Xüsusi qayğıya ehtiyacı olan uşaqlara necə davranmalı?

Xüsusi qayğıya ehtiyacı olan uşaqlara necə davranmalı?

Bu uşaqlar 3-4 yaşlarında olanda fərqli olduqlarını hiss etməyə başlayar və 20li yaşlara qədər bu əngəli anlamağa, qavramağa, qəbul etməyə çalışarlar. Çox ağır əqli geriliyi olan uşaqlar bu fərqliliyi qavramaqda çətinlik çəkərlər.

Fərqliliklərini anlamağa başlayan uşaqların ilk verdikləri reaksiya qəzəbdir, çünki uşaq dərin bir əngəllənmə hissi yaşayar və bu da ciddi qəzəbə səbəb olar. “Nə üçün beləyəm?” və ya “Niyə mən?” sualları uzun müddət beynini məşğul edər. Hər yeni mühitdə uşaq bu vəziyyətin yaratdığı çətinliklərlə yenidən başa çıxmaq məcburiyyətindədir. Yaşadığı hər bir pis təcrübə uşağın “mən”inin inkişafında pis izlər buraxır.

Bütün bu yaşananlarla birlikdə əngəlli və ya inkişaf geriliyi olan uşaqların çox sıx yaşadığı hislərin başında qüsurluluq inancı, özgüvən əskikliyi, qəzəb, depresiya və günahkarlıq gəlir.

Xüsusi qayğıya ehtiyacı olan uşaqlara sahib ailələrə məsləhətlər:

  1. Ailələr uşağın sahib olduğu əngəlin bütün tibbi yönlərini bilməlidir.Uşağın var olan gerçəyi qəbul edə bilməsi üçün vəziyyəti əvvəlcə ana və ata bilməli və qəbul etməlidir.
  2. Ailələr uşaqlara gerçəkləşmələri mümkün olmayan vədlər verməməli, çünki bu onların inanclarını daha da itirmələrinə səbəb olar.
  3. Mövcud olan və istifadə edilməsi mümkün olan bütün istiqamətlərini inkişaf etdirin.
  4. Güvənini azaldacaq sözlərdən, yerinə yetirə bilməyəcəyi istəklərdən uzaq durun.
  5. Uşağınızı başqaları ilə müqayisə etməyin, davranışlarına görə onu qınamayın.
  6. Bacara bildiyi şeyləri mütləq görün və onu onları etməyə zorlamadan təşvəq edin. Həddindən artıq tərif də uşağın özünü pis hiss etrməsinə səbəb olar.
  7. Həddindən artıq qoruyuculuqdan çəkinin, bu vəziyyət uşağın özgüvənini zədələyə bilər.
  8. Ətrafdan gizlətməyin, mümkün olduğu qədər sosiallaşmasına şərait yaradın
  9. Digər sizin kimi övladı olan valideyinlərlə görüşün, söhbət edin, bu sizi rahatladacaqdır. Tərcümə etdi:Lalə Fətəliyeva (Narınc könüllü qrupunun üzvü)

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

document.querySelectorAll('a[href*="whatsapp"]').forEach(function(link) { link.addEventListener('click', function() { gtag('event', 'click', { 'event_category': 'WhatsApp', 'event_label': link.href, }); }); });