Yeməkdən sonra ağzınızda acı dad yaranırsa…

Bəzən yemək yedikdən sonra ağızda qidanın dadı qalır.
Yemək sonrası ağızda qalan acı dad reflüks xəbərçisi ola bilər.

Reflüks mədədən qida borusuna ‪‎turş‬ tərkibli mədə möhtəviyyatının atılmasıdır.

Gün ərzində hər bir insanda orta hesabla 8-10 dəfə reflüks baş verə bilər. Bu normal sayılır.
Davamlı xarakter alan reflüks zamanı isə mədədə ifraz olununan turşu və pepsin fermenti qida borusunun alt hissəsində selikli qişanı zədələyir və “peptik eroziyalar” əmələ gətirir. Bu isə artıq xəstəlik hesab olunur. Bu xəstəliyin adı “qastroezofageal reflüks” xəstəliyidir. Reflüksün qida borusunda yaratdığı vəziyyət isə “reflüks ezofagit “adlanır.

Reflüks xəstəliyi stress, bəzi qrup dərmanlar, hamiləlik kimi müvəqqəti səbəblərə bağlı yarana bilər. Bəzən isə bu vəziyyət xronik hal da alır.

Xəstəliyin səbəbləri:

  • qida borusunun mədəyə keçid yerində olan afinkterin çatmamazlığı (qapaq çatışmazlığı)
  • diafraqmal yırtıq (mədə yırtığı)
  • qarındaxili təzyiqin artması (xüsusən kök insanlarda)
  • bəzi qida faktorları (yağlı qidalar, qəhvə, şirniyyatlar, spirtli içkilər)

Xəstəliyin simptomları:

  • döş sümüyü arxasında yanma, ağrı,
  • ürəkbulanma,
  • ağızda acılıq,
  • quru öskürək,


Mütəxəssislər dərmanlarla bunun qarşısının alınması əvəzinə turşuluğu artıran qidalardan uzaq durmağı tövsiyə edirlər. Onların sözlərinə görə, çox yağlı, ədviyyatlı, qızartma, pomidor və s. kimi yeyəcəklərin çox istifadəsi zərərlidir.

Şəhanə Quliyeva
Mənbə: Medicina.az

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!