Müasir şəraitdə kiçik məktəblilərdə məktəb dezadaptasiyasının əmələ gəlməsi səbəbləri

Məktəbə getməyə başladığı ilk gündən, kiçik məktəblilərin həyatında bütövlükdə əsaslı dəyişikliklər qeydə alınmağa başlayır. Beləki, onların inkişafının sosial şəraiti dəyişir və bu şəraitə yeni-yeni elementlər qatılır: aparıcı fəaliyyət yenisi ilə əvəz olunur, ünsiyyət dairəsi genişlənir – oraya yeni insanlar kimi müəllim, sinif yoldaşları daxil olur və s. Məktəbə gedən uşağa ətrafdakıların münasibəti kökündən dəyişir və bu münasibət onun əldə etdiyi təlim uğurlarına əsaslanır. Bu fakt məktəbin avtoritetini uşağın gözündə qaldırır. Bu dövr, ümumiyyətlə, bütün kiçik məktəblilər üçün çətin dövr hesab edilir.

Son onilliklər psixoloqların, pedaqoqların diqqətini birinci sinifə yeni gələn bir qisim şagirdlərin məktəbə adaptasiyasında çətinliklərin yaranması faktı cəlb edir.Belə uşaqlar təlim proqramının və məktəb rejiminin öhdəsindən qismən, yaxud tamamilə gələ bilmirlər. Bu fakt “məktəb dezadaptasiyası” termini adı altında hal-hazırda geniş araşdırılır.

Məktəb dezadaptasiyası problem psixoloqlar tərəfindən müxtəlif analoji terminlər: “qeyri-adekvatlıq effekti”, “məktəb nevrozu”, “təlimdə geri qalma” adı altında araşdırılmışdır.

Məktəb dezadaptasiyasının müxtəlif təzahür formaları ilk dəfə keçən əsrin 80-ci illərində rus psixoloqu V. E. Kaqan [8] tərəfindən təsvir olunmuşdur. Sonralar bu problem rus psixoloqlarından İ. V. Dvoymen, P. Yakobson, N. Y. Kopıta, Ə.Ə.Əlizadə

B.Y.Levina, E. C. Skvortsova və başqları, Azərbaycan psixoloqlarından isə

,M.Ə.Həmzəyev,B.H.Əliyev,S.M.Məcidova,Z.M.Aslanova,M.Məmmədov və başqaları tərəfindən araşdırılmışdır.Araşdırmaların hamısında məktəb dezadaptasiyası məktəb adaptasiyasının bu və ya digər səbəblərdən pozulması kimi dəyərləndirilir.

Təbiidir ki, adaptasiyanın kökündə inkişaf, yeniləşmə, dezadaptasiyanın kökündə isə bunun əksi, yəni geriləmə, tənəzzül və s.durur.Məktəb adaptasiyası psixoloji və fizioloji adaptasiyadan fərqlidir və mahiyyətcə sosial- psixoloji xarakter daşıyır.Bu adaptasiyanın əsasında şagirdin yeni məktəb şəraitinə uyğunlaşması durur.Bu da öz növbəsində, ondan xüsusi fəallıq tələb edir.

Bir sıra tədqiqatçıların fikrincə[6;10;12vəs.] məktəb dezadaptasiyası mənimsəmənin, davranışın, şəxsiyyətlər arası qarşılıqlı münasibətlərin pozulmasında büruzə verir. Bu problemlə üzləşənlərə kiçik məktəbli yaşı dövründə, xüsusilədə məktəbə yenicə gələn birincilər sırasında daha çox rast gəlmək olur.Hal-hazırda belələrinin sayı daha da artmışdır. Bunun qarşısının alınması istiqamətində vaxtında müəyyən iş aparılmazsa uşaqların məktəbdə verilən biliklərə yiyələnə bilməməklə yanaşı, həmdə onların tərbiyəsində müəyyən çətinliklər əmələ gəlməsinə gətirib çıxara bilər. Bir sıra müəlliflər İ.N. Aqafonova [1], L.M. Kovalyova [9], V.E. Kaqan [8] məktəb dezadaptasiyasımn aşağıdakı simptomlarını ayırırlar:

