Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

Yüksək riskli hamiləliklər

Yüksək riskli hamiləlikləri iki hissəyə ayıra bilərik. Bəzi hamiləliklər hamiləliyin əvvəlində, yəni hamilə qalmamışdan qabaq risk daşıyıcısı olurlar. Amma bir çox hamiləlikdə sonradan bir sıra problemlər ortaya çıxır. Və bu problemlərə görə hamiləlik yüksək riskli hamiləliyə çevrilir. Riskli hamiləliklər ümumi hamiləliklərin yüzdə 5-i və yüzdə 10-nu təşkil edir.

Zəmin yaradan faktorlar

Riskli hamiləliyə səbəb olan bəzi irsi xəstəliklər var. Bu irsi xəstəliklər, irsən keçən bir sıra təhlükələr yaradır. İrsi xəstəlik irsən keçdiyi üçün gələcək nəsillərə də ötürülə bilər. Bəzi hamilə xanımlarda sistemik xəstəliklər olur. Buna ən sadə nümunə olaraq şəkər xəstəliyini göstərmək olar. Şəkər xəstəliyi hamiləlik dövründə də yarana bilər. Belə sistemik xəstəliklərin bir çox növü vardır. Hamiləlikdə yaranan bir sıra infeksiyalar da hamiləliyi riskli formaya gətirib çıxarır. Ümumiyyətlə bir çox faktorlar hamiləlikdə problemlər yarada bilər.

Hamiləlikdə dərmandan istifadə

Miqrenə qarşı dərman istifadəsinin hamiləlik baxımından heç bir qorxusu yoxdur. Bu tip suallar bizə də çox verilir. Çünki analıq fərqli bir duyğudur. Uşaq, ana üçün özündən daha dəyərli bir varlıqdır. Elə bu səbədən analar öz xəstəliklərindən daha çox uşaqlarını düşünürlər, öz sağlamlıqları üçün istifadə etdikləri dərmanları istifadə etməmək fikrinə düşürlər. Amma biz xüsusilə sistematik xəstəlikləri olan , yəni əvvəlcədən bir xəstəliyi olan, dərman istifadə edən və hamilə qalan xanımlara həkimlərilə danışıb müalicələrini davam etdirməyi məsləhət görürük. Məsələn əgər hamilə xanımın revmatizması varsa, o, bu sahə üzrə mütəxəssisə, epilepsiyası varsa bir nevropatoloqa müraciət edib dərmanlarını davam etdirməlidir. Yəni, demək istəyirik ki analar hamiləlikdə öz sağlamlıqlarının da qayğısına qalmalı, etdirməli olduqları bir müalicə varsa bunu həkimlərlə məsləhətləşərək davam etdirməlidirlər. Uşaqlarına zərərli olmasın deyə müalicələrini dayandırmaları həm özləri, həm də körpələri üçün problemlər yarada bilər.
Təbii ki, bu məsələdə dərman firmalarının üzərinə çox böyük məsuliyyət düşür. Belə ki, hamilə xanım hər hansı bir dərmandan istifadə etsə və bu dərmana görə uşağında hər hansı bir problem yaranarsa həmin dərman firmaları üçün də çox böyük problemlər yarana bilər. Ona görə də demək olar ki bütün dərmanların içində “hamiləlikdə istifadə edilməsi təhlükəlidir” deyə bir yazı var. Bu yazı bir ümumiləşdirmədir və daha çox firmaları qorumaq üçün nəzərdə tutulub. Amma elmi olaraq bir sübütu yoxdur. Ümumiyyətlə bu fəaliyyətlərin əsasında heyvan üzərində aparılan təcrübələr durur.

bebe.az