstərməliyik. İrəliləmiş vəziyyətlərdə mütəxəssis dəstəyi əhəmiyyətlidi. Təklik və başa düşülməmək duyğusu gəncləri intihara yönəldən ön əhəmiyyətli səbəblərdəndir.

  1. Siqaret və digər zərərli vərdişlərdən istifadə edir

Bunun bir çox səbəbləri ola bilər. Ən başda gələn səbəb qadağan olan bir şeyi etməsinin gənclərə xas həzz duyğusudur. Bir başqa əhəmiyyətli səbəb bizim cəmiyyətimizdə olan “siqareti böyüklər çəkər” tərzində olan mühakiməsidir. Gənclərdə böyük olmağa can atdıqlarına görə siqaret çəksə, yetkinlərə xas olan davranışı etmiş olmanın verdiyi böyüklük duyğusunu reallaşdırmış olacaq. Siqaret və zərərli vərdişlərə qarşı mübarizə yetkinlik dövründən əvvəl uşağınızı bu mövzuda məlumatlandırma başlayır, uşaqlıq dövründə bu mövzuda yaxşı nümunə olmalısız və uşağınıza zərərli vərdişlərin pisliyi mövzusunda məlumat verici sözlər danışmalısız. Yetkinlik dövründə ediləcək ən təsirli davranış daha siqarət və s. vərdişlərə başlamadan ona bu mövzuda bir qadağa olduğunu hiss etdirməyin. Qızınıza və ya oğlunuza dəyər verib onu bir yetkin kimi qəbul edər və bunu onlara hiss etdirə bilərsiniz, böyük bir ehtimalla belə bir vərdişi olmayacaq, başlayıbsa da belə sizin quruluşçu xasiyyətinizlə tərgizə bilər. Bu mövzuda ediləcək ən pis davranış, onları bu mövzuda təzyiq altına almaq olacaq.

  1. Nə qədər azad buraxmalıyam?

Gənclərin müstəqil davranmağa ehtiyacları var. Bu mövzuda oğlunuz və ya qızınızla danışıb sərhətləri və qaydaları birlikdə qoymalısınız. Yerinə yetirməsi lazım olan məsuliyyətləri ailə nizamı cəmiyyət qaydaları kimi mövzularda birlikdə qiymətləndirib sərhədləri müzakirə edə bilərsiniz. Həddindən artıq sərbəstlik insanı daha tanımamış və həyat təcrübəsi olmayan gəncimizin geri qayıdışı olmayan səhvlərə süründürülməsinə səbəb ola bilər. Bu mövzuda mütəxəssis insanların fikrinə müraciət etmək yaxşıdır, problem olmasa da belə. Yetkinlərin bir çoxu davranış və geyim tərzlərini tez-tez dəyişərlər və daha sonra özlərinə uyğun davranışı və geyim tərzini meydana gətirərlər. Ailələr bu sınaqlara icazə verməlidir, onlara dəstək olmalıdır. Bu vəziyyət xüsusilə təzyiq altında qalan gənclərdə müxtəlif vəsilələrlə təzyiq mühitindən xilas olduqdan sonra ortaya çıxar.

  1. Əks cinslə yoldaşlığını necə qarşılamalıyam?

Yetkinin əhəmiyyətli hədəflərindən biri də yetkin kişi və ya qadın cinsi şəxsiyyətini sağlam bir şəkildə qazana bilməkdir. Bunun reallaşa bilməsi üçün qız-oğlan yoldaşlığı əhəmiyyətlidir. Ancaq azadlıq mövzusunda olduğu kimi bu mövzunun da qaydaları və sərhədləri bərabər təyin olunmalıdır. Qaydalar təyin olunarkən içində olduqu çevrəni də diqqətdə saxlamaq lazımdır. Uşaqlıq çağından başlayaraq bu mövzuda təhsil verilməlidi gənc öz məsuliyyətini bilməlidir. Bu mövzuda təzyiq altına alınan gənclər fərqində olmadan bu mövzulara qarşı daha həssas və əlaqədar olarlar bunun nəticəsindədə istənməyən vəziyyətlər ortaya çıxa bilər. Bioloji mənşəli olan cinsi duyğular sağlam olaraq gəlişəməzsə yetkinlik həyatına da əks olunacaq olan əhəmyətli problemlərə gətirib çıxarar.