  • ətrafdakılara qarşı aqressiyanın artması;
  • özündə çatışmazlığın olması hissi;
  • emosional pozuntular, əsəbilik;
  • həddənziyadə hiperaktivlik;
  • yalançılıq, tənhalığa meyllilik;
  • məktəbdən qorxmaq;
  • barmaqlarını sormaq, dırnaqlarını dişləmək, gecə enurezi;
  • əllərin əsməsi və xəttin qırıq-qırıq olması.
  • tərslik, qorxular;
  • hədsiz həssaslıq;
  • diqqətsizlik, özünə inamsızlıq;
  • yalançılıq, tənhalığa meyllilik;
  • məktəbdən qorxmaq;
  • barmaqlarını sormaq, dırnaqlarını dişləmək, gecə enurezi;
  • əllərin əsməsi və xəttin qırıq-qırıq olması.

İ.S.Çinikaylo məktəb dezadaptasiyasını yaradan amillər sırasında aşağıdakılar göstərir[ 12,42]:

  • uşağın məktəb təliminə’ kifayət səviyyədə hazır olmaması,sosial-pedaqoji baxımsızlıq
  • uzun müddətli sosial deprivasiya (sosial əlaqələrdən məhrum olunma);
  • somatik zəiflik,psixi funksiyalar və idrak proseslərinin inkişafında pozuntular;
  • məktəb vərdişlərinin formalaşmasında pozuntular (disleksiya,disqrafıya);
  • hərəki pozuntular (mikrohərəkətlərin kifayət qədər koordinasiya edilə bilməməsi);
  • emosional pozuntular,müxtəlif mənşəli psixi travmalar.

Müasir şəraitdə məktəb dezadaptasiyası probleminə mövcud yanaşmaları nəzərdən keçirən S.D.Artyomov [3,5] aşağıdaki istiqamətləri ayınr:

Tibbi yanaşma. Bu yanaşma müxtəlif psixi xəstəliklər zamanı uşağın ətraf aləmə,insanlara adaptasiyasının pozulmasını ön plana çəkir.

Sosial-psixoloji yanaşma. Bu yanaşma,ilk növbədə,uşağın ətrafdakılarla sosial- psixoloji əlaqələrinin pozulmasını nəzərdən keçirir.

Ontogenetik yanaşma.Bu yanaşma dezadaptasiyanı yaş böhranları konteksində nəzərdən keçirir və hesab edir ki,yaş böhranları zamam inkişafın sosial şəraitinin dəyişməsi məktəbə yeni gələn uşağın qarşısında bir sıra yeni tələblər qoyur,fərd isə buna kifayət qədər hazır olmur.

Sosial-psixoloji adaptasiya zamanı şəxsiyyətin daxili aləmi dəyişir,onun konkret fəaliyyəti haqqında bilikləri,təsəvvürləri dəyişir, yeniləşir. Nəticədə fərd özünü təshih edir, özünü gerçəkləşdirir. Həmçinin, onun özünü qiymətləndirməsi və iddia səviyyəsində dəyişikliklər baş verir və adekvatlıq artır. Sonda fərd yeni biliklər, bacarıqlar əldə edir və özünü təsdiq etməyə cəhd göstərir. Sosial-psixoloji dezadaptasiya nəticəsində şəxsiyyətdə dezadaptiv vəziyyət əmələ gəlir və bu da dezadaptiv davranışa gətirib çıxarır. Dezadaptiv davranışın əsasını münaqişə təşkil edir ki, bunun da əsasında mühitə və onun tələblərinə qarşı davranışın pozulması formasında qeyri-adekvat davranış formalaşır. Dezadaptasiyanm başlanğıcında uşaq özünü itirir,konkret şəraitdə özünü nece aparacağını bilmir,kor təbiiliyə yol verir. Dezadaptasiya davamlı olduqda uşaqda daxili və xarici münaqişələr əmələ gəlir və bu da diskomforta gətirib çıxarır.

Tədqiqatçı V.B.Voinov [6] məktəb dezadaptasiyası problemini araşdıraraq onun üç səviyyəsini ayırır:

a)yüngül dezadaptasiya,

b)orta səviyyəli dezadaptasiya,

c)aşagı səviyyəli dezadaptasiya.

