Diqqət əksikliyi və hiperaktivliyin 0-6 yaş dövrü.

Diqqət əksikliyi və hiperaktivlik diaqnozu qoyulan uşaqların anaları ilə edilən ilk görüşdə ümumiyyətlə duyulan ilk cümlə “Uşağım ana bətnindən bu yana həmişə çox hərəkətli idi” olur. Bu diaqnozu almış şəxslərin 80%-ində yetkinlikdə də əlamətlər davam edir; təxminən 30-65-i də yetkinlikdə də bu diaqnozu alırlar. Hər yaşda görülən ifadə bir-birindən fərqlidir.

0-3 yaş arası müşahidə edilən əlamətlər:Unudulmamalıdır ki, Diqqət Əksikliyi və hiperaktivlik bioloji və genetik mənşəli bir problemdir. Bu səbəblə bu vəziyyətin əlamətləri körpəlikdən etibarən müşahidə edilir. Ən tez-tez görülən vəziyyətlər: asanca ağlama, qarını tox və ya qazı olmamasına baxmayaraq sakitləşməmə, əllərin və ayaqların çox hərəkət etməsi, narahatlıq, yuxuya getmədə və ya yuxunu davam etdirmədə çətinlik, toxunma və ya səslərə qarşı çox reaksiya vermə.

Ancaq 0-3 yaş arasında görülən bu əlamətlər başqa problemlərin da əlamətləri ola biləcəyi üçün bu yaş aralığında diaqnoz qoyulması çox çətindir.

3-6 yaş arası müşahidə edilən əlamətlər

Diqqət əksikliyi və hiperaktivlik diaqnozu qoyulan uşaqların hamısında bu dövrdə əlamətlər özünü göstərir. Evdə ailə üzvləri tərəfindən müşahidə edilən əlamətlər bu şəkildədir: Ardı-arası kəsilməyən qarşılaşmalar davranışları və razı olmama, tez-tez oyun dəyişdirmə və bir fəaliyyət ilə çox qısa müddət maraqlanma, davamlı həddindən artıq hərəkət etmə və özünə və ya bir başqasına zərər verici şəkildə vurma, tullanma davranışları göstərmə , bir yerlərini yaralama, çox danışma, davamlı sual soruşma və cavablarını gözləmədən başqa suala keçmə, yuxu problemləri (ümumiyyətlə yuxu istəyinin az olması).

Xüsusi məktəbdə müəllimlər tərəfindən müşahidə edilən əlamətlər bu şəkildədir: Müəllimin verdiyi fəaliyyətləri icra etməmək və yarımçıq buraxıb ayağa qalxmaq, sırasını gözləməmə, qaydalara uyğun gəlməmək, yoldaşları ilə şiddət məzmunlu oyunlar oynama, vurma, itələtdirmə davranışları, yüksək səslə qışqırıb və çox danışma.

Bütün bunların yanında, 3-6 yaş dövründə uşaq təbiətləri çox hərəkətlidir və fokus müddəti qısadır. Bu səbəblə uşaq 6 yaşını tamamlayıb ibtidai məktəbə başlayana qədər tez diaqnoz qoymaq çətindir. Bu yaş aralığında uşaqların hərəkətlilik və diqqət problemləri yaşıdlarına nisbətən əhəmiyyətli dərəcədə çoxdursa diqqət edilməli və mütəxəssislər tərəfindən müşahidə altında qalınması məsləhətdir.

Narinc Uşaq Psixologiya mərkəzinin könüllüsü Əkbərzadə Təhminə

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!