  1. Necə bir peşəsi olmalıdır?

Fərdin seçəcəyi peşə həyat formasının ən əhəmiyyətli faktorlarından biridir. Harada necə bir iş olacağı çalışma şərtləri peşə seçiminə dirək təsir edər. Xətalı seçilmiş fərdin xarakterinə uyqun olmayan bir iş insanın həyatı boyu gedəcək halsızlıqına və uğursuzluquna səbəb ola bilər. Adam ancaq qabiliyətli əlaqədar olduğu peşədə üstün müvəffəqiyyət və işin verdiyi xoşbəxtliyi tuta bilər. Artıq gənclərimizə doktor, mühəndis və ya müdir ol deməyin yerinə nə iş olursa olsun, amma ən yaxşısını edə biləcəyin, səni xoşbəxt edəcək bir peşəyə sahib olmasını tövsiyə etməliyik və bu mövzuda ona kömək etməli, öz reallaşdıra bilmədiyimiz xəyallarımızı uşaqlarımızda reallaşdırmağa cəhd göstərməməliyik. Onların maraq və qabilliyyətini təqib edib onlara dəstək olub, o sahədə təhsil almalarını təmin etməli və təşviq etməliyik.

  1. Valideynlərin davranışları necə olmalıdır?

Tənqid, nəsiət kimi üsullar pis təsir edər. Nəsihət yerinə onu dinləyin. Gəncin duyğularını başa düşə bilmək, sevinc və kədərlərində daim yanında olmaq, duyğularını paylaşmaq lazımdır. Gəncə əmr vermək əvəzinə məsləhət vermək daha gözəldir. Təhdid, təzyiq kimi üsullar bezginlik, yalan, evdən qaçmaqa gətirib çıxarır. Əksinə, səbirli, sevgi dolu böyüklər bu dövürdə gənclərin en böyük ehtiyacıdır. Sevgi və güvən dolu baxış, gülər üz, şirin sözlər gənclərin ən böyük ehtiyacıdır.

  1. Ana-atalara düşən vəzifələr
  • Gənclərdəki müvəffəqiyyətsizlik yerinə müvəffəqiyyətli, mənfi davranışlar yerinə müsbət davranışları görün.
  • İstənməyən davranışlarını şişirtməyin, uzatmayın onları həmən günahlandırmayın, hirslənməyin və ən əhəmiyyətlisi başqalarından ona nümunə gətirməyin.
  • Ailə ilə əlaqədar qərar veriləcəksə, o zaman gənclərindən fikirlərini soruşun.
  • Danışmalarınızda qorxutma və təhdiddən uzaq olun.
  • Sevginizi uşağlar arasında eyni bölün.
  • Uşağlarınızı gələcəyin yeni yetmə gözündə görün.Böyüdüklərini qəbul edin və onlara güvəndiyinizi hər zaman hiss etdirin.

Gənclər bu dövrdə yaşlılara, ana-atalarına hər zamankından daha çox ehtiyac duyarlar. Bu ehtiyacları əsəblə, davakarlıqla bədənləriylə qışqırır. Onlara kömək etməli, amma müəyyən etməməliyik, öyüd-nəsiət verməl,i ancaq bunu hiss etdirməməliyik, dəstək olmalıyıq, amma göstərməməliyik. Yetkinlik dövrü problemləri nə qədər sıx olursa olsun, gənclər müsbət dəstəklərinə dövrün sonlarında özbaşına əksəriyyətlə keçər, bəzi hallarda 22-23 yaşına qədər dəvam edə bilər. Bu dövrün sağlam keçirməsi üçün ən az zərərli olması üçün ana-atanın prioritetli vəzifəsi olmalıdır.

legend.az

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!