Müəllifin fikrincə yüngül səviyyəli dezadaptasiya birinci sinfin birinci rübünün sonuna qədər,orta səviyyəli dezadaptasiya yeni ilə qədər (yəni,tədris ilinin ikinci yarısına qədər),ağır dezadaptasiya isə birinci sinfin sonuna qədər davam edir.

V.E.Kaqanın fikrincə “məktəb dezadaptasiyası təlim işindəki cətinliklərdə intizamı pozmaqda, şagirdin sinif yoldaşları ilə qarşılıqlı münasibətlərində büruzə verir”[8,33]. Məktəb dezadaptasiyanın simptomlan şagirdin təlim müvəffəqiyyətsizliyində və intizamsızlığında büruzə verməyə də bilər. Bu sindrom şagirdin subyektiv yaşantıları,yaxud psixogen pozuntular kimi simptomlarda da büruzə verə bilər.

Psixogen xarakterli simptomlara şagirdlərin davranışının bu və ya digər formalarda pozulması,ətrafdakılarla münaqişələrin yaranması,təlimə olan marağın

birdən-birə zəifləməsi,neqativizm və stressləri aid edilir.

` Aparılan tədqiqatların nəticələri göstərir ki, bu gün məktəblilərin 15-20%-i məktəb dezadaptasiyası ilə əlaqədar psixoterapevtik köməyə ehtiyac duyur[8 ].

Məktəb dezadaptasiyanın yaranmasının əsas səbəbi kimi ilk növbədə,mək- təblilərin fərdi,yaş və sosial xüsusiyyətlərinin nəzərə alınmamasıdır.

Bəzi tədqiqatçılar,məsələn,M.R.Bityanova[5] Ə.M.Aleksandrovskaya [2] belə hesab edirlər ki, məktəb dezadaptasiyasının əmələ gəlməsi müasir məktəbin xüsusiyyətləri və təlim prosesi ilə əlaqədardır. L.S.Vıqotskinin ifadəsi ilə desək, bu məktəblinin “inkişafının sosial situasiyasının” nəzərə alınmaması ilə əlaqədərdır. Digərləri,məsələn,E.D.Klentsova məktəb dezadaptasiyasının səbəbini müəllimlərin şagirdlərə qarşı qeyri-pedaqoji davranışında görürlər[ 10].Onlar bir faktı nəzərdən qaçırırlar ki, şagirdlər üçün müəllimin subyektiv əhəmiyyəti müxtəlif yaş dövrlərində eyni deyildir. Məsələn,kiçik məktəblilər üçün müəllim şəxsiyyətinin referentliyi çox yüksəkdir. Başqa biriləri[4] məktəb dezadaptasiyasının səbəbini ailədə uşağa olan münasibətdə görürlər. Onlar hesab edirlər ki,məktəb dezadaptasiyasına məruz qalan şagirdlərin ailələrində uşaqlar valideynlərindən emosional dayaq,lazımi hörmət görmür,həddən artıq əzilir,yaxud hədsiz laqeydliyə məruz qalırlar.

A.M.Kovalyova tədqiqatlar (L.S.Vıqotski,A.N.Leontyev,M.İ.Lisina,E.O.Smirnova) göstərilər ki, kiçik məktəblilərin məktəb həyatına adaptasiyasına mane olan başlıca amillərdən biri də aparıcı fəaliyyət növünün dəyişilməsidir. Bu vəziyyət, xüsusi ilə özünü aşağı qiymətləndirən,tez həyəcanlanan,ətrafda baş verənləri qavramaqda çətinlik çəkən, eləcə də əksinə, yüksək fəallığı ilə seçilən şagirdlərdə daha çox qeydə alınır.

Problemin araşdırılması göstərirdiki, müasir şəraitdə uşaqların məktəb

həyatına hazırlanmasını, onların məktəbə adaptasiyasını asanlaşdırmaq istiqamətində aparılan işlərin gücləndirilməsinə baxmayaraq, məktəb dezadaptasiyasına məruz qalan kiçik məktəblilərin sayı azalmır və əksinə daha da artır.

Belə olan halda, çıxış yolunu nə də axtarmaq olar?

