Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

Körpə uşaqlarda Hidrosefaliya

Hidrosefaliya beyin içindəki suyun artmasıyla xarakterizə olunan xəstəlikdir. Beynimizdəki beyin onurğa iliyi mayesi olan 4ədəd mədəcik vardır. Bu maye damarlar tərəfindən davamlı boşaldılır. Bu mayenin tıxanması, onurğa iliyi mayenin pozulması vəziyyətlərində hidrosefaliya əmələ gəlir. Bu boşalmanın tıxanması vəziyyətində beyin onurğa iliyi mayesi yığılır. Beyin-onurğa iliyi mayesinin artmasıyla birlikdə beyin daxili təzyiqdə artır.
Körpə uşaqlarda ən əhəmiyyətli əlaməti baş böyüməsidir. Böyük uşaqlarda isə başın skileti formalaşdığı üçün baş böyüməsi olmaz.
Əlamətləri nələrdir,?
Körpələrin hər müayinədə baş diametrləri ölçülür və uşağın neçə aylıq olduğuna bağlı olaraq bunun normal sərhədləri vardır. Anormal baş diametrinin böyüməsi hidrosefaliyanın olduğunu düşündürür. Hər baş diametrinin böyüməsi hidrosefaliya olmaya bilər. Yenəda bu uşaqlarda erkən əlamət olaraq yüksək səsə ağlama, narahatçılıq, gərginləşmə müşahidə olunur. Narahatçılıq, baş ağrısı və fantan şəkilli qusma olur. Görmə pozğunluqları meydana gəlir. Danışmada və yeriməkdə geri qalırlar. Məktəbdə müvəffəqiyyətləri aşağı düşür.

Yaranma səbələri hansılardır?

  • doğuşdan səbəbi bilinməyən hidrosefaliya
  • spina bifida tapılması.
  • genetik.
  • meningit keçirmə və.s.

Müalicəsi:

Dərman müalicəsi yoxdur. Sant ilişməsi və 3-cü ventrikülün çıxarılması şəklindədir. Sant ömür boyu qalır və beyinə ziyan gəlməsinə mane olur. Əgər erkən diaqnoz edilib, sant ilişməsi qoyularsa zəka geriliyi olmaz və uşaq normal heyatına davam edə bilər.

                                                                                Mənbə:  www.webbilgi.org      

Tərcümə etdi: Bakı Qızlar Universitetinin məzunu Səfərova Aytən

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!