S.V.Persiyanseva bu problemin aradan qaldırılması üçün kiçik məktəblilərin yaş xüsusiyyətlərinə uyğun olaraq onların yeni sosial mühitə adaptasiyası üçün xüsusi proqram hazırlanmasını zəruri hesab edir. Bu barədə o yazır: “Əgər bu yaş dövründə şagird bilik qazanmağın sevincini duymasa, öz imkan və qabiliyyətlərinə inanmasa, yoldaşları ilə dostluq etməyi öyrənməsə, bu yaş dövrü üçün vacib olan senzitivlik mərhələsini itirər və sonralar onun yaradılması xeyli çətin olar”[11].

Sosial adaptasiya, ümumiyyətlə, о cümlədən də, məktəbə adaptasiya tədricən baş verir və adətən, öz-özünə deyil, başqalarının yardımı ilə həyata keçir. Yeni şəraitə, təlim fəaliyyətinə adaptasiya olunmaq üçün kiçik məktəblilər yaşlıların yardımı ilə bir sıra çətinlikləri dəf etməlidirlər. Bunlara:

məktəb həyatına adaptasiya olunmaq üçün məktəbin norma, ənənə və qaydalarını mənimsəmək;

intizam qaydalarına əməl etmək;

təlim işinə məsuliyyətlə yanaşmaq;

sinif yoldaşları ilə münasibətdə onların maraq və meyllərini nəzərə almaq və öz davranışını bunlara uyğunlaşdırmaq;

yoldaşları və müəllimlə ünsiyyəti və birgə fəaliyyəti mənimsəmək;

kollektivin ümumi maraqlarını və fəaliyyətini özününki ilə uzlaşdırmaq, təlimin ictimai əhəmiyyətini qəbul etmək və s. aid edilir.

dəbiyyat:

  1. Агафонова И.Н. Психологическая готовность к школе в контексте проблемы
    адаптации. Начальная школа. 2006, №1,с. 38-45.
  2. Александровский Ю. А. Состояние психологической дезадаптации и их компенсация. М, 1976.
  3. Артемов С.Д. Социальные проблемы адаптации. М., 1990.
  4. Беседина М. В. В гостях у школы. Почему младшим школьникам трудно адаптация к условиям школы? Школьный психолог. 2000. № З4.с. 56- 64.
  5. БитяноваМ. Р. Адаптация ребенка к школе: диагностика, коррекция, педагогическая поддержка. Минск. 1997.
  6. Воинов В.Б. К проблеме психофизиологической оценке успешности адаптации детей к школьным условиям. Мир психологии. 2002, №1, с.68-76.
  7. Диагностика психологической готовности ребeнка к школе // Подред. Н.Я. Кушнер, М., 1991.
  8. Каган В.Е. Психогенные формы школьной дезадаптации. Вопр. психол. 1984, №4,
    с.89-95.
  9. Ковалева Л. М., Тарасенко Н.Н.Психологический анализ особенностей адаптации
    первоклассников к школе. Начальная школа. 1996, №7, с.23-31.
  10. КленцоваЕ.Д. Влияние индивидуально – типологических особенностей педагога на процесс адаптации школьника. Начальная школа. 2007, №4, с.83-90.
  11. ПерсиянцеваС.В. Школьные игры способ обучение адаптации к учебной деятельности. Психология и школа. 2007, №4, с.28-36.
  12. ЧиникайлоС.И. Психолого-педагогическое сопровождение адаптации младших
    школьников. Минск, 2005.

Xülasə

Məqalədə müasir şəraitdə kiçik məktəblilərdə məktəb dezadaptapsiyasının əmələ gəlməsi səbəbləri araşdırılıb və nəticədə bu sindromun korreksiyası üçün yeni yanaşmalar və metodların hazırlanmasını zəruri oldugu gostərilir.

Açar sözlər:

Müasir şərait, kiçik məktəbli, məktəb dezadaptasiyası, adaptasiya, müəllim, şagirdlər.

Summary M.N.Gojayeva

The article determined that under current conditions variety of school disadaptation and couses of its occerrence among junior schoolchildren had been increased and in view of this it is necessary to devolep new approaches.

Key words:

Modern, condition, junior schoolchildren, school disadaptation, teacher, student

Qocayeva Mehriban Natiq qızı

Narınc Uşaq Psixologiya Mərkəzinin psixoloqu